“Bu qədər yanğın hadisələrindən sonra tədbir görülməməsi…” – Heydərova ittiham

 

Taxta bazarındakı yanğından sonra Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat verib ki, yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada daşınmaz əmlakın icbari sığortası deyil, əmlakların yanğından və digər risklərdən sığortası növü aktualdır. Bu sığorta növü də könüllü olduğu üçün bazardakı mal və materialların sığortası olmayıb. Bildirilib ki, bəzi sahibkarlar sığortaya biganə yanaşır, eyni zamanda sahibkarlar tərəfindən sığortalanmaq üçün lazımi tələblərə riayət olunmaması halları da müşahidə olunur. 

"Hər bir halda daşınmaz və daşınar əmlakların sığortası bu kimi hallar nəticəsində yarana biləcək maddi itkini qarşılamaq üçün nəzərdə tutulub və vacib əhəmiyyətlidir”, – deyə məlumatda qeyd olunub.

Bazardakı yanğından bir neçə saat sonra Binəqədi rayonunda üçmərtəbəli ticarət mərkəzində də yanğın baş verdi. Ard-arda baş verən hadisələr bir daha sığorta məsələsini aktuallaşdırır.

Turantv.az xəbər verir ki, sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov demokrat.az-a açıqlamasında deyib ki, ölkədə daşınmaz əmlakla bağlı iki sığorta növü var və məcburi xarakter daşıyır – daşınmaz əmlakın icbari sığortası və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası. Əgər bir obyektdə baş vermiş hadisə nəticəsində digərinə ziyan dəyirsə, ikinci sığorta növü tətbiq olunur:

"Əlavə olaraq daşınar əmlakın könüllü sığortası da var. Bu, yanğın və digər risklərdən sığortalanmanı nəzərdə tutur. Yəqin ki, taxta bazarındakı obyektlərin sənədi düzgün deyil, çıxarışı yoxdur. Fövqəladə Hallar Nazirliyi bütün obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına dair akt tərtib edir. Buna əsasən sığorta şirkətləri obyektə yaxınlaşanda yanğın təhlükəsizliyi qaydalarına əməl olunub-olunmadığına baxırlar. Bundan başqa sahibkarların gətirdikləri mallarla bağlı gömrük bəyannaməsi və sahibkarın VÖEN-i olmalıdır. Sığorta şirkəti buna əsasən sığorta haqqını hesablayır. Bu qaydalara riayət edilmədikdə sığorta ilə bağlı problemlər də yaranır, sığorta şirkətləri sığorta işində maraqlı olmur”.

Ekspert əlavə edib ki, sahibkarlar çox vaxt sığortalamanı ikinci plana salırlar:

"Hadisə baş verəndə isə giley-güzar edirlər, amma artıq gec olur. FHN  yanğın təhlükəsizliyi qaydalarının pozulduğunu aşkar etdikdə iki dəfə xəbərdarlıqdan sonra obyekti bağlamalıdır. Bu qədər yanğın, subasma hadisələrindən sonra digər obyektlər, bazarlarla bağlı tədbir görülməməsi FHN-nin də üzərinə məsuliyyət yükləyir”.

Son xəbərlər

"GÜLƏN GÖZLƏR AZƏRBAYCAN" MMC-NİN TƏSİSÇİSİ VƏ DİREKTORU ELNARƏ XANIM ÖZ İŞİNİN PEŞƏKARI BİR İNSANDIR

Türkiyəyə getmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR UCUZLAŞACAQ

Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi

20-ci polis şöbəsi 102 çağrışına laqeyd yanaşmasından şikayətçi olan vətəndaş.Bu nədir belə?

Sabah Bakıda bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

“Hüquq-mühafizə orqanları dedi, girmə, yenə öz bildiyimi elədim”

Sərhəddə GƏRGİNLİK: Tatoyan yeni xəritə yaydı – “Azərbaycan Ordusu 2,6 km…”

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib – QƏRAR

İtaliya saytı Xocalı soyqırımından yazıb

“Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır” – MN

Rusiyanın insan itkisi 410 minə çatır – Yeni siyahı

Mənzil almaq istəyənlərin nəzərinə - EHTİYATLI OLUN

Fransa və NATO ilə “dostluq” edən Ermənistanı nə gözləyir?

1 SAYLI PSiXONEVROLOJi SOSiAL XiDMƏT MÜƏSSiSƏSiNDƏ ƏXLAQSIZLIQ…

Zaur Mikayılov Şafiq Heydərovun əməllərindən nə vaxt xəbər tutacaq?..- ŞİKAYƏT

Şuşaya işıq çəkən sahibkarın 5 milyon manatını kim mənimsəyib?

MN-də 143 milyonluq mənimsəmə: Ona çatan pulla razı deyildi, ev almaq istəyirdi

İlham Əliyev sərəncam imzaladı

Həbs edilən Mirdaməd Əzizov kimdir? – Özünü general kimi təqdim edirdi

Güzəştli mənzil vədi ilə insanları aldadan şəxs həbs edildi

“Ağdamdakı stadiona Qurban Qurbanovun adı verilsin” təklifi narazılıq yaratdı

TƏBRİK EDİRİK

Mənzil bazarında durğunluq yaşanır: Səbəb nədir? - VİDEO

Ailəsini öldürməkdə təqsirləndirilən Əhməddən YENİ XƏBƏR - VİDEO

“Deməli,”Asan xidmət”də də erməni əli var?” – Tanınmış YAP funksioneri

Professorla şöbə müdiri bir-birini məhkəməyə verdi – TƏFƏRRÜAT

Kamilin saxlanılması Rusiyada kimin oyunudur? – faktlar

KOLLEC DİREKTORU HAQQINDA ŞOK İDDİALAR – Şahin Əliyevin qanunsuz yollarla yığdığı “topdağıtmaz” sərvət / VİDEO

Həbsdə olan erməni separatçıları əfv oluna bilərmi?

“Bank Respublika”nın vəzifəli şəxsi əmanətçilərin pullarını “tik-tok”da xərcləyib

Vəliyevlər imperiyası çökür: rektorun oğlanları həbs oluna bilər – VİDEO

“DAVANI ELNUR MƏMMƏDOV SALIB” – Masasında əyləşmiş xanım şahid oliqarx oğlunu ifşa etdi + VİDEO

Bakıda bu evlərin qiymətləri bahalaşdı

Bütün xəbərlər