Putinin bəyanatının ŞİFRƏLƏRİ: sülhməramlılar Qarabağdan nə vaxt çıxacaq?




Putinin "Valday”dakı çıxışında sülhməramlıların fəaliyyəti haqda dedikləri Rusiya qüvvələrinin Azərbaycan ərazisində gələcək fəaliyyətinə dair ehtimallar irəli sürməyə imkan verir.

- "Sülhməramlılarının missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi, orada sülhməramlıların başqa hüquqları yoxdur” sözlərindən iki nəticə çıxır.

1. Putin bununla Qarabağda Bakının mərkəzi hakimiyyəti bərpa etməsinə görə cavabdehin onlar olmadığını deyir;
2. Artıq "atəşkəs rejiminin pozulması”nın səbəbi qalmadığı – erməni silahlı dəstələri tərki-silah edildiyi üçün sülhməramlıların işinin bitdiyinə də işarə edir;

Sülhməramlıların vaxtından əvvəl çıxarıla bilərmi?

Qarabağdakı mövcud vəziyyət fonunda Putinin sözləri bu məsələni daha da aktuallaşdırdı. Moskva sülhməramlıların fəaliyyəti ilə bağlı Bakı ilə ikitərəfli saziş imzalamaq istəyini müxtəlif səviyyələrdə dilə gətirib. Antiterror tədbirlərindən sonra bu haqda yazmışdıq: 10 noyabr razılaşmasının sülhməramlıların fəaliyyətini təsnif edən maddəsinin qüvvədən düşməsi – Ermənistanın qərarverici rolunun qalmaması Rusiya qüvvələrinin Azərbaycan ərazisində mövcudluğu və mandatı məsələsini Bakıdan asılı edir. Putin də bildirir ki, Əliyev ona "sülhməramlıların burada olması məsələsi yalnız ikitərəfli əsasda həll olunacaq” deyib.

Bu o deməkdir ki, sülhməramlıların bölgