İcra başçısı Hacı Qalibin villasını qapısını bağlatdırdı – Bilgəhdə nə baş verir?

 

Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb. Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, keçmiş deputata məxsus villanın qapısının daşla hörülməsi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib.

İddialara görə, bir neçə gün əvvəl Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları əraziyə gələrək baxış keçirib. Daha sonra əraziyə bir maşın daş gətirlib və Hacı Qalib Salahzadənin villasının qapısı hörülüb. Qaynarinfo məlumatı dəqiqləşdirmək, eyni zamanda olayın səbəbini öyrənmək üçün keçmiş deputatla əlaqə saxlayıb. Hacı Qalib Salahzadə isə baş verənlər barədə danışmaq istəmədiyini deyib: "Mən bu barədə heç nə danışmaq istəmirəm”.

Hacı Qalibin sadəcə bu barədə danışmaq istəmədiyini söyləməsi, məlumatı təkzib etməməsi həqiqətən belə bir hadisənin baş verdiyini göstərir.

Bu baxımdan, əməkdaşımız olayın səbəblərini araşdırmağa çalışıb. Məlum olub ki, Bilgəh qəsəbəsinin həmin hissəsi bulvar tipli çimərlik üçün nəzərdə tutulubmuş. Layihəyə görə "Amburan” İstirahət Mərkəzinin sərhədindən tutmuş Nardaran qəsəbəsinə qədər ərazi bulvar olmalı imiş.

Lakin Hacı Qalib Salahzadə Bilgəh bələdiyyəsinin sədri olarkən ərazi satılıb.

Bildirilir ki, Bilgəh qəsəbəsinin həmin hissəsində yalnız Hacı Qalib Salahzadənin deyil, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, iş adamı İsgəndər Xəlilovun, "Azərbaycan Hava Yolları” QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, "AST Telman” kimi tanınan iş adamı Telman İsmayılovun, "AzNar” şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların da villaları var. Söhbət bir neçə hektarlıq ərazidən gedir.

Yeri gəlmişkən, həmin əraziyə düşən küçənin Hacı Qalib Salahzadənin atası Aslan Salahzadənin adını daşıdığı bildirilir. Sabunçu Rayon İcra Hakimiyyətinin saytında da küçənin adı "Aslan Salahzadə” olaraq qeyd edilib.

İddialara görə, Bilgəh bulvarı ilə bağlı layihənin icrasına başlanılarkən bu villaların sökülməsi mümkündür.

Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu bələdiyyəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.

Son xəbərlər

Ermənistan Azərbaycanla kommunikasiyaları açır? - Paşinyan işarə verdi

Fransada azərbaycanlı jurnalistə qarşı zorakılıq edildi

Çox su içmək ölümə səbəb olur! - Alimlərdən təəccübləndirən AÇIQLAMA

Vatsapda daha bir yenilik - Bunu etmək olmayacaq!

Bakının dediyi olacaq: İrəvan Zəngəzur dəhlizi ilə bağlı qərarını dəyişdi

ŞOK ARAŞDIRMA: fillər bu xüsusiyyətə görə insanlardan sonra ikinci ola bilərlər

Piylənmən qan damarlarını görün necə MƏHV EDİR

Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

İki rayonun sakinlərinə ŞAD XƏBƏR: sürətli sərnişin qatarları əlçatan oldu

Dünyanın ən soyuq şəhərinin adı AÇIQLANDI: mənfi 60 dərəcə şaxta olur

Azərbaycandan 3-cü ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakıdan gələnlərlə danışmışam... - Xankəndidən İrəvana qaçan Balasanyan ilk dəfə açıqladı

Bir nəfərdə 3-4 xərçəng növünün aşkarlanması adi hala çevrilib - Alimlər Covid-19-dan şübhələnir

İsti havalarda buz kimi su içməyin! – Görün hansı fəsadlara səbəb olur

"Telegram"da yayılan yeni oyun: Dələduzluqdur, yoxsa qazanmaq imkanı?

Qorxulu xəbərdarlıq: Yalnız bu 5 ölkə qalacaq

Dünyada milyonlarla insan susuz qala bilər

Kosmosdan qəribə təkrarlanan siqnal gəldi

DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verildi

Türkiyə ilə Rusiya bu məsələ ilə bağlı razılıq əldə edə bilmir - Nə baş verir?

Yay kabusa çevrilməsin! - Qida zəhərlənməsindən necə qorunmaq olar?

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi

Maqnit qasırğası başladı

Sarıkök Alzheymeri müalicə edir?

Döymələrin ölümcül fəsadları AÇIQLANDI

Qızlarımızda əcnəbi oğlanlara yaranan maraq: Sevgi, ölkədən qaçış, yoxsa pul?

"Crocus City Hall"un yerində nə tikiləcək? - Vorobyov AÇIQLADI

BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xeyrinə DƏYİŞİKLİK

Azərbaycanda bu müəllimlərə ÜZÜCÜ XƏBƏR

Azərbaycanda Yuri Qaqarinin abidəsi qoyulacaq

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Putinin Türkiyəyə səfəri niyə baş tutmur? - Kreml açıqladı

Bu çimərliklərə getmək olmaz - Nazirlik

Bütün xəbərlər