Dünya - Kanal1.az https://kanal1.az/ tr Dünya - Kanal1.az DataLife Engine Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin... https://kanal1.az/2024/04/24/ermnistanda-hbs-dalasi-azrbaycanla-srhdin.html https://kanal1.az/2024/04/24/ermnistanda-hbs-dalasi-azrbaycanla-srhdin.html Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...


Ermənistan polisi Gürcüstanla sərhəddə yerləşən Baqrataşen kəndindəki keçid məntəqəsinə gedən yolu bağlayan etirazçıları saxlamağa başlayıb.

Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, həmin şəxslər Ermənistan-Azərbaycan sərhədində ilk sərhəd dirəklərinin quraşdırılmasa etiraz edirlər.

Jurnalistlərin sözlərinə görə, söhbət Noyemberyan-Alaverdi-Baqrataşen yollarının kəsişməsini kəsən vətəndaşlardan gedir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ehtiyatda olan polkovnik Mihran Mahsudyanı, "Vətən naminə Tavuş” təşkilatı Şurasının nümayəndəsi Mikael Martirosyanı və politoloq Suren Petrosyanı saxlayıblar.

Etirazçılardan birinin Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan olduğu da bildirilir.

Qeyd edək ki, aprelin 23-də Ermənistan və Azərbaycan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.]]>
kanal Wed, 24 Apr 2024 09:49:11 +0400
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI https://kanal1.az/2024/04/23/dnyada-mdafi-xrclri-tarixi-rekord-hdd-atb-syahi.html https://kanal1.az/2024/04/23/dnyada-mdafi-xrclri-tarixi-rekord-hdd-atb-syahi.html Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI


"Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb”.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında qeyd edilib.

Bildirilir ki, ötən il qlobal müdafiə xərclərinin ümumi həcmi 2,443 milyard dollara çatıb.

Ötən il müdafiəyə ən çox pul xərcləyən ilk 10 dövlət arasında ABŞ, Çin, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya, Ukrayna, Fransa və Yaponiya yer alıb.

Eyni zamanda, bu sahədə ABŞ (916 milyard dollar) və Çinin (296 milyard dollar) xərci bütün qlobal müdafiə xərclərinin təxminən yarısını təşkil edir. Qeyd olunur ki, 2023-cü ildə ABŞ hərbi xərclərini 2,3%, Çin isə 6,0% artırıb.]]>
kanal Tue, 23 Apr 2024 11:01:38 +0400
Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU https://kanal1.az/2024/04/21/ukraynann-daha-iki-yaay-mntqsi-al-olundu.html https://kanal1.az/2024/04/21/ukraynann-daha-iki-yaay-mntqsi-al-olundu.html Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU




Rusiya qoşunları aprelin 20-də Ukraynanın Donetsk vilayətinin Novomikhailovka kəndinə nəzarəti ələ keçirib .

Publika.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Bildirilib ki, aylarla davam edən hücum Ukrayna Silahlı Qüvvələrinin "Uqledar" qrupunun cənub Donetsk istiqamətində məğlubiyyəti ilə başa çatıb.

Hazırda kənardakı son evlər minalardan təmizlənir.

Qeyd edilib ki, hücumda 155-ci dəniz piyada briqadasının əsgərləri iştirak edib.

Hərbi müxbir Semyon Peqov rus qoşunlarının Donetsk vilayətinin Semenovka kəndinə də nəzarəti ələ keçirdiklərini bildirib.

Hər iki məlumat hələ ki, Ukrayna tərəfindən təsdiqlənməyib.]]>
kanal Sun, 21 Apr 2024 17:22:08 +0400
Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət... https://kanal1.az/2024/04/20/grnmmi-istilr-200-ildn-bir-ba-vern-flakt.html https://kanal1.az/2024/04/20/grnmmi-istilr-200-ildn-bir-ba-vern-flakt.html Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...


Qərbi Afrikanı iqlim dəyişməsinin səbəb olduğu görünməmiş istilər bürüyüb.

Publika.az xəbər verir ki, bu barədə "World Weather Attribution” (WWA) məlumat yayıb.

Bildirilib ki, martın sonunda və aprelin əvvəlində Selsi üzrə 40 dərəcədən yüksək (104°F) ölümcül istilər Qərbi Afrikanın bir çox ölkəsini bürüyüb.

Sahil, Mali və Burkina-Faso regionunda temperatur göstəriciləri o qədər yüksək olub ki, bu vəziyyəti 200 ildən bir baş verən hadisə ilə müqayisə etmək olar.

Qlobal iqlim dəyişməsi ekstremal istilərin yaranmasında əsas rol oynayıb. Antropogen amili temperaturun normadan artıq 1,4 dərəcə yüksəlməsinə səbəb olub. Bu, qitə sakinlərinin müşahidə etdiyi ən güclü istilərdir.

Malinin paytaxtı Bamakoda yerləşən "Gabriel Ture” xəstəxanası aprelin ilk günlərində 102 ölüm halı qeydə alıb. Ölənlərin təxminən yarısı 60 yaşdan yuxarı olanlardır.

