Ermənistan Azərbaycan Konstitusiyasında nəyin dəyişdirilməsini istəyir?




Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan konstitusiya dəyişikliyi məsələsinin Bakı-İrəvan danışıqlarına daxil edilmədiyini deyib. Lakin o, bununla yanaşı, "həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyasında uzunmüddətli sülhün bərqərar olması üçün mühüm problemlər və maneələr görür”, - deyə qeyd edib.

Bakının Azərbaycana qarşı birbaşa ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi ilə çıxış etdiyi bəllidir. Ermənilərin Ana Qanunu müstəqillik bəyannaməsinin icrasını vəzifə olaraq müəyyənləşdirir. Bəyannamədə də qeyd olunur ki, "qondarma "dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma "birləşmə” – "miatsum” qərarı yerinə yetirilməlidir”. Bu iddialardan rəsmi şəkildə imtina edilmədiyi müddətdə sülh sazişinin imzalanması mümkünsüz görünür. Konstitusiya dəyişikliyi olmadan imzalanacaq sülhün də davamlılığı daim sual altında olacaq. Mirzoyanın "bu, danışıqlar gündəliyinə daxil deyil” sözləri isə erməni ictimai rəyində "hakimiyyət Əliyevin tələbi ilə konstitusiyanı dəyişir” ittihamlarından yayınmaq məqsədi daşıyır.

Əsas məqam Ermənistanın da "Azərbaycanın konstitusiyanı dəyişdirilməsi” istəyindən çıxış etməsidir. Rəsmi İrəvan "nəyin dəyişməsini" istədiklərini açıqlamır, lakin erməniləri "narahat edən” 1991-ci ildə qəbul edilən Konstitusiya Aktıdır. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli "İstiqlal Bəyannaməsi”nə istinad edilir, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunur. İrəvanda hesab edirlər ki, rəsmi Bakı varislik məsələsindən çıxış edərək, AXC ərazilərinin bərpa edilməsini istəyə bilər. Halbuki, bu varislik qeydi Azərbaycan Konstitusiyasının dəyişdirilməsini şərtləndirmir.

- Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur;
- AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur;
- Qondarma "miatsum” iddiasının yer aldığı "istiqlal bəyannaməsi”nin müddəalarının yerinə yetirilməsini vəzifə kimi qoyan Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında belə bir məqam yer almır;
İrəvanın belə bir "tələblə” çıxış etməsi Bakının konstitusiya tələbi qarşısında əks-həmlə xarakteri daşıyır.

Son xəbərlər

Ermənistan Azərbaycanla kommunikasiyaları açır? - Paşinyan işarə verdi

Fransada azərbaycanlı jurnalistə qarşı zorakılıq edildi

Çox su içmək ölümə səbəb olur! - Alimlərdən təəccübləndirən AÇIQLAMA

Vatsapda daha bir yenilik - Bunu etmək olmayacaq!

Bakının dediyi olacaq: İrəvan Zəngəzur dəhlizi ilə bağlı qərarını dəyişdi

ŞOK ARAŞDIRMA: fillər bu xüsusiyyətə görə insanlardan sonra ikinci ola bilərlər

Piylənmən qan damarlarını görün necə MƏHV EDİR

Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

İki rayonun sakinlərinə ŞAD XƏBƏR: sürətli sərnişin qatarları əlçatan oldu

Dünyanın ən soyuq şəhərinin adı AÇIQLANDI: mənfi 60 dərəcə şaxta olur

Azərbaycandan 3-cü ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakıdan gələnlərlə danışmışam... - Xankəndidən İrəvana qaçan Balasanyan ilk dəfə açıqladı

Bir nəfərdə 3-4 xərçəng növünün aşkarlanması adi hala çevrilib - Alimlər Covid-19-dan şübhələnir

İsti havalarda buz kimi su içməyin! – Görün hansı fəsadlara səbəb olur

"Telegram"da yayılan yeni oyun: Dələduzluqdur, yoxsa qazanmaq imkanı?

Qorxulu xəbərdarlıq: Yalnız bu 5 ölkə qalacaq

Dünyada milyonlarla insan susuz qala bilər

Kosmosdan qəribə təkrarlanan siqnal gəldi

DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verildi

Türkiyə ilə Rusiya bu məsələ ilə bağlı razılıq əldə edə bilmir - Nə baş verir?

Yay kabusa çevrilməsin! - Qida zəhərlənməsindən necə qorunmaq olar?

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi

Maqnit qasırğası başladı

Sarıkök Alzheymeri müalicə edir?

Döymələrin ölümcül fəsadları AÇIQLANDI

Qızlarımızda əcnəbi oğlanlara yaranan maraq: Sevgi, ölkədən qaçış, yoxsa pul?

"Crocus City Hall"un yerində nə tikiləcək? - Vorobyov AÇIQLADI

BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xeyrinə DƏYİŞİKLİK

Azərbaycanda bu müəllimlərə ÜZÜCÜ XƏBƏR

Azərbaycanda Yuri Qaqarinin abidəsi qoyulacaq

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Putinin Türkiyəyə səfəri niyə baş tutmur? - Kreml açıqladı

Bu çimərliklərə getmək olmaz - Nazirlik

Bütün xəbərlər