“DAVANI ELNUR MƏMMƏDOV SALIB” – Masasında əyləşmiş xanım şahid oliqarx oğlunu ifşa etdi + VİDEO

 

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə proses davam edir.

Şamxal Məmmədovla Cavad Muradov bu ilin yayında "Sea Breeze”də qrup halında xuliqanlıq etməkdə, sonuncu əlavə olaraq əmlakı qəsdən zədələməkdə ittiham olunur. İttihama görə, Cavad Muradov Elmir İsmayılovun maşınını əzib. Elmir İsmayılov da, Cavad Muradov da bunu qətiyyətlə təkzib edir, hər ikisi deyirlər ki, maşını əzən oliqarx oğlu Elnur Leysan oğlu Məmmədovdur. Hakim ittihama bu hissədə xitam verməyə tələsmir.

Bu iş üzrə Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə zərərçəkəndirlər. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Proses ötən ilin noyabrında başlayıb və hələ də davam edir. Bu isə həm zərərçəkən, həm də təqsirləndirilən tərəfdə narazılıqla qarşılanır. Onlar bir-birilərindən şikayətçi olmadıqlarını, barışdıqlarını dönə-dönə hakimin diqqətinə çatdırsalar da, məhkəmə prosesi uzandıqca uzanır. Proseslər arasında uzun fasilələr verilir. Bu fasilələrin hansı məqsədə xidmət etdiyi haqda tərəflər müxtəlif fikirlər səsləndirirlər…

Fevralın 20-də keçirilən prosesdə dindirilən ilk şahid Şakir Abbaszadə oldu. Şahid dedi ki, "Sea Breeze”yə Elmir İsmayılovun dəvəti ilə ayıq sürücü olaraq gəlib. Lakin o, istirahət mərkəzinə çatandan sonra Elmir İsmayılov ona bildirib ki, xidmətindən istifadə etməyəcək. Bundan sonra onunla sağollaşıb və ərazini tərk edib. Şahid istirahət mərkəzində olarkən hər hansı bir davanın şahidi olmadığını bildirib. Dövlət ittihamçısı Amin Şəkərəliyevin suallarını cavablandıran şahid deyib ki, müttəhimləri orada görməyib.

Digər şahid Leyla Abbasovanın ifadəsi isə ittihamı alt-üst edib. Şahid sərbəst ifadəsində deyib ki, "Sea Breeze”də davanı salan Elnur Məmmədov olub: "Həmin gün "Sea Breeze”də Jah Khalib-in konserti idi. Maşınla gəzirdik, ora konsertə getdik. Orada Cavadgillə tanış olduq. Cavadgil dedilər ki, "Rose bar”da yerimiz var, gedək orda oturaq. Orada 1 saat, saat yarım olmuşam. Davanı görməmişəm, amma masa ətrafında nə baş veribsə, olanların şahidiyəm. Oradakı söz-söhbətləri gözümlə gördüm. Orada masada oğlan vardı. Sonradan "İnstaqram” səhifələrdən bildim ki, adı Elnurdur. Orada biz masa arxasında oturanda Elmir gəlib Cavadla görüşdü. Orada Elnur dedi ki, bu nəyə gəlib, bu kimdir? Mən orada masa arxasında olanda video çəkmişdim. Videoda da onun səsi düşüb. Elnur deyir ki, bu kimdir? Cavadın da səsi düşüb ki, yaxşı oğlandır, dostumuzdur. Elnur da deyir ki, mən burada dava salacağam… Elnur deyirdi ki, mən burada dava salacağam, kim mənimlədir? Sonra mən durub restorana keçdim. Podruqam mənə yazdı ki, burada dava düşüb”.

Şahid dövlət ittihamçısının sualına cavab olaraq deyib ki, masa arxasında o, rəfiqəsi, Fira adlı bir qız, Cavad, Vüqar və Elnur Məmmədov olub.

Dövlət ittihamçısı Amin Şəkərəliyevin "mübahisə kimlərin arasında gedirdi” sualına şahid Leyla Abbasovanın cavabı belə oldu: "Orada belə oldu ki, "zavist” azərbaycanca nədir?… Hə, paxıllıq edirdi Elnur Elmirə. Elmir gəldi Cavadla, Vüqarla normal görüşdü. Mən davanı görmədim. Sadəcə Elnurun Elmirə "zavisti” vardı. Elnur qızışdırırdı, deyirdi ki, mən burada dava salacağam. Mən də baxırdım ki, bu nə danışır? Onun davranışı əsəblərimə təsir edirdi. Necə deyim, Elnurun masa arxasında etika mədəniyyəti yox idi, özünü apara bilmirdi, halı özündə deyildi. Cavad onu sakitləşdirirdi. Deyirdi ki, "brat, yaxşı da, nə oldu sənə”…”

Şahidin bu sözlərindən sonra dövlət ittihamçısı ona suallar verməsini dayandırdı. Şahidə zərərçəkən Məhəmməd Həsənzadə bir neçə sual verdi. Xatırlatdı ki, şahidin əyləşdiyi masanın arxasında Elnur, Cavad, Vüqar və digər qızlar da olub: "Ola bilər ki, Elnur o hərəkətləri özünü masa arxasında olan qızlara göstərmək üçün edib?”

 

Şahid suala cavab verə bilmədi. Məhəmməd Həsənzadənin digər sualı Elmir İsmayılovun masaya yaxınlaşarkən ətrafında mühafizəçilərin olub-olmaması ilə bağlı oldu. Şahid sualı belə cavablandırdı: "Biz Kolumbiyada, Meksikada yaşamırıq ki, ətrafında "oxran”larla gəlsin. Elmir tək idi”.

Şahid zərərçəkən Elgün İsmayılovun nümayəndəsi Faiq Nəcəfovun da suallarına cavab verdi. Dedi ki, ibtidai istintaq zamanı ifadə verib. Müstəntiq ondan masa arxasında olarkən Elnur Məmmədovun səsi olan videonu istəməyib deyə, o da həmin videonu istintaqa təqdim etməyib.

Digər şahid Cavad Əsgərzadə oldu. O, sərbəst ifadəsində bildirdi ki, hadisə baş verən gün "Sea Breeze”də olub: "Mən qapının ağızında Elnurla Elmirin mübahisə etdiyini gördüm. Oradan çıxdım getdim”.

Dövlət ittihamçısının sualını cavablandıran şahid bildirib ki, o, tərəfləri sakitləşdirməyib, aralamayıb. Oradan çıxıb gedib. Cavad Muradovu, digər şəxsləri orada görməyib. Zərərçəkən Məhəmməd Həsənzadə şahidə "orada Cavad Muradovu kiminsə vurub-vurmadığını gördünmü” deyə sual etdi. Şahid "görməmişəm” cavabını verdi.

Bundan sonra proses martın 12-nə qədər təxirə salınıb. Uzun fasilənin verilməsi iş üzrə tərəflərin narazılığına səbəb olsa da, hakim qərarını dəyişmədi.

 

 

Qeyd edək ki, Elnur Məmmədov oliqarx Leysan Məmmədovun oğludur. Elnurun qardaşı prokurorluq orqanlarında çalışır, onun özü isə Vergilər Xidmətinin müfəttişidir.

 

Son xəbərlər

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Bütün xəbərlər