Foto - Kanal1.az https://kanal1.az/ tr Foto - Kanal1.az DataLife Engine Birinci qrup gözdən əlil xanımı şantaj edən kimdir https://kanal1.az/2022/08/11/birinci-qrup-gzdn-lili-xanm-antaj-edn-kimdir.html https://kanal1.az/2022/08/11/birinci-qrup-gzdn-lili-xanm-antaj-edn-kimdir.html
 
 
Kanal1.az xəbər portalı xəbər verir ki, Bərdə rayon Hacallı kənd sakini Cəfərov Əbdülkərim Suliddin oğlu 1 ci qrup gözdən əlil Abdullayeva Gülbəniz Tahir qızını məqsədli şəkildə şantaj edir.
A. Gülbəniz müraciətində onuda bildiri ki, Cəfərov Əbdülkərim bu əxlaq və tərbiyə ilə Bərdə regional mədəniyyət şöbəsinin Bərdə Hacallı kənd mədəniyyət evinin işçisidir. Gülbəniz xanım onuda qeyd edir ki, C. Əbdülkərim ümumiyyətlə işə getmir amma dövlətdən hər ay əmək haqqı alır. Bu hal isə dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqdan başqa bir şey deyil. Məlumatda oda qeyd olunur ki, Cəfərov Əbdülkərimin idarə etdiyi avtomobildə texniki cəhətdən tam yararsız vəziyyətdədir və olduqca təhlükəlidir. Bəs maraqlıdır görəsən texniki baxışa yararsız olan bu avtomobili C. Əbdülkərim necə idarə edir? Məgər bunu YPX əməkdaşları görmürmü yoxsa görüb görməməzlikdən gəlirlər? A. Gülbəniz xanım xəbər portalımız vasitəsi ilə aidiyyəti qurumlardan bu şəxsin barəsində ciddi tədbir görülməsini xahiş edir. Gülbəniz Abdullayevanın xəbər portalımızın  WhatsApp nömrəsinə göndərdiyi həmin səs yazısını və avtomobilin həqiqətən də tamamilə nasaz vəziyyətdə ki fotosunu təqdim edirik.
 
Qarşı: tərəfi də dinləməyə hazırıq.
]]>
kanal Thu, 11 Aug 2022 14:32:13 +0400
BAŞ REDAKTORUN HƏBSİNİN DETALLARI... – “Hürriyyət”in bölgə müxbiri Azər Allahverdiyevin açıqlaması... https://kanal1.az/2022/07/07/ba-redaktorun-hbsnn-detallari-hrriyytin-blg-mxbiri-azr-allahverdiyevin-aqlamas.html https://kanal1.az/2022/07/07/ba-redaktorun-hbsnn-detallari-hrriyytin-blg-mxbiri-azr-allahverdiyevin-aqlamas.html

 BAŞ REDAKTORUN HƏBSİNİN DETALLARI... –

 

"Demokratik" saytının redaktoru Osman Rzayevin Göygöl Mərkəzi Rayon Xəstəxanasının direktoru Vasif Əliyevin şikayəti əsasında tutulması iddiası haqda yeni informasiyalar əldə etmişik.

06.07.2022 ci il tarix də Göygöl Mərkəzi Rayon Xəstəxanasının direktoru Vasif Əliyev mənə zəng edərək bildirdi ki, Demokratik.az saytının redaktoru Osman Rzayev, Gəncə Şəhər region İdarəsinin rəisi Anar Qədiməliyevin ərizəsi əsasında, Göygöl polis şöbəsində saxlanılıb.

Vasif Əliyevin bildirdiyinə görə, Osman Rzayev 1500 manat pul tələbi əsasında saxlanılıb.

"Mənə də səhər saatlarında işə gələrkən bu barədə məlumat verilib”, - deyə direktor bildirdi.

Sonradan aydın oldu ki, Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayevin) həbsi Göygöl rayon Mərkəzi Rayon Xəstəxanasının direktoru Vasif Əliyevin, Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyevin və həmin xəstəxananın həkimi Rəşad Əkbərovun, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədovun təşəbbüsü ilə olub.

Adları çəkilən 4 nəfərin şikayəti əsasında Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.

Qeyd edək ki, həbs olunan Demokratik.az saytının redaktoru Osman Rzayev haqqında qaldırılan Cinayət Məcəlləsinin 182-ci maddəsi " Hədə‐qorxu ilə tələb etmə"dir.

182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə.

Bu maddəyə əsasən, ittiham olunan şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

182.2. Eyni əməllər:

182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

182.2.2. təkrar törədildikdə;

182.2.3. zor tətbiq etmə ilə törədildikdə;

182.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

182.3. Eyni əməllər:

182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə;

182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə. Əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Demokratik.az saytının redaktoru Osman Rzayevin həbs olunması haqqında əsaslı arqument hələlik ictimaiyyətə açıqlanmayıb. Sadəcə, redaktorun Demokratik.az saytında yazılanlara istinadən şikayətçilərin ərizəsi haqqında saxlanılması haqqında məlumatlar var.

Belə ki, Demokratik.az saytında adları şikayətçi siyahısında olanların iş fəaliyyəti yoxlanılmadan belə bir qərarın verilməsi Osman Rzayevin həbsi ilə bağlı qaranlıq məqamların olduğunu ortaya qoyur və yeni suallar yaradır.

Daxili İşlər Nazirliyinin açıqlaması sadəcə şikayətçinin olması haqqında məlumatdır.

Söz azadlığının ictimailəşməsi, vəzifəli və ya digər şəxslər haqqında saytlarda, sosial şəbəkələrdə, qəzet və ictimayi kanallarda dərc olunması, "Hədə‐qorxu ilə tələb etmə" işgüzar nüfuzu ləkələyirsə, aidiyyəti üzrə adı çəkilən vəzifəli şəxslərin, digər vətəndaşların iş fəaliyyəti tabe olduğu və digər orqanlar tərəfindən manitorinq olunması, yazıda dərc olunan cümlələrin araşdırılması zərurəti yaranır. Bunun nəticəsində qərara gəlmək olar ki, yazılanlar ya absuddur, ya da həqiqət.

Belə bir hal olmadığı halda çəza tədbiri görülməsi, həbs olunan şəxsin hüququnun gobud şəkildə pozulmasıdır.

Mövzuya qayıdacayıq...

AZƏR,

Gəncə müxbiri

]]>
kanal Thu, 07 Jul 2022 18:42:49 +0400
Əskisi tüstülü olan təhsil müdiri JURNALİSTƏ TORBA TİKDİ - TƏFƏRRÜAT https://kanal1.az/2022/07/06/skisi-tstl-olan-thsil-mdiri-jurnalst-torba-tkd-tfrrat.html https://kanal1.az/2022/07/06/skisi-tstl-olan-thsil-mdiri-jurnalst-torba-tkd-tfrrat.html
 
 
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev baş redaktoru həbs etdirib.

Hurriyyet.az-a bu barədə bölgə müxbirimiz Azər Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, dünən A.Qədiməliyev Demokratik.az saytının baş redaktoru Osman Nərimanoğlunu görüşə dəvət edib. Bu görüş zamanı Təhsil İdarəsinin müdiri baş redaktordan barəsində gedən tənqidi yazıları dayandırmağı xahiş edib. Daha sonra isə Demokratik.az saytına dəstək adı altında O.Nərimanoğluna 1500 AZN pul təklif edib.

Osman Nərimanoğlu


Məlumata əsasən, baş redaktor həmin pulu öncə götürmək istəməsə də, sonradan A.Qədiməliyev "mən bunu sənin saytına dəstək məqsdilə və bir dost kimi verirəm”, - deyərək həmin vasiti onun cibinə basıb. Maraqlıdır ki, az müddət sonra polis əməkdaşları baş redaktoru qandallayaraq, əvvəlcədən seriya nömrələri yazılan həmin pulları O.Nərimanoğlunun cibindən çıxararaq, akt tərtbib ediblər. Bu zaman baş redaktora məlum olub ki, saatlardır ona dostluqdan danışan Anar Qədiməliyev, əslində, onu görüşə dəvət etməklə "torbasını tikmək” niyyətində olub.

Hurriyyet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.]]>
kanal Wed, 06 Jul 2022 12:40:41 +0400
Əməkdar mədəniyyət işçisi vəfat etdi (FOTO) https://kanal1.az/2021/04/07/mkdar-mdniyyt-iisi-vfat-etdi-foto.html https://kanal1.az/2021/04/07/mkdar-mdniyyt-iisi-vfat-etdi-foto.html Əməkdar mədəniyyət işçisi vəfat etdi (FOTO)
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış teatr xadimi Həsən Həsənov 71 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

"Kanal1.az" xəbər verir ki, Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub.

