Əvvəl bələdiyyə, sonra icra hakimiyyətləri… – Say azaldıqca, nəticə artacaq?

 

Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir.

Məlumata görə, bu, "Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Milli Məclisə "Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.

Bəzi ekspertlər hesab edirlər ki, bu qərarın müsbət tərəfi ilə yanaşı, mənfi tərəfləri də olacaq. Digər qrup ekspert isə bununla razılaşmır.

İqtisadçı Fuad İbrahimov "Cebhe.info”-ya bildirib ki, bu məsələlərə diferensial yanaşmaq lazımdır:

"Alternativ bələdiyyə formalaşana və birləşənə qədər vətəndaşlar problemlərlə üzləşəcək. Çünki vətəndaşlar öz dərdləri demək üçün bir sıra məhdud imkanlara malikdirlər. Əvvəla, yol infrastrukturu problemi var. Ən azından həmin yerlərdə bir bələdiyyə nümayəndəsi olmalıdır. Bilirsiniz ki, biz belə məsələrə tam hazır deyilik. Bələdiyyələr birləşəcəksə, növbə problemləri də çoxalacaq. Bu isə böyük bir xaos demək olar”.

Ekspert bildirib ki, vətəndaşın məmurla görüşməsinə ehtiyac olmamalıdır:

"Vətəndaşlar gərək qərar dəyişikliyindən fayda götürsünlər. Bura da söhbət maddiyyatdan yox, işinin rahatlığından və tezliyindən gedir. Biz bürokratik əngəllər tərəfindən bu qərarı qəbul edəcəyiksə, vətəndaşın işi yüngülləşmək əvəzinə çətinləşəcək”.

Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin (AQC) sədr müavini Vüqar Oruc mövzu ilə bağlı bildirib ki, dağnıq və pərəkəndə fəaliyyət heç bir qurumda gözlənilən nəticəni vermir:

"Mərkəzləşdirilmiş idarə üsülü baxımından bu qərarın müsbət təsiri olacaq. İdarəetmə daha sədələşdirilmiş hal alacaq. Eyni funksiyaları daşıyan qurumların birləşdirilməsi işin effektivliyini artıra bilər. Eyni zamanda, idarəetməni sadələşdirəcək”.

Ekspertin fikrincə, bələdiyyələrin sayı o qədər çoxdur ki, vətəndaşlar heç bələdiyyə sədrinin adını bilmirlər:

"Paralel strukturlar nə qədər çox olursa, onları idarə etmək bir o qədər də çətin olur. Bu səbəbdən konkret bir bələdiyyə sədri olarsa, o zaman bələdiyyələrin işinin keyfiyyəti də artacaq”.

Ekspert qeyd edib ki, tək bələdiyyələrdə yox, digər icra orqanı strukturunda da bunabənzər qərar qəbul ediləcək:

"Ölkəmizdə idarəetmə qurumlarının sayı kifayət qədər artıqdır. Bir bölgədə 5- 6 rayonun fəaliyyətini bir qurumda toplayıb optimallaşdırmaq olar. Belə olan halda işin keyfiyyəti də artacaq”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər