Professorla şöbə müdiri bir-birini məhkəməyə verdi – TƏFƏRRÜAT

 

Elmlər Akademiyasının professoru və şöbə müdiri bir-birini xüsusi ittiham qaydasında məhkəməyə verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəlcə professor Aydın Əlizadə bir müddət əvvələ kimi işlədiyi Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri Xatirə Quliyevadan şikayət edib.

Professor Quliyevanın onu əsassız işdən çıxardığını, barəsində böhtan xarakterli yazı dərc etdiyini, professor adını saxtakarlıqla aldığını deyərək təhqir etdiyini iddia edib.

Lakin Səbail Rayon Məhkəməsi professorun şikayətini əsaslı hesab etməyib. Bundan sonra qarşı tərəf xüsusi ittihamçı kimi eyni məhkəməyə müraciət edib.

Xatirə Quliyeva şikayətində yazır ki, professor Aydın Əlizadə yazdığı "Multikulturalizmin Qədim Dünyada Təzahürləri: Qədim Urartu və İran” adlı məqaləsində erməni mövqeyindən çıxış edib. Şöbə müdiri iddia edib ki, həmin məqalə dövlətçilik əleyhinə olduğu üçün Aydın Əlizadəni işdən çıxarıb. Məhz bundan sonra A.Əlizadə onun haqda nüfuzdan salmağa yönələn sözlər işlədib, feysbuk səhifəsində status paylaşıb.

Hakim proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırdıqdan sonra belə qənaətə gəlib ki, şikayət kifayət qədər dəlil və sübutlarla əsaslandırılmayıb.

Qərara əsasən professor Aydın Əlizadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayət icraata götürülməyib.

Qeyd edək ki, Fəlsəfə və Sosiologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tərkibindədir.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər