Gündəm
28.02.2024, 09:09
Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü – Polisə şikayət edildi
Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb.
"Unikal”ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Loğmed” klinikasının qarşısında baş verib.
Belə ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında
mübahisə yaşanıb. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu
Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.
Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci
polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin
olunub.
Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.
Faktla bağlı araşdırma aparılır.