1992-1994-cü illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında sərəncamçı direktor vəzifəsində çalışıb. 1994-cü ildə Dövlət Gənclər teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunub. 2006-2009-cu illərdə Dövlət Gənclər Teatrında direktor, 2009-cu ildə isə direktor müavini vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Mingəçevir Dövlət Dram Teatrının direktoru olub.

2014-2017-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında direktor müavini vəzifəsində çalışıb. 2017-ci ildən "Audiokitab" layihəsinin rəhbəridir.

Əməkdar mədəniyyət işçisi vəfat etdi (FOTO)
]]>
kanal Wed, 07 Apr 2021 10:12:56 +0400
DİN gecə işləyən kafeni aşkar etdi, müştərilər saxlanıldı - FOTO https://kanal1.az/2021/04/06/dn-gec-ilyn-kafeni-akar-etdi-mtrilr-saxlanld-foto.html https://kanal1.az/2021/04/06/dn-gec-ilyn-kafeni-akar-etdi-mtrilr-saxlanld-foto.html DİN gecə işləyən kafeni aşkar etdi, müştərilər saxlanıldı - FOTO
Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan profilaktik tədbirlərə baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində karantin qaydalarına əməl edilməməsi hallarına rast gəlinməkdədir.

"Kanal1.az" xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında,yəni 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı X.Səfərov və daha 4 müştəri polislər tərəfindən saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.
QALEREYA

DİN gecə işləyən kafeni aşkar etdi, müştərilər saxlanıldı - FOTO
DİN gecə işləyən kafeni aşkar etdi, müştərilər saxlanıldı - FOTO
]]>
kanal Tue, 06 Apr 2021 20:16:08 +0400
İƏT nümayəndə heyəti Gəncədə raketlə vurulan ərazilərə baxıb - FOTO https://kanal1.az/2021/04/06/t-nmaynd-heyti-gncd-raketl-vurulan-razilr-baxb-foto.html https://kanal1.az/2021/04/06/t-nmaynd-heyti-gncd-raketl-vurulan-razilr-baxb-foto.html İƏT nümayəndə heyəti Gəncədə raketlə vurulan ərazilərə baxıb - FOTO
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

"Kanal1.az"ın verdiyi məlumata əsasən səfər çərçivəsində diplomat heyəti Gəncə şəhərində olub. Səfər çərçivəsində nümayənfə heyəti Vətən müharibəsi zamanı işğalçı Ermənistan ordusu tərəfindən dinc sakinlərin yaşadığı ərazilərə atılan ballistik raketlərlə vurulan yaşayış massivlərinə baxış keçirib.

Bir daha bildirilib ki, İƏT olaraq daima Azərbaycan xalqının yanında olublar və hər zaman Azərbaycanın haqlı davasını istər Birləşmiş Millətlər Təşkilatında (BMT), istərsədə digər beynalxalq qurumlarda müdafiə ediblər.

Məlumat üçün bildirək ki, Gəncə və Ağdam şəhərlərinə səfər zamanı İƏT-in 9 ölkəsindən 15 nümayəndə heyəti iştirak edib.

QALEREYA

İƏT nümayəndə heyəti Gəncədə raketlə vurulan ərazilərə baxıb - FOTO
İƏT nümayəndə heyəti Gəncədə raketlə vurulan ərazilərə baxıb - FOTO
İƏT nümayəndə heyəti Gəncədə raketlə vurulan ərazilərə baxıb - FOTO
]]>
kanal Tue, 06 Apr 2021 19:19:52 +0400
Xəstəxananın rəhbərinə cinayət işi açıldı, rüşvətə görə - FOTO https://kanal1.az/2021/04/06/xstxanann-rhbrin-cinayt-ii-ald-rvt-gr-foto.html https://kanal1.az/2021/04/06/xstxanann-rhbrin-cinayt-ii-ald-rvt-gr-foto.html   Xəstəxananın rəhbərinə cinayət işi açıldı, rüşvətə görə - FOTO
“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nuru Nuriyev və Kadrlar şöbəsinin vəzifəli şəxsi Şücaət Hacıyeva rüşvət almaqda təqsirləndirilir.

