Cəmiyyət - Kanal1.az https://kanal1.az/ tr Cəmiyyət - Kanal1.az DataLife Engine AÇIQLAMA https://kanal1.az/2024/04/24/aiqlama.html https://kanal1.az/2024/04/24/aiqlama.html  

AÇIQLAMA

 

 
BİLƏSUVAR RAYON ZƏFƏR YOLU ADLANAN YOLUN KƏNARINDA LEYLİ XUDAVERDİYEVAYA MƏXSUS YOLUXUCU XƏSTƏLİKLƏRİN BAŞ ALIB GETDİYİ VƏ GƏLƏCƏYİMİZ OLAN GƏNCLƏRİN TƏLİM TƏRBİYƏSİNİN POZULDUĞU BİR ƏXLAQSIZLIQ YUVASI KANAL1.AZ İNFORMASİYA XƏBƏR PORTALINDA YAYIMLANMIŞ YAYIM İLƏ BAĞLI OLARAQ BİLƏSUVAR RAYON POLİS ŞÖBƏSİNİN RƏİSİ NƏSİB MÜƏLLİMİN TAPŞIRIĞI, HƏMÇİNİN TƏXİRƏSALINMAZ TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ SÖZÜGEDƏN ƏXLAQSIZLIQ YUVASI BAĞLANMIŞDIR. BU BARƏDƏ AÇIQLAMANI DİN-NİN CƏNUB REGİONAL MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ MƏHƏMMƏD RZAYEV BİLDİRMİŞDİR.
 
Nəsib müəllimin heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Nəsib müəllim elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
 
Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Nəsib müəllimə və onun bütün kollektivinə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.
 
 
KANAL1.AZ İNFORMASİYA XƏBƏR PORTALININ BAŞ REDAKTORU
ARZU ORUCOV

]]>
kanal Wed, 24 Apr 2024 10:54:55 +0400
“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq https://kanal1.az/2024/04/24/whatsapp-istifadilri-n-inanlmaz-yenilik-internetsiz-olacaq.html https://kanal1.az/2024/04/24/whatsapp-istifadilri-n-inanlmaz-yenilik-internetsiz-olacaq.html “WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq


"WhatsApp” istifadəçiləri "Yaxınlıqdakı insanlar” adlı yeni funksiya ilə oflayn sənədlər, media və ya digər faylları paylaşa biləcəklər.

Publika.az xəbər verir ki, "WhatsApp”ın istifadəçilərə faylları oflayn köçürməyə və paylaşmağa imkan verən yeni funksiyanı sınaqdan keçirdiyi bildirilir.

Məlumata görə, "WhatsApp People Nearby” qurğular arasında faylları ötürmək üçün "Bluetooth”-dan istifadə edəcək.

Bu xüsusiyyətin "iOS” istifadəçilərinə uyğun gəlib-gəlməyəcəyi və ya "WhatsApp”ın bu funksiyanı bütün istifadəçilərə nə vaxt təqdim etməyi planlaşdırdığı hələlik bəlli deyil.]]>
kanal Wed, 24 Apr 2024 09:55:43 +0400
Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN https://kanal1.az/2024/04/24/rsmn-aqland-uaya-qayd-balayr-bu-tarxdn.html https://kanal1.az/2024/04/24/rsmn-aqland-uaya-qayd-balayr-bu-tarxdn.html Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN




Gələn ay keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qaytarılmasına başlanılacaq.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində "Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.

"Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, gələn ay biz 30 il aradan sonra doğma şəhərlərinə qayıdan ilk köç karvanını qarşılayacağıq. Yeni yaşayış massivində 370 ailə mənzillə təmin olunacaq.

Bu komplekslə birlikdə 2026-cı ilin sonuna hədəfimiz 110 yaşayış binası inşa etməkdir. Bunlar dörd, beş və ya altımərtəbəli binalar olacaq. Bu da bizə təxminən 8000 nəfəri yerləşdirməyə imkan yaradacaq. Bütün bu binalar yeni istilik izolyasiya standartlarına uyğun olaraq tikiləcək. Nəticədə onların enerji səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq”, - o vurğulayıb.]]>
kanal Wed, 24 Apr 2024 09:55:18 +0400
Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA https://kanal1.az/2024/04/24/barsaq-xstliklri-olan-insanlar-n-n-faydali-qda.html https://kanal1.az/2024/04/24/barsaq-xstliklri-olan-insanlar-n-n-faydali-qda.html Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA


"Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır”.

Bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib.

Həkim bağırsaq problemi olan insanları bu məşhur və əlçatan məhsulu qida rasionlarına əlavə etməyə çağırıb.

Endokrinoloq qeyd edib ki, qırmızı kələmin suyu faydalı bakteriyaların artmasını stimullaşdırır, Kron xəstəliyi və xoralı kolitin simptomlarını aradan qaldırır.

"Bundan əlavə, qırmızı kələmin təzə çəkilmiş şirəsi qoruyucu funksiya yerinə yetirir: toksinlərin, qida antigenlərinin və mikroorqanizmlərin orqanizmə sovrulmasını azaldır”, - deyə mütəxəssis əlavə edib.

O bildirib ki, qırmızı kələm yemək mədə-bağırsaq xəstəliklərinin qarşısını alır.

Sonda Pavlova xatırladıb ki, kələmin istənilən növü faydalıdır, çünki onun tərkibində bitki lifləri və fol turşusu var.
]]>
kanal Wed, 24 Apr 2024 09:51:28 +0400
Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür https://kanal1.az/2024/04/22/milli-qhrman-allahverdi-barovun-doum-gndr.html https://kanal1.az/2024/04/22/milli-qhrman-allahverdi-barovun-doum-gndr.html Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür



Aprelin 22-də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsində şəhid olmuş Allahverdi Bağırovun anadan olmasının 78-ci ili tamam olur.

Oxu.Az xatırladır ki, erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən A.Bağırov həm də Qarabağ müqavimətinin simvolu idi.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub.

Yeddi qız övladından sonra dünyaya gəldiyi üçün ailəsi ona Allahverdi, yəni "Allahın payı” adını verir. Bu, həm də onun ana babasının adı idi.

O, orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.

O, həm də Ağdamın "Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib.

1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşlarının böyük xidmətləri olub. Sonrakı illərdə Allahverdi Bağırov digər vətənpərvər insanlarla birlikdə Ağdamda ilk müdafiə dəstələrini yaradıb. Həmin vaxt ilk dəfə yerli əhalinin təşəbbüsü ilə Əsgəranla Ağdam arasında keşikçi postu yaradılıb və Allahverdi Bağırovun qardaşı Eldar könüllü olaraq bu posta keşik çəkməyə gedib. Daha sonra bu cür özünümüdafiə postları ermənilər yaşayan ərazilərlə qonşu digər kəndlərdə də yaradılıb.

1991-ci il oktyabrın 1-də Azərbaycan Ordusunun ilk hərbi birləşmələrindən biri - 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru yaradılın. Bu taborun yaradıcıları Eldar və Allahverdi Bağırov qardaşları olublar. Eldar Bağırovun komandiri olduğu və 760 döyüşçüsü olan tabora "Vətən oğulları” adı verilin. Eldar Bağırov həmçinin Azərbaycan Ali Sovetinin üzvü seçilin.

Lakin 1991-ci ildə E.Bağırov Bakıda olan Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilin. Bundan sonra tabora Allahverdi Bağırov komandanlıq etməyə başlayın.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində uğurlu hücum əməliyyatı keçirib. Allahverdi Bağırovun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub.

Cəmi iki saat çəkən hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Bu əməliyyatdan sonra Allahverdi Bağırov "General Məhəmməd Əsədov” adına mükafata layiq görülüb.

1992-ci il fevralın 26-da Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib. Bu hücum nəticəsində yüzlərlə insan xilas edilərək Ağdama gətirilib.

Bağırovun erməni tərəfi, konkret olaraq Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasanyanla danışıqlardan sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib. Bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb.

Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və meyitləri Ağdama gətirib.

