Nizami rayon 25-ci polis bölməsinin təhqiqatçısı cinayətin isti izlərin niyə təqib etməyib?
Bakunews.az-a müraciət edən vətəndaş E.Şahbazova bildirib ki, mağazada oğurlanan sənədləri və telefonu barədə 102 qaynar xəttinə müraciət edib. Müraciət dərhal qarşılıq verən nazirliyin qaynar xətti vətəndaşı Nizami rayon 25-ci polis bölməsinə yönləndirib. Nazirliyin nəzarətində olan məsələ ilə bağlı polis vətəndaş izahatın aldıqdan sonra heç bir addım atmayıb.
Vətəndaş Şahbazova öz imkanları ilə telefonun hansı adresdə olduğunu tapmış və polisə bununlq bağlı məlumat vermişdir. Lakin polis yenəfə qeyd edilən şəxslərdən vətəndaşa məxsus bahalı telefonu geri almamışdır. Vətəndaş israrları artıqda isə məsələ ilə bağlı 25-ci bölmənin rəhbəri işi dərhal Nizami rayon Polis İdarəsinə istintaqın işin baxılmasın təmin edib. Qeyd etməliyik ki, oğurluq hadisəsində telefonun satıldığı mağaza belə xəbərdar edildiyi halda həmin telefon mağazadan başqa bir şəxsə satışı həyata keçirilib. "Təhqiqatçının səhlənkarlığı cinayətin isti izlərin təqib etməməsi mənim əmlakının başqa nəfərlərə satılmasına gətirib çıxardı. Bundan sonra Nizami rayon polis idarəsinin istintaq şöbəsinə həvalə edilən iş əmlakın alınaraq geri qaytarılması prossesini uzatmaqdır deyə vətəndaş qeyd edir.”
Hazırda cinayətin istintaqın həyata keçirən Nizami rayon polis idarəsinin müstəntiqi Xəlil Atakişiyevin icratına verilib. Bu isə hələ bir müddət o telefonun kimlərinsə istifadəsində olması deməkdir. Məsələ ilə bağlı səs yazıları mövcudur.
VƏTƏNDAŞA MƏXSUS ƏMLAKIN GERİ QAYTARILMASINI TƏMİN ETMƏYƏN POLİS NƏFƏRLƏRİNİN MARAĞI NƏDİR?
-Vətəndaş telefonun istəyir polis isə qanunsuz başqasına məxsus əmlakı sataanlar göz yumur. Bəs bu telefonun yerini vətəndaş polisə özü gəlib dediyi halda Turabi bəy əməkdaşınızın səhlənkarlığına hansı hüquqi qiymət verirsiniz?
Qeyd edək ki, T.Paşayev FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayevin oğludur.
T.Paşayev bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi olub.
– Turabi Paşayevin bölməsində bununla artıq necənci şikayətdir ki, zərərçəkmişin zərəri ödənmədən səsizcə cinayət əməlinə xitam verilir. Lakin bu məsələyə xitam verə bilməmələrinin səbəbi şəxslərin durmadan qurumlara müraciəti olmuşdur. Bölmə rəisi problemin böyüməsindən narahat olaraq məsələni üzərindən atmağı əsas çözüm yolu bilib. Qeyd edək ki, Qaradağ rayon 38-ci polis şöbəsinin rəisi olduğu zaman o vaxtkı nazir Ramil Usubov tərəfindən töhmətdə alıb. Lakin nazir Vilayət Eyvazov özünü doğrultması üçün ona şans tanıyıb. T.Paşayev bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. Lakin görünən odur ki , Turabi Paşayev vətəndaş narazılığı olan yerdə şikayətin təmin edilməsində maraqlı tərəf olmaq istemir. İsti izlərlə cinayət əməli təqib edilmirsə o zaman rəis tabeçiliyində məsul olan şəxsin bu əməlinə yəqin özü cavabdeh olaraq çıxış edəcək.
Aqaşdırmamız davam edir.
Məsələylə bağlı adları keçən şəxslərin mövqeyn derc etməyə hazırıq.
Turantv.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay