MN-də 143 milyonluq mənimsəmə: Ona çatan pulla razı deyildi, ev almaq istəyirdi




Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Şirin Şükürov bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib:

"Keçirilən yoxlamalar zamanı 2017-2021-ci illərdəki təftiş dövründə 1 milyon 600 min manatdan çox çatışmazlıq aşkar olunmuşdu. Təqsirləndirilən şəxslərdən birbaşa tapşırıq almamışam. Ümumi məbləğdən 600 min manatı mənə qalıb, 33 min manatını dövlət büdcəsinə ödəmişəm, qalanını da yaxın müddətdə ödəyəcəyəm.”

O qeyd edib ki, bir təftişdə 140 min manata yaxın çatışmazlıq aşkar olunub. yoxlamaya gələnlərə veriləcək məbləğin göstərişini korpusun maliyyə xidmət rəisi Ceyhun Musayevdən alıb.

"Kimə nə qədər verilməsini biz müəyyən etmirdik, standartlar belə idi. Müxtəlif vaxtlarda təftişə Azər və Teymur müəllim gəlirdi. Pulları onlara vermişəm” – o deyib.

Şahid Tərlan Əliyev bildirib ki, həmin dövrdə hərbi akademiyada maliyyə xidmət rəisi işləyib. Yoxlamalar zamanı 1 milyon manata yaxın çatışmazlıq aşkar olunub. Həmin pullardan 500 min manatı ona qalıb. Dövlətə dəyən ziyanı tam ödəyib.

"Maliyyə və büdcə idarəsinin təftiş şöbəsini rəisi Rafael Xələfova hər dəfə təxmini 30-35 min manat olmaqla 4 dəfə pul vermişəm, amma o, istintaq zamanı üzləşəndə bunu inkar edib”- şahid bildirib.

O, həmçinin əlavə edib ki, qohumlarının adına kart hesabları açdırıb, onların əksəriyyəti hərbçi olmayıb.

Rafael Xələfov istintaqa verdiyi ifadədə Tərlan Əliyevdən cəmi 60 min manat pul alaraq Nizami Məmmədova verdiyini bildirib.

Müttəhim Nizami Məmmədov etiraz edib:
"Rafael Xələfov istintaq zamanı qaranlıq məqamlarda deyirdi ki, pulları mənə verib, lakin mənim bununla bağlı xüsusi tapşırığım olmayıb".

Şahid Fariz Nəbiyev bildirib ki, həmin vaxt Hərbi Hava Qüvvələrinin hərbi hissəsində maliyyə xidmət rəisinin köməkçisi işləyib, istintaq matreallarında 90 min manata yaxın çatışmazlıq aşkar olunduğu qeyd olunub. Bu məbləğin 20-25 min manatı ilə razı deyil. Mənimsənilən pullardan 33 min manatı ona qalıb. Həmin puldan 6500 manatını ödəyib, qalanını da yaxın vaxtda ödəyəcək.

Nizami Məmmədov bildirib ki, Fariz Nəbiyev pul məsələsi ilə bağlı işdən çıxmaq istəyib:

"Ona çatan pulla razı deyildi. Rafael və Cəlalla aralarında pul məsələsi var idi. Mənə Ev almaq istədiyini bildirdi. Mən də Rafael Xələfovla Cəlal Kazımovu yanıma çağırıb məsələni yoluna qoydum”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər