Kamaləddin Qafarov: “İkitərəfli əlaqələr ölkələrimizin milli maraqlarına uyğundur”




"May ayının 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana etdiyi dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi əhəmiyyət kəsb edən hadisədir. Səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edilib, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verilib. Ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan ilə Tacikistan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.”

Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan-Tacikistan münasibətlərinin yüksək qiymətləndirilməsi ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir:

"Öz çıxışında Prezident İlham Əliyev vurğuladı ki, bu gün Azərbaycan ilə Tacikistan arasında mövcud olan qarşılıqlı əlaqələrin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Məhz bu zəmin əsasında formalaşan dövlətlərarası münasibətlər hazırda ən yüksək səviyyəyə çatıb. Dövlət başçımız bu günlərdə keçirilən Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi baxımından kəsb etdiyi əhəmiyyəti də qeyd edib. Aparılan müzakirələrdə nəqliyyat sektoru xüsusi diqqət mərkəzimizdə olub. Azərbaycan və Tacikistan Prezidentləri Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçiriblər. Birmənalı olaraq demək olar ki, bu gün Azərbaycan-Tacikistan münasibətləri öz inkişafının yeni, daha yüksək mərhələsindədir və bu əlaqələr hər iki ölkənin milli maraqlarına xidmət edir”.

Son xəbərlər

Ermənistan Azərbaycanla kommunikasiyaları açır? - Paşinyan işarə verdi

Fransada azərbaycanlı jurnalistə qarşı zorakılıq edildi

Çox su içmək ölümə səbəb olur! - Alimlərdən təəccübləndirən AÇIQLAMA

Vatsapda daha bir yenilik - Bunu etmək olmayacaq!

Bakının dediyi olacaq: İrəvan Zəngəzur dəhlizi ilə bağlı qərarını dəyişdi

ŞOK ARAŞDIRMA: fillər bu xüsusiyyətə görə insanlardan sonra ikinci ola bilərlər

Piylənmən qan damarlarını görün necə MƏHV EDİR

Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

İki rayonun sakinlərinə ŞAD XƏBƏR: sürətli sərnişin qatarları əlçatan oldu

Dünyanın ən soyuq şəhərinin adı AÇIQLANDI: mənfi 60 dərəcə şaxta olur

Azərbaycandan 3-cü ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakıdan gələnlərlə danışmışam... - Xankəndidən İrəvana qaçan Balasanyan ilk dəfə açıqladı

Bir nəfərdə 3-4 xərçəng növünün aşkarlanması adi hala çevrilib - Alimlər Covid-19-dan şübhələnir

İsti havalarda buz kimi su içməyin! – Görün hansı fəsadlara səbəb olur

"Telegram"da yayılan yeni oyun: Dələduzluqdur, yoxsa qazanmaq imkanı?

Qorxulu xəbərdarlıq: Yalnız bu 5 ölkə qalacaq

Dünyada milyonlarla insan susuz qala bilər

Kosmosdan qəribə təkrarlanan siqnal gəldi

DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verildi

Türkiyə ilə Rusiya bu məsələ ilə bağlı razılıq əldə edə bilmir - Nə baş verir?

Yay kabusa çevrilməsin! - Qida zəhərlənməsindən necə qorunmaq olar?

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi

Maqnit qasırğası başladı

Sarıkök Alzheymeri müalicə edir?

Döymələrin ölümcül fəsadları AÇIQLANDI

Qızlarımızda əcnəbi oğlanlara yaranan maraq: Sevgi, ölkədən qaçış, yoxsa pul?

"Crocus City Hall"un yerində nə tikiləcək? - Vorobyov AÇIQLADI

BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xeyrinə DƏYİŞİKLİK

Azərbaycanda bu müəllimlərə ÜZÜCÜ XƏBƏR

Azərbaycanda Yuri Qaqarinin abidəsi qoyulacaq

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Putinin Türkiyəyə səfəri niyə baş tutmur? - Kreml açıqladı

Bu çimərliklərə getmək olmaz - Nazirlik

Bütün xəbərlər