Qızlarımızda əcnəbi oğlanlara yaranan maraq: Sevgi, ölkədən qaçış, yoxsa pul?




Evlənmək, sağlam ailə sahibi olmaq yetkinlik yaşına çatmış hər kəsin arzusudur. Ancaq əksər gənclərimiz bunun nə qədər məsuliyyətli bir iş olduğunu dərk etmirlər. Və bu səbəbdən də, ölkəmizdə boşanmaların sayı gündən-günə artır. Boşanmadan əziyyət çəkən tərəf isə çox vaxt qadınlar olur. Çünki bir çox bölgələrdə valideynlər qızları kiçik yaşlarında ərə getməyə məcbur edirlər. Ölkəmizdə qızların o qədər də azad seçim imkanı olmur, qız uşaqlarına bir çox məhdudiyyətlər qoyulur. Ancaq valideynlərinə qarşı çıxıb kiminlə gəldi, hətta öz dinindən, öz millətindən olmayan insanlarla ailə quran qızlarımız da var. Statistikaya nəzər saldıqda görürük ki, əvvəlki illərə nisbətən əcnəbi vətəndaşlarla ailə quran qızların sayı oğlanların sayından xeyli çoxdur. Artıq bölgələrdə yaşayan qızlar da xarici vətəndaşlarla ailə qurub ölkəni tərk etməyə üstünlük verirlər.

Maraqlıdır, görəsən bunun əsas səbəbi sevdikləri insanla ailə qurmaqdır? Yəni qızlar düşünürlər ki, əcnəbi vətəndaşlar daha gözəl ailə başçısı olur, yoxsa ölkədə yaşayışın çətin olması, işsizlik, az maaşla əlaqəlidir? Bəs müsəlman ölkəsi olaraq dini baxımdan bu nə dərəcədə düzgündür? Ümumiyyətlə müsəlman olmayan biri ilə ailə qurmaq günah sayılırmı?

Bütün bu suallara cavab tapmaq üçün Publika.az mütəxəssislərin fikirlərini öyrənib.

Mövzu ilə bağlı saytımıza danışan sosioloq-alim Əhməd Qəşəmoğlunun fikirlərinə görə, bunun bir neçə səbəbi var. Yəni konkret bir səbəb göstərmək doğru deyil:

"Bunun ən əsas səbəbi odur ki, dünyada qloballaşma gedir, yer üzündə dəyişikliklər baş verir, gənclərin xarici ölkələr haqqında təsəvvürləri çoxalır, gediş-gəliş artıb. Artıq xarici vətəndaşlarla ailə quranların sayı da çoxalıb”.

Sosioloq bildirdi ki, ailə institutu ailənin təməlini möhkəmlətmək üçün vacib olan işləri görmür:

"Hamı bəzəkli sözlər deyir. Amma ailəni möhkəmlətmək üçün vacib olan işlər görülmür. Dəfələrlə mətbuatda demişəm bunun üçün hansı işlər görülməli olduğunu.

Gənclərimizin bir hissəsi sevdikləri üçün xarici vətəndaşlarla ailə qurur, qalan hissəsi isə ölkədə özlərinə qarşı soyuq münasibətlə bağlı olaraq xaricə getmək istəyirlər. Biz bu məsələlər haqda fərziyyə ilə danışa bilmərik. Hanı bizim elmi mərkəzlər ki, bu məsələni təhlil etsin, məlumat yığsın, bunları yüksək səviyyədə təhlil edib nəticələr çıxarsın, fəaliyyət proqramı hazırlasın, bununla bağlı qanunvericilik bazası möhkəmləndirilsin, kütləvi informasiya vasitələrinin fəaliyyət dairəsi, istiqamətləri, strategiyaları müəyyənləşsin. Axı ölkədə bu işlər görülməlidir, lakin görülmür. Mən də bu mövzuda danışanda pis adam oluram. Ümumiyyətlə bu məsələlərlə Gənclər Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzərinə düşən işləri lazımınca görmür. Qanunvericilik bazası ilə məşğul olanlar öhdəsinə düşən işləri yerinə yetirmir, sosial müdafiə məsələləri ilə bağlı, iqtisadi məsələlərlə bağlı bir xeyri işlər var ki, onları çox uğurla görmək olar. Ölkə başçısının başı qarışıb çox möhtəşəm işlərə, bundan artıq nə ola bilər ki? Torpaqlarımız işğaldan azad oldu və xarici ölkələrlə xeyli əlaqələrimiz var. Sosial problemlərlə də prezident gəlib məşğul olmalı deyil ki. Sosial, iqtisadi problemlərlə məşğul olan strukturların xeyli günahı var bu məsələdə”.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovun fikrincə isə kimsə ailə qurub ölkədən qaçdığını düşünürsə, səhv edir:

"İki şəxs arasında münasibətlərin psixoloji qərarı cütlük, hüquqi qərarı isə evlilikdir. Evlilik sevginin hüquqi adıdır. Sosial status bəzən insanı evliliklə bağlı qərar verməyə təhrik edir. Şəxs və ya şəxslər düşünürlər ki, daha yaxşı yaşamağın meyarı maddiyatdır. Pulun xoşbəxtliyi gətirəcəyinə inanan insanlar var. Heç bir halda maddi resurs xoşbəxtliyi gətirə bilməz, amma rahatlığı təmin edər. İnsanlar düşüncələrindəki anlayışları müqayisə edə bilmirlər, nə istədiklərini bilmirlər. İnsanın istəyi ancaq pul ola bilməz. Əgər elədirsə, mütləq psixi sağlamlıq mütəxəssisinə müraciət etmək lazımdır.

Müxtəlif səbəblər insanları evliliyə təhrik edə bilər. İnsan nə istədiyini bilməlidir. Başqasına görə yaşamamalıdır. Kimsə ailə qurub ölkədən qaçdığını düşünürsə, səhv edir. Düşüncəni özünlə harasa aparırsansa, hər zaman olduğun yerdəsən. Xarici vətəndaşlarla ailə qurmağa yaxşı baxıram, amma istisna hallar var.

Bütün hallarda insanın şəxsi seçimidir və buna hörmət etməliyik. Evliliyə psixoloji hazır olduqları halda cütlüklər uğurlu olurlar. Evliliyin milləti olmur, amma vətəndaşlığı olur. Ailə qurmamışdan öncə şəxslərə, münasibətlərinin gələcəyini qorumaq üçün evlilik öncəsi psixoloji uyğunluq dəyərləndirməsindən keçmələri tövsiyə olunur”.

Məsələni din baxımdan şərh edən ilahiyyatçı Fazil Əhmədli bildirdi ki, İslamın hökmünə görə, müsəlman qadın başqa dindən olan kişiyə ərə gedə bilməz:

"Müsəlman kişinin başqa bir dindən olan qadınla ailə qurması İslamda problem sayılmır. Çünki ümumiyyətlə Azərbaycanda ailədə idarəçilik məsuliyyəti kişinin boynundadır. Lakin bu kişinin qadından üstün olması demək deyil. Yalnız idarəçilik baxımdan məsuliyyət sayılır. Məsuliyyət sual sözündəndir, yəni qiyamət günü evin üç məsələsi ondan soruşulacaq. Birinci məsələ, yaşayış yeri, ikincisi evin təmini, yəni ərzaq təmini, üçüncüsü evdəkilərin geyimi. Deməli, ərzaq təmini, geyim və qalacaq yer məsuliyyəti, sualı qiymət günündə kişidən soruşulacaq.

