Həbsdə olan erməni separatçıları əfv oluna bilərmi?


"Həmin şəxslərin bağışlanması hüquqi cəhətdən mümkün olsa da, faktiki mümkün deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli həbs olunan erməni separatçılarının məhkəmə hökmündən sonra əfvə düşməsi ehtimalından danışarkən deyib.

Hüquqşünas bildirib ki, Azərbaycan Konstitusiyasına görə, Prezident ölkə məhkəmələri tərəfindən məhkum olunmuş istənilən şəxsi əfv etmək və bağışlamaq hüququna malikdir:

"Bu, Prezidentin müstəsna səlahiyyətinə aid məsələdir. Prezident onu öz mülahizəsinə əsasən, həyata keçirə bilir. Dövlət başçısı adminstrasiyasında bağışlama məsələləri üzrə komissiya fəaliyyət göstərir. Həmin komissiyanın təqdimatı əsasında Prezident bağışlama ilə bağlı səlahiyyətlərini həyata keçirir. Erməni separatçıları da prinsip etibarı ilə Azərbaycan məhkəmələri tərəfindən mühakimə olunduqları üçün onlara da hüquqi cəhətdən əfvin düşməsi mümkündür”.

Həmsöhbətimiz qeyd edib ki, onlar bağışlanmaları üçün Azərbaycan Prezidentinə müraciət edə bilərlər:

"Amma hesab edirəm ki, Azərbaycan Prezidenti həmin şəxslərin məsuliyyətə cəlb olunması yolunda göstərilən fəaliyyəti nəzərə alaraq, onların bağışlanmasını həyata keçirməyəcək. Yəni, hüquqi cəhətdən həmin şəxslərin əfvi mümkün olsa da, onlara münasibətdə amnistiyanın tətbiqi qeyri-mümkün hesab olunur. 1994-cü ildə qəbul olunan "Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” qanuna görə, 1990-cı ilin yanvarın 19-20-də Bakıya sovet qoşunlarının qanunsuz yeridilməsilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımı cinayətlərində, habelə Azərbaycan torpaqlarının erməni silahlıları tərəfindən işğalında təqsirli olan şəxslər barəsində amnistiya aktının tətbiqi qadağan olunur. Amma bağışlanmaq hüquqi tətbiq edilə bilər. Hesab edirəm ki, bu qanunu nəzərə almaqla həmin şəxslərin bağışlanması hüquqi cəhətdən mümkün olsa da, faktiki mümkün deyil”.

Qeyd edək ki, separatçılıqda ittiham olunaraq həbs edilən erməni separatçılarının məhkəmə prosesi başa çatmaq üzrədir. Proses artıq son hökmün oxunmasına doğru gedir. Azərbaycan baş prokuroru Kamran Əliyevin açıqlamasına görə, hazırda prokurorluqda son ittihamlar üzərində iş gedir.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər