Kamilin saxlanılması Rusiyada kimin oyunudur? – faktlar

 

30 il ərzində Azərbaycana qarşı dəhşətli cinayətlər törədən erməni caniləri tutmayan Moskva günahsız vətəndaşımızı saxlamaqla hüquqa tüpürür!

Tanınmış məşqçi Kamil Zeynallı gecə saatlarında Moskvada aeroportda saxlanılıb. Heyrət doğuran səbəblə – Ermənistanın sorğusu əsasında. Kamil guya ermənilərə qarşı hərbi cinayət törədibmiş, buna görə ona qarşı cinayət işi başlayıblar, saxlanılması üçün axtarışa veriblər.
Əlbəttə, iddialar hamısı uydurmadır.
Zeynallının törətmədiyi əməllərə görə Ermənistanın açdığı qondarma cinayət işi üzrə Moskvada saxlanılması Rusiyanın mənfur dövlət olmasının növbəti göstəricisidir. Əvvəla, Kamilin heç bir cinayət əməli yoxdur. O, İkinci Qarabağ Savaşında Vətənin müdafiəsində bacardığı iştirak edib. Onu guya hansısa mənfur ermənini öldürməkdə suçlamağa cəhd edirlər. Hansı ermənini? Heç bir fakt, sübutdan söhbət gedə bilməz, çünki belə hal yoxdur. Ancaq Moskva aeroportunda həmyerlimizi saxta ittihamla saxlayıblar.
Bu, Rusiya hüquq sisteminin eybəcər standartlarının göstəricisidir. Günahı olmayan insanı saxlayırlar, ancaq son 30 ildə Azərbaycana qarşı soyqırım, terror, hərbi cinayətlər törətmiş, bu faktlara görə rəsmən axtarışa verdiyimiz ermənilərin heç birini Rusiyada indiyədək saxlamayıblar!
Məsələn, Araik Arutyunyan, Köçəryan, Sərkisyan, Samvel Babayan, Vitali Balasanyan, Samvel Karapatyan, Seyran Ohanyan Azərbaycana qarşı açıq-aşkar soyqırım cinayətləri, terrorçuluq əməlləri törədiblər. Buna görə uzun illərdir rəsmən axtarışdadırlar. Bu canilər daim Moskvaya gedib gəlirdi, ancaq heç birini saxlayıb Azərbaycana təhvil vermədilər, heç bir dəfə də olsun Moskvada saxlayıb sorğulamadılar.
Araik Arutyunyan hətta İkinci Qarabağ Savaşı zamanı Gəncəyə, Bərdəyə raket atdırıb onlarla dinc insanı məhv etdiyini açıq şəkildə bəyan etmişdi. Bundan sonra bir neçə dəfə Rusiyaya getdi, hətta rəsmilərlə də görüşdü. Rusiya hüquqa tüpürərək, onu saxlayıb Azərbaycana təhvil vermədi.
Arutyunyanı və digər caniləri Azərbaycan 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirlərində saxladı və hazırda həbsdədir..
Erməni canilərə münasibətdə kor olan Rusiyanın hüquq sistemi indi Kamili Ermənistanın saxta cinayət ittihamları üzrə saxlayır. Bunun adı nədir? Yumşaq desək, Rusiyanın dövlət səviyyəsində nankorluğudur. Bu, Rusiyanın Azərbaycanla müttəfiqliyə, strateji əməkdaşlığa dair bütün anlaşmalara tüpürməsi deməkdir.
Düzdür, hələlik məhkəmə son qərarını verməyib. Dövlətimiz təbii ki, gərəkən bütün addımları atır. Heç şübhəsiz, Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev bu məsələni belə qoyan deyil. Bu kontekstdə Ramil Səfərov olayı bir örnəkdir. Heç şübhəsiz ki, Azərbaycan dövləti bu məsələni də kökündən həll edəcək.
Rusiya isə bir daha sübut edir ki, nə qədər etibarsız tərəfdaşdır. Faktiki olaraq Moskva bu davranışı ilə təxribat törədir, vəziyyəti daha da gərginləşdirir, sülh prosesinə pəl vurmaq üçün əlindən gələni əsirgəmir. Faktiki "ikinci cəbhə” açır.
Rusiya İrəvanın sifarişini yerinə yetirir, yoxsa Kreml daxilində Azərbaycanla münasibətləri pozmaq siyasəti aparanların?
Onsuz da Rusiyanın dünyada imici yerlə birdir. Bölgədə, Azərbaycanda da xalqın ona qarşı münasibəti bəllidir. Belə bir dönəmdə Rusiya Kamil Zeynallını hansısa maraqları, hiyləsi, kələyinə uyğun olaraq Azərbaycana yox, Ermənistana təhvil verərsə, bu, onun üçün böyük bir qara ləkə olacaq.
Azərbaycan RF ilə daim sədaqətli, etibarlı və səmimi tərəfdaş, yaxşı qonşu kimi davranıb. Bunun qarşılığında rəsmi Moskva eybəcər siyasətini davam etdirirsə, təbii, qarşılığı da adekvat olacaq.
Sirr deyil ki, Rusiyanın beynəlxalq aləmdə vəziyyəti çox pisdir və həm regional, həm qlobal proseslərdə Azərbaycana, Türkiyəyə ciddi ehtiyacı var. Bu şəraitdə onun Azərbaycan xalqını qəzəbləndirən addım atması dəyənəyi öz başına vurması anlamına gələcək…

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər