Tovuzda TENDER OYUNBAZLIĞI…BAŞÇININ qaranlıq məqsədi-İLGİNC FAKTLAR

 

Tovuz Rayon İcra Hakimiyyəti "Göygöl Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) satınalma müqaviləsi imzalayacaq.
Reportyor.info xəbər verir ki, şirkət icra hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 135 105,93 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Göygöl Tikinti” MMC 11 avqust 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Şəmkir rayonunun Düzqışlaq kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Tağıyev Anar Əhməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.

"Göygöl Tikinti” MMC 3 ildir fəaliyyət göstərsə də, artıq tender kralı kimi tanınır.
Əsasən yerli icra hakimiyyətlərinin abadlıq və təmir işləri ilə bağlı keçirdikləri tenderlərin qalibi olan "Göygöl Tikinti” MMC ən çox sifarişi Tovuz Rayon İcra Hakimiyyətindən alıb.
Bu arada qeyd edək ki, cari ilin oktyabrın ayının sonlarında şirkət Tovuz Rayon İcra Hakimiyyətinin daha bir tenderinin qalibi olub. Maraqlıdır ki, bu tender də yolların əsaslı təmiri ilə bağlı keçirilib. Təklifin qiyməti 104.303,88 AZN-dir.
Ümumiyyətlə isə Tovuz Rayon İcra Hakimiyyəti 2023-cü ildə yolların təmiri ilə bağlı 4 tender keçirib. Bu tenderlərdən ikisinin qalibi "Göygöl Tikinti” MMC, yerdə qalan ikisinin qalibi isə "Construction Business Group” MMC və "Epsilon Construction” MMC olub.
"Göygöl Tikinti” MMC-nin qalib seçildiyi tenderlərdə təklifin qiymətini qeyd etdik. Digər iki şirkətin qalibi gəldiyi tenderlərdə isə təklifin qiyməti 382 978,91 AZN ("Construction Business Group” MMC) və 524 930,03 AZN ("Epsilon Construction” MMC) olub.
Beləliklə, aydın olur ki, Tovuzda yolların təmirinə təxminən 1 milyon manat bəs etməyib və qurum daha iki tender keçirib. Bu bir qədər inandırıcı görünmür. Digər tərəfdən, Tovuz sakinləri yolların bərbad olmasından şikayətlənir. Onların iddiasına görə, Tovuzda yol təmiri kosmetik xarakter daşıyır ki, buna da milyonların xərcləndiyi inandırıcı deyil.
İcra hakimiyyətinin əsasən şübhəli şirkətlərə sifariş verməsi də Tovuzda yol təmirinin hansısa qaranlıq məqsədlərə xidmət etdiyinə şübhə yaradır.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, artıq 5 ildir ki, bu vəzifədədir.

Mənbə: Reportyor.info
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…

Video oynatıcı
 
 

 
 
 
 

Son xəbərlər

"GÜLƏN GÖZLƏR AZƏRBAYCAN" MMC-NİN TƏSİSÇİSİ VƏ DİREKTORU ELNARƏ XANIM ÖZ İŞİNİN PEŞƏKARI BİR İNSANDIR

Türkiyəyə getmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR UCUZLAŞACAQ

Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi

20-ci polis şöbəsi 102 çağrışına laqeyd yanaşmasından şikayətçi olan vətəndaş.Bu nədir belə?

Sabah Bakıda bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

“Hüquq-mühafizə orqanları dedi, girmə, yenə öz bildiyimi elədim”

Sərhəddə GƏRGİNLİK: Tatoyan yeni xəritə yaydı – “Azərbaycan Ordusu 2,6 km…”

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib – QƏRAR

İtaliya saytı Xocalı soyqırımından yazıb

“Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır” – MN

Rusiyanın insan itkisi 410 minə çatır – Yeni siyahı

Mənzil almaq istəyənlərin nəzərinə - EHTİYATLI OLUN

Fransa və NATO ilə “dostluq” edən Ermənistanı nə gözləyir?

1 SAYLI PSiXONEVROLOJi SOSiAL XiDMƏT MÜƏSSiSƏSiNDƏ ƏXLAQSIZLIQ…

Zaur Mikayılov Şafiq Heydərovun əməllərindən nə vaxt xəbər tutacaq?..- ŞİKAYƏT

Şuşaya işıq çəkən sahibkarın 5 milyon manatını kim mənimsəyib?

MN-də 143 milyonluq mənimsəmə: Ona çatan pulla razı deyildi, ev almaq istəyirdi

İlham Əliyev sərəncam imzaladı

Həbs edilən Mirdaməd Əzizov kimdir? – Özünü general kimi təqdim edirdi

Güzəştli mənzil vədi ilə insanları aldadan şəxs həbs edildi

“Ağdamdakı stadiona Qurban Qurbanovun adı verilsin” təklifi narazılıq yaratdı

TƏBRİK EDİRİK

Mənzil bazarında durğunluq yaşanır: Səbəb nədir? - VİDEO

Ailəsini öldürməkdə təqsirləndirilən Əhməddən YENİ XƏBƏR - VİDEO

“Deməli,”Asan xidmət”də də erməni əli var?” – Tanınmış YAP funksioneri

Professorla şöbə müdiri bir-birini məhkəməyə verdi – TƏFƏRRÜAT

Kamilin saxlanılması Rusiyada kimin oyunudur? – faktlar

KOLLEC DİREKTORU HAQQINDA ŞOK İDDİALAR – Şahin Əliyevin qanunsuz yollarla yığdığı “topdağıtmaz” sərvət / VİDEO

Həbsdə olan erməni separatçıları əfv oluna bilərmi?

“Bank Respublika”nın vəzifəli şəxsi əmanətçilərin pullarını “tik-tok”da xərcləyib

Vəliyevlər imperiyası çökür: rektorun oğlanları həbs oluna bilər – VİDEO

“DAVANI ELNUR MƏMMƏDOV SALIB” – Masasında əyləşmiş xanım şahid oliqarx oğlunu ifşa etdi + VİDEO

Bakıda bu evlərin qiymətləri bahalaşdı

Bütün xəbərlər