"Kanal1.az" xəbər verir ki, hər iki şəxs barəsində cinayət işinin istintaqı başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Bilal Məmmədovun sədrlik etdiyi cinayət kollegiyasının icraatındadır.

Nuriyev Nuru İbad oğlu və Hacıyeva Şücaət Əvəz qızına Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib.

  Xəstəxananın rəhbərinə cinayət işi açıldı, rüşvətə görə - FOTO
]]>
kanal Tue, 06 Apr 2021 17:31:56 +0400
Bakıda bu küçədə təmir-tikinti işləri aparılır - FOTO https://kanal1.az/2021/04/06/bakda-bu-kd-tmir-tikinti-ilri-aparlr-foto.html https://kanal1.az/2021/04/06/bakda-bu-kd-tmir-tikinti-ilri-aparlr-foto.html Bakıda bu küçədə təmir-tikinti işləri aparılır - FOTO
​"Kanal1.az"
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Xətai rayonunun Xudu Məmmədov küçəsində təmir-tikinti işləri aparır.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, küçənin təmir olunan hissəsinin uzunluğu 2 100 metr təşkil edir.

Küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə deformasiyaya uğramış yol yatağı qazılıb çıxarılıb, əks-dolğu işləri görülüb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb.

Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Hazırda küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Asfaltlanma işləri bitdikdən sonra Xudu Məmmədov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsi veriləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər AAYDA-nın rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Cari ildə Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik Xətai rayonunda 2019-cu ildə 17,7 km uzunluğunda olan 14, 2020-ci ildə isə 23,8 km uzunluğa malik 18 adda küçə və yolda genişmiqyaslı təmir-tikinti işləri aparıb.
QALEREYA

Bakıda bu küçədə təmir-tikinti işləri aparılır - FOTO
Bakıda bu küçədə təmir-tikinti işləri aparılır - FOTO
Bakıda bu küçədə təmir-tikinti işləri aparılır - FOTO
Bakıda bu küçədə təmir-tikinti işləri aparılır - FOTO
Bakıda bu küçədə təmir-tikinti işləri aparılır - FOTO
]]>
kanal Tue, 06 Apr 2021 14:11:13 +0400
Azərbaycanda vəzifəli şəxs koronavirusa yoluxub - FOTO https://kanal1.az/2021/04/06/azrbaycanda-vzifli-xs-koronavirusa-yoluxub-foto.html https://kanal1.az/2021/04/06/azrbaycanda-vzifli-xs-koronavirusa-yoluxub-foto.html Azərbaycanda vəzifəli şəxs koronavirusa yoluxub - FOTO
“Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev koronavirusa yoluxub.

"Kanal1.az" xəbər verir ki, bu barədə “Report”a Nazirlikdəki mənbə bildirib.

Məlumatda deyilir ki, ötən həftə verdiyi PCR testinin nəticəsi "müsbət" çıxmış S.Paşayev hazırda xəstəxanalardan birində müalicə alır.

Xatırladaq ki, S.Paşayev 2016-cı ilin dekabrından sözügedən dövlət şirkətinə rəhbərlik edir.


Azərbaycanda vəzifəli şəxs koronavirusa yoluxub - FOTO
]]>
kanal Tue, 06 Apr 2021 10:54:03 +0400
Maşın qiymətinə ayaqqabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO https://kanal1.az/2021/04/06/man-qiymtin-ayaqqab-hr-ksi-tccblndrd-foto.html https://kanal1.az/2021/04/06/man-qiymtin-ayaqqab-hr-ksi-tccblndrd-foto.html Maşın qiymətinə ayaqqabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Antalyada təşkil olunan “Eksposhoes” ayaqqabı moda sərgisində 100 firma iştirak edib.

"Kanal1.az" bildirir ki, üzəri qiymətli daşlarla bəzədilən qadın ayaqqabısının qiyməti hər kəsin təəccübünə səbəb olub.

İstanbulda fəaliyyət göstərən firmaya aid olan qadın ayaqqabısının hazırlanması bir aya başa gəlib və 37 ölçüdədir. Ayaqqabını adı açıqlanmayan türk iş adamı 13 min dollara alıb.

Məlumata görə, ayaqqabı gələn il İtaliyada və Rusiyada təşkil olunacaq sərgidə “Made in Türkiyə” etiketi ilə nümayiş olunacaq.

Maşın qiymətinə ayaqqabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
]]>
kanal Tue, 06 Apr 2021 08:35:00 +0400