Bağırovun bu fəaliyyəti "Fəryad” filmində obrazlı şəkildə işıqlandırılıb.

Allahverdi Bağırovun sonuncu ən böyük əməliyyatı 1992-ci il iyunun 12-də baş tutur. Bağırovun komandanlığı altında hücuma keçən Azərbaycan Ordusu Aranzəmin, Naxçıvanlı, Dehraz, Təkir, Mirikənd kəndlərini düşməndən təmizləyərək Əsgəran qalasına qədər irəliləyib. Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Aranzəmin kəndində gedən döyüşlərdə 100 erməni məhv edilib, düşmənin 10 döyüşçüsü əsir götürülüb.

Bu əməliyyatdan iki gün sonra iyunun 12-də təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. Allahverdi Bağırov, sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olub.

A.Bağırovun Bakıda Şəhidlər xiyabanında dəfni planlaşdırılsa da, sonradan Ağdamda qardaşı Eldarın yanında dəfn olunub. Allahverdi Bağırov ölümündən sonra 24 fevral 1993-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı” adı və "Qızıl ulduz” medalı ilə təltif olunub.

Qeyd edək ki, Ağdamın düşmən işğalından azad edilməsi nəticəsində Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun qızları 27 ildən sonra onun məzarını ziyarət ediblər.]]>
kanal Mon, 22 Apr 2024 17:18:39 +0400
Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir https://kanal1.az/2024/04/22/azrbaycanda-bu-mhsullar-ucuzlaacaq-yeni-qanun-qvvy-minir.html https://kanal1.az/2024/04/22/azrbaycanda-bu-mhsullar-ucuzlaacaq-yeni-qanun-qvvy-minir.html Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir


"Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Milli Məclisin profil komitələrində müzakirə edilən bu layihənin sabah plenar iclasda qəbul olunacağı gözlənilir. 2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 faiz artaraq 7.6 milyard dollara çatıb. Yeni anlaşma qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından vacib hesab edilir. Ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəflənir”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial media hesabında paylaşıb.

O qeyd edib ki, son dövrlər imzalanan anlaşmalar iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə müsbət təsir göstərir:

"Azərbaycanın qeyri-neft ixracatının 25 faizi məhz qardaş dövlətin payına düşür. Türkiyə həm ümumi ticarət dövriyyəsində, həm də qeyri-enerji ixracatında Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. İkiqat vergitutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər. Türkiyədən illik idxalımızın həcmi 2 milyard 291 milyon dollardır. İdxalında strukturunda yüngül sənaye, xüsusən də geyim məhsulları və qida malları xüsusi paya malikdir. Bu kontekstdən, yaxın dövrlərdə Azərbaycanda Türkiyədən gətirilən malların ucuzulaşması mümkün ola bilər. İqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır”.]]>
kanal Mon, 22 Apr 2024 17:17:25 +0400
Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA https://kanal1.az/2024/04/21/yeni-pandemiyaya-bu-viruslar-sbb-ola-bilr-aradirma.html https://kanal1.az/2024/04/21/yeni-pandemiyaya-bu-viruslar-sbb-ola-bilr-aradirma.html Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA




Qrip virusu yeni pandemiyaya səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian” beynəlxalq araşdırmanın nəticələrinə istinadla yazır.

Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştammına görə yeni pandemiyanın baş verəcəyini qeyd edib. Respondentlərin daha 21 faizi "Virus X”in bütün dünya üçün təhlükəyə çevriləcəyinə əmindir.

"Qrip hər qış görünür. Bu epidemiyaları kiçik pandemiyalar adlandırmaq olar. Onlara daha çox və ya daha az nəzarət edilir, çünki onlara səbəb olan müxtəlif ştamlar kifayət qədər virulent deyil. Lakin bu, həmişə belə olmayacaq”, – Köln Universitetinin tədqiqatçısı Con Salmanton-Qarsia bildirib.

Bundan əlavə, sorğuda iştirak edən alimlərin 15 faizi "Sars-CoV-2"nin yenidən pandemiyaya səbəb ola biləcəyinə əmindir.

