Ali təhsil sistemi BELƏCƏ MƏHV EDİLİR: DİM bir yandan… ETN də bir yandan… – ÇIXIŞ

 

Növbəti tədris ili üçün Azərbaycanda tələbə qəbulunun əhəmiyyətli şəkildə artırılması gözlənilir. Sıravi müəllim olaraq, Elm və Təhsil nazirinə, universitet rektorlarına müraciət edirəm:
1. Ali məktəblərin müasir təlim texnologiyalarının dəstəklənməsinə, tələbə sıxlığı, tədris qrafiki, tədris-təcrübə bazaları ilə bağlı normativlərə, təhsilalanların auditoriyadankənar, professor-müəllim heyətinin elmi-pedaqoji, tədqiqat fəaliyyətinə şərait yarada biləcək maddi-texniki bazasının mövcudluğu məsələsi nəzərə alınıbmı?
2. Daha bir ciddi məsələ: pandemiya ilə gələn elektronlaşma, elektron bazalar ali məktəblərdə tədris resurslarına münasibəti dəyişib. Bu gün mobil telefon xüsusilə universitetlərimizdə kitab şəklində dərslikləri, tədris vəsaitlərini, dəftər-qələm və sair yazı vasitələrini tam sıxışdırmaqdadır. Təbii ki, heç kəs elektron bazaların əleyhinə deyil. Lakin telefon və ya kompüterdəki məlumat bazası kitab formasında dərslikləri, yazını aradan çıxarmamalıdır. Bu, ilk növbədə, tələbə gənclərin sağlamlığına (görmə, onurğa, psixi vəziyyət və s.) ciddi ziyan vurur, ikincisi, etibarlılıq, əlçatanlıq, qorunma, müəllif hüquqları və s. cəhətlərdən əlverişli deyil, üçüncüsü, təhsilalanların yazı qabiliyyət, yaddaş və vərdişini sıradan çıxarır.
On bir il bundan əvvəl Azərbaycanda Prezident Fərmanı ilə qəbul olunmuş təhsilin inkişaf "Strategiyası”nda ali məktəblərdə ixtisaslar üzrə əsas dərsliklərin yaradılmasının (qonorar, nəşriyyat və çap ödənişi) maliyyələşdirilməsi nəzərdə tutulmuşdu.
Biz niyə tələbəni dərslikdən, professor-müəllim heyətini öz ixtisası üzrə tədris resursu yazıb qonorar almaq imkanından məhrum edirik. Əgər faydasız layihələrə, eksperimentlərə (bu layihələr etibar edilən adamlar sahə üzrə səriştə və təcrübəsi olan mütəxəssis olsa, layihələri də faydalı eləmək olardı) xərclənən vəsaitin 10 faizi ETN tərəfindən ali məktəblərin tədris resurslarına, universitetlərə qəbul ediləcək on minlərlə gəncin real tədris ehtiyacına xərclənsə, daha faydalı olmazmı?
3. İnşallah, ETN-də, universitetlərdə vəzifələrin etibarlı, sadiq, başı çıxmadığından hər şeyə "hə” deyən adamlara paylanılıb qurtarmasının da bir sonu olarsa, yəqin ki, yuxarıda göstərilən çox vacib məsələlərə də diqqət yetirməyə vaxt qalacaq.
4. Nə qədər ki, Dövlət İmtahan Mərkəzi il boyu ali məktəblərə qəbul prosesi aparmaqla orta təhsil sistemində davamiyyət və qiymətləndirməni iflic edib, heç olmasa, universitetlər əziyyət çəkmədən DİM-in onlara verdiyi tələb kontingentindən öz xeyrinə istifadə etmək şansını dəyərləndirə bilsin. Axı, bu şans olmasaydı, bəzi universitetlər iddia etdikləri tələbə sayını almaya bilərdi.

Filologiya elmləri doktoru,
professor
Telman Vəlixanlı
Bakupost.Az

Son xəbərlər

Ermənistan Azərbaycanla kommunikasiyaları açır? - Paşinyan işarə verdi

Fransada azərbaycanlı jurnalistə qarşı zorakılıq edildi

Çox su içmək ölümə səbəb olur! - Alimlərdən təəccübləndirən AÇIQLAMA

Vatsapda daha bir yenilik - Bunu etmək olmayacaq!

Bakının dediyi olacaq: İrəvan Zəngəzur dəhlizi ilə bağlı qərarını dəyişdi

ŞOK ARAŞDIRMA: fillər bu xüsusiyyətə görə insanlardan sonra ikinci ola bilərlər

Piylənmən qan damarlarını görün necə MƏHV EDİR

Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

İki rayonun sakinlərinə ŞAD XƏBƏR: sürətli sərnişin qatarları əlçatan oldu

Dünyanın ən soyuq şəhərinin adı AÇIQLANDI: mənfi 60 dərəcə şaxta olur

Azərbaycandan 3-cü ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakıdan gələnlərlə danışmışam... - Xankəndidən İrəvana qaçan Balasanyan ilk dəfə açıqladı

Bir nəfərdə 3-4 xərçəng növünün aşkarlanması adi hala çevrilib - Alimlər Covid-19-dan şübhələnir

İsti havalarda buz kimi su içməyin! – Görün hansı fəsadlara səbəb olur

"Telegram"da yayılan yeni oyun: Dələduzluqdur, yoxsa qazanmaq imkanı?

Qorxulu xəbərdarlıq: Yalnız bu 5 ölkə qalacaq

Dünyada milyonlarla insan susuz qala bilər

Kosmosdan qəribə təkrarlanan siqnal gəldi

DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verildi

Türkiyə ilə Rusiya bu məsələ ilə bağlı razılıq əldə edə bilmir - Nə baş verir?

Yay kabusa çevrilməsin! - Qida zəhərlənməsindən necə qorunmaq olar?

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi

Maqnit qasırğası başladı

Sarıkök Alzheymeri müalicə edir?

Döymələrin ölümcül fəsadları AÇIQLANDI

Qızlarımızda əcnəbi oğlanlara yaranan maraq: Sevgi, ölkədən qaçış, yoxsa pul?

"Crocus City Hall"un yerində nə tikiləcək? - Vorobyov AÇIQLADI

BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xeyrinə DƏYİŞİKLİK

Azərbaycanda bu müəllimlərə ÜZÜCÜ XƏBƏR

Azərbaycanda Yuri Qaqarinin abidəsi qoyulacaq

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Putinin Türkiyəyə səfəri niyə baş tutmur? - Kreml açıqladı

Bu çimərliklərə getmək olmaz - Nazirlik

Bütün xəbərlər