Yəni qadının işləyirsə, onun pulundan bu işlərdə istifadə edilməsi İslamda qadağandır. Öz xoşu ilə versə, problem deyil. Bu məsuliyyət kişini boynunda olduğu üçün istər-istəməz kişinin sözü daha keçərli olacaq. Yəni bu həm də onun dininin dəyişməsində, həm də övladlarını qeyri müsəlman kimi tərbiyə edilməsində rol oynaya bilər. Bu səbəbdən də İslamın hökmüdür ki, müsəlman qadın başqa dindən olan kişiyə ərə getməsin. Bu dinin qadağasıdır. Amma hər hansı bir qadın bunu edibsə, bu o demək deyil ki, o tənqidə məruz qalmalıdır, xeyr, sadəcə kim istəyirsə ki, öz həyatını dinin qayda-qanunları üzərində qursun onda bu qanunlara əməl etməlidir. Qanun da ondan ibarətdir ki, kişi başqa bir dindən olan qadınla evlənə bilər. Çünki həmin qadın və onların övladları məcbur olacaq ki, kişinin dininə riayət etsinlər. Əlbəttə bu, qarşılıqlı razılaşma əsasında ola bilir. Mən dəfələrlə rastlaşmışam ki, bir qadın xarici vətəndaşa ərə gedib və onu da müsəlman edib. Amma təbii ki, bunun əksi də olur”.

2022-ci ilin statistikasına görə, son 5 ildə Azərbaycan vətəndaşı olan 5319 qadın xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Kiçik rəqəm deyil.

Son xəbərlər

Ermənistan Azərbaycanla kommunikasiyaları açır? - Paşinyan işarə verdi

Fransada azərbaycanlı jurnalistə qarşı zorakılıq edildi

Çox su içmək ölümə səbəb olur! - Alimlərdən təəccübləndirən AÇIQLAMA

Vatsapda daha bir yenilik - Bunu etmək olmayacaq!

Bakının dediyi olacaq: İrəvan Zəngəzur dəhlizi ilə bağlı qərarını dəyişdi

ŞOK ARAŞDIRMA: fillər bu xüsusiyyətə görə insanlardan sonra ikinci ola bilərlər

Piylənmən qan damarlarını görün necə MƏHV EDİR

Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

İki rayonun sakinlərinə ŞAD XƏBƏR: sürətli sərnişin qatarları əlçatan oldu

Dünyanın ən soyuq şəhərinin adı AÇIQLANDI: mənfi 60 dərəcə şaxta olur

Azərbaycandan 3-cü ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakıdan gələnlərlə danışmışam... - Xankəndidən İrəvana qaçan Balasanyan ilk dəfə açıqladı

Bir nəfərdə 3-4 xərçəng növünün aşkarlanması adi hala çevrilib - Alimlər Covid-19-dan şübhələnir

İsti havalarda buz kimi su içməyin! – Görün hansı fəsadlara səbəb olur

"Telegram"da yayılan yeni oyun: Dələduzluqdur, yoxsa qazanmaq imkanı?

Qorxulu xəbərdarlıq: Yalnız bu 5 ölkə qalacaq

Dünyada milyonlarla insan susuz qala bilər

Kosmosdan qəribə təkrarlanan siqnal gəldi

DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verildi

Türkiyə ilə Rusiya bu məsələ ilə bağlı razılıq əldə edə bilmir - Nə baş verir?

Yay kabusa çevrilməsin! - Qida zəhərlənməsindən necə qorunmaq olar?

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi

Maqnit qasırğası başladı

Sarıkök Alzheymeri müalicə edir?

Döymələrin ölümcül fəsadları AÇIQLANDI

Qızlarımızda əcnəbi oğlanlara yaranan maraq: Sevgi, ölkədən qaçış, yoxsa pul?

"Crocus City Hall"un yerində nə tikiləcək? - Vorobyov AÇIQLADI

BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xeyrinə DƏYİŞİKLİK

Azərbaycanda bu müəllimlərə ÜZÜCÜ XƏBƏR

Azərbaycanda Yuri Qaqarinin abidəsi qoyulacaq

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Putinin Türkiyəyə səfəri niyə baş tutmur? - Kreml açıqladı

Bu çimərliklərə getmək olmaz - Nazirlik

Bütün xəbərlər