WWA-nın qiymətləndirmələrinə görə, dəqiq məlumat olmasa da, istilərlə bağlı minlərlə ölüm hadisəsinin baş verdiyi ehtimal olunur.

"İndiki trayektoriya ilə qazıntı yanacağı tullantıları azalmazsa, biz bu cür istilik dalğalarının ola bilsin ki, 10 dəfə daha tez-tez, yəni potensial olaraq, ildə 20 dəfəyədək müşahidə olunacağını gözləyirik”, - deyə alimlər qeyd edirlər.]]>
kanal Sat, 20 Apr 2024 10:32:49 +0400
NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar” https://kanal1.az/2024/04/20/nasa-2024-c-ild-insanlar-nadir-kosmik-fenomenin-ahidi-olacaqlar.html https://kanal1.az/2024/04/20/nasa-2024-c-ild-insanlar-nadir-kosmik-fenomenin-ahidi-olacaqlar.html NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”


"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər”.

Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib.

Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcək ki, onun partlaması təxminən 80 ildə bir dəfə baş verir. Onun sözlərinə görə, digər ulduzlar bir neçə min ildə bir dəfə partlayır.

İdarənin rəhbəri əlavə edib ki, hazırda astronomlar fenomenin dəqiq tarixini deyə bilmirlər. Bununla belə, o əmin edib ki, ulduzun partlaması adi gözlə görünəcək.

Kuk həmçinin "alovlanan ulduzun” parlaqlığının Qütb ulduzuna bənzədiyini vurğulayıb.

NASA-nın məlumatına görə, ulduz artıq iki dəfə - 1866-cı il mayın 12-də və 1946-cı il fevralın 9-da partlayıb.]]>
kanal Sat, 20 Apr 2024 10:32:22 +0400
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı https://kanal1.az/2024/04/19/gcl-maqnit-qasras-gzlnilir-n-thlkli-gnlr-aqland.html https://kanal1.az/2024/04/19/gcl-maqnit-qasras-gzlnilir-n-thlkli-gnlr-aqland.html Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı



Günəş Yer üçün maqnit qasırğası hazırlayır.

Bu barədə "Phobos” hava mərkəzinin mütəxəssisləri xəbərdarlıq ediblər.

Müşahidə məlumatlarına görə, ulduzun cənub yarımkürəsində, Yerə baxan tərəfində alov enerjisinin sürətlə yığılması müşahidə olunur.

Son günlərdə günəş ləkələrinin sahəsi demək olar ki, 100% artıb. Yerin orbiti yaxınlığında rentgen şüalarının aktivliyi isə 5 dəfə çoxalıb. Bu, ilin əvvəlindən bu yana maksimumdur.

Böyük ehtimal ki, bütün bunlar həftə sonuna qədər ən yüksək dərəcəli maqnit qasırğasının yayılmasına səbəb olacaq.

Ən təhlükəli günlər aprelin 19-u və 20-sidir. Günəşin mənfi təsirləri gələn həftənin ortalarına qədər hiss olunacaq.]]>
kanal Fri, 19 Apr 2024 10:37:00 +0400
ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..." https://kanal1.az/2024/04/19/st-dn-qorxulu-aiqlama-martda-25-mindn-ox-insan.html https://kanal1.az/2024/04/19/st-dn-qorxulu-aiqlama-martda-25-mindn-ox-insan.html ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."


Bu ilin mart ayında 25 mindən çox insan vəba xəstəliyinə yoluxub ki, bu da fevral ayı ilə müqayisədə 33 % azdır.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

ÜST-nin aylıq bülletenində qeyd olunub ki, mart ayında 16 ölkədən 25 424 vəba xəstəliyinə yoluxma halı və 169 ölüm faktı barədə məlumat daxil olub. Martda fevral ayı ilə müqayisədə 33 % daha az yoluxma halı qeydə alınsa da, ÜST azalma tendensiyasına ehtiyatla yanaşmağa çağırıb. Martda ən çox yoluxma Afrika və Şərqi Aralıq dənizi regionunda qeydə alınıb.

Qeyd edək ki, ÜST yanvarda dünyada vəbaya yoluxma hallarının artımını 3-cü dərəcəli fövqəladə vəziyyət kimi təsnif etmişdi və bu, ən yüksək çətinlik səviyyəsidir.

ÜST-dən qeyd edilib ki, dünyada vəba peyvəndlərinin kəskin çatışmazlığı davam edir. 2023-cü ilin yanvarından 2024-cü ilin martına qədər bu cür peyvəndlər üçün təcili müraciətlərin sayı kəskin artıb; 14 ölkə 79 milyon doza üçün müraciət edib. Halbuki həmin vaxt vaksin ehtiyatı 40 milyon ədəd idi. Aprelin 15-nə olan məlumata görə, dünya üzrə vəba peyvəndi ehtiyatı 2,3 milyon doza səviyyəsindədir.]]>
kanal Fri, 19 Apr 2024 10:35:56 +0400
Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur https://kanal1.az/2024/04/19/dnya-flaktin-bir-addmlnda-peymbrin-dediklri-gerk-olur.html https://kanal1.az/2024/04/19/dnya-flaktin-bir-addmlnda-peymbrin-dediklri-gerk-olur.html Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur




İslam dinin banisi Həzrət Məhəmməd peyğəmbər (səllalahu aleyhi və səlləm) təxminən 1500 il əvvəl yaşayıb. Ömrü boyu bir çox proqnozlar verib və onların əksəriyyəti artıq reallığa çevrilib. İndi deyəsən, onun söylədiklərinin ən pisi gerçəkləşməyə başlayır.