Bundan əvvəl amerikalı həkimlər ilk dəfə olaraq maralları bir növ zombiyə çevirən prion xəstəliyi olan xroniki arıqlama xəstəliyinin (CWD) qurbanı olduqları güman edilən iki nəfəri müəyyən ediblər. Söhbət ov əti yeyən iki ovçudan gedir. Onları xilas etmək mümkün olmayıb.]]>
kanal Sun, 21 Apr 2024 17:22:32 +0400
31 dərəcə isti olub - FAKTİKİ HAVA https://kanal1.az/2024/04/21/31-drc-isti-olub-faktk-hava.html https://kanal1.az/2024/04/21/31-drc-isti-olub-faktk-hava.html 31 dərəcə isti olub - FAKTİKİ HAVA


Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Publika.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da və Aran rayonlarında 31, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.]]>
kanal Sun, 21 Apr 2024 17:20:42 +0400
Bu qadınlar pensiyaya tez çıxacaq https://kanal1.az/2024/04/19/bu-qadnlar-pensiyaya-tez-xacaq.html https://kanal1.az/2024/04/19/bu-qadnlar-pensiyaya-tez-xacaq.html Bu qadınlar pensiyaya tez çıxacaq




Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq.

Publika.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaq.

Belə ki, Qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər. Bu hal isə sui-istifadə hallarının artmasına səbəb ola bilər. Belə ki, qadınların 3 və ya 4 uşağı varsa, yaxın qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının tamamlanması nəticəsində pensiya hüququ əldə edə bilərlər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.]]>
kanal Fri, 19 Apr 2024 10:37:40 +0400
Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir https://kanal1.az/2024/04/19/yazn-glii-bzi-infeksion-xstliklr-gtirir-nec-qorunmal-professor-izah-edir.html https://kanal1.az/2024/04/19/yazn-glii-bzi-infeksion-xstliklr-gtirir-nec-qorunmal-professor-izah-edir.html Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir


Fəsil dəyişməsi, yazın gəlişi özü ilə bəzi infeksion xəstəliklər gətirir. Bu sahədə həssas qruplar daha çox risk altındadır. Bu qruplara yaşlı şəxslər, eyni zamanda, uşaqlar aid edilir.

Orqanizmdə baş verən prosesləri xarici amillərlə izah edən həkimlər bu mövsümün mərəzlərinə "yaz xəstəlikləri” deyirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri namizədi, professor Adil Qeybulla bildirib ki, baharda, adətən, orqanizm oyandığı üçün xəstəliklərin baş qaldırması da normaldır:

"Əvvəla, yaz fəslində orqanizmin, bir növ, stimullaşması baş verir. Yəni sadə dillə desək, orqanizm oyanır. Bu, Günəş istisinin artması və iqlimin isinməsi ilə bağlıdır. Müəyyən xəstəliklərin də baş qaldırması təsadüfi deyil. Xüsusən, yaz aylarında mədə xorası və qastritin kəskinləşməsi, sinir sistemi və allergik xəstəliklərin artması müşahidə olunur.

Bəzi allergik reaksiyaları olan insanlar da bu aylarda daha diqqətli olmalıdırlar. Çünki orqanizmdə müxtəlif çiçəklərin, bitkilərin qoxularına, havada uçan bitki hissəciklərinə qarşı reaksiyalar ola bilər”.

Professor bu aylarda bəzi xəstələrin xüsusən daha diqqətli olmalı olduqlarını qeyd edib:

"Bu fəsildə hər bir şəxs öz xəstəliyini bildiyinə görə, həkimi ilə məsləhətləşib müəyyən profilaktik və preventiv tədbirlər görməlidir. Mədə xorası olan xəstələr vaxtında müalicə alıb, dərmanlarını mütəmadi və vaxtı-vaxtında atmalıdırlar. Nevroloji xəstələr həkim məsləhəti əsasında müəyyən tədbirlər görrməlidirlər. Bütün bu profilaktik tədbirlər mövsümi adlandırdığımız xəstəlikləri xeyli azalda bilər”.]]>
kanal Fri, 19 Apr 2024 10:36:29 +0400