Publika.az bu barədə "W Day"yə istinadla yazır.

Peyğəmbər öz sözlərində qiyamət gününü tez-tez xatırladır. Əslində o, bununla indiki sivilizasiyanın bu və ya digər formada ölümünü nəzərdə tuturdu. Ən azından, tarixçilərin əksəriyyəti bu şərhə meyllidirlər.

O, dünyanın sonunun çox açıq əlamətlərini qeyd edib. Onları "kiçik" və "böyük" olaraq ayırıb.

Ən azı, kiçik olanlar artıq gerçəkləşir. Onun hesab etdiyi şey budur ki, qiyamətin ilk müjdəçiləri olacaq: müəyyən edilmiş normalara zidd olaraq müxtəlif hərəkətlər meydana çıxacaq. İnsanlar əcdadlarının adət-ənənələrini pozacaqlar. Bəşəriyyət özünü məhv etmək yoluna qədəm qoyacaq. Zina insanlar üçün normaya çevriləcək. Təbii fəlakətlər daha tez-tez baş verəcək. Hərdən müharibələr başlayacaq.

İndi isə daha əhəmiyyətli əlamətlərdən danışa bilərik – sadəcə olaraq, son günlər Şərqdə baş verənlərə diqqət yetirmək lazımdır. Birincisi, Dubay misli görünməmiş leysanlar nəticəsində su altında qaldı - bu, tarixdə heç vaxt olmamışdı. Daha sonra fəlakət Omana yayıldı. Son məlumatlara görə, leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 18 nəfər ölüb.

Həzrət Məhəmməd peyğəmbər deyib: "Ərəblərin torpağında çaylar yenidən axmayana və bağlar yenidən çiçəklənməyənə qədər qiyamət qopmayacaq".

Görünür, indi baş verənlər məhz budur.

Növbəti əlamət daha pis olacaq: on minlərlə insanın ölümünə və bütün şəhərlərin məhvinə səbəb olacaq təbii fəlakətlərin sayının və miqyasının artması.

Yalnız Qiyamət Saatının təxirə salınacağına ümid edə bilərik. Axı, hətta peyğəmbərin özü demişdir ki, insan Allahın planını tam dərk edə bilməz.

Bir gün Həzrət Məhəmməd peyğəmbərdən "Ey Allahın Elçisi, Qiyamət nə zamandır?” deyə soruşublar. O belə cavab verib:

"Soruşulan Soruşandan artıq bilmir, lakin sənə onun əlamətlərindən danışaram. Kəniz ağasını doğduğu zaman; bu onun əlamətlərindəndir. Ayaqyalın, çılpaq kəslərin insanlara başçılıq etdikləri zaman; bu onun əlamətlərindəndir. Qoyun otaran çobanların uca binalar tikərək yarışdıqları zaman; bu onun əlamətlərindəndir. Beş şeyi Allahdan başqa heç kəs bilməz. Həqiqətən, o saatı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!"]]>
kanal Fri, 19 Apr 2024 10:34:06 +0400
Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı https://kanal1.az/2024/04/18/ermnistan-nvbdnknar-sekiy-gedck-painyan-aqlad.html https://kanal1.az/2024/04/18/ermnistan-nvbdnknar-sekiy-gedck-painyan-aqlad.html Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı




"Ermənistanda növbədənkənar parlament seçkisi keçirilməyəcək”.

Publika.az xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan yayılan xəbərləri şərh edərkən bildirib.

O bəyan edib ki, Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar seçki keçirmək niyyətində deyil.

Paşinyan bunun lazım olduğunu düşünmədiyini vurğulayıb.]]>
kanal Thu, 18 Apr 2024 12:58:08 +0400
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər https://kanal1.az/2024/04/18/alimlr-yer-yaxn-olan-ikinci-n-byk-qara-dliyi-kf-ediblr.html https://kanal1.az/2024/04/18/alimlr-yer-yaxn-olan-ikinci-n-byk-qara-dliyi-kf-ediblr.html Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

"Gaia BH3” adlanan qara dəlik Günəşdən 33 dəfə böyükdür.

Qalaktikamızda məlum olan növbəti ən böyük ulduz qara dəliyi olan "Cygnus X-1”in çəkisi 21 Günəşə bərabərdir.

Qara ləkə təxminən iki min işıq ili uzaqlıqda "Akvila” bürcündə yerləşir və o, Yerə ən yaxın ikinci qara dəlikdir.

Qeyd edək ki, qara dəliklər nəhəng ulduzların kollapsı nəticəsində yaranırlar, qaz, toz, ulduzlar və digər qara dəlikləri udaraq böyüyürlər.]]>
kanal Thu, 18 Apr 2024 12:57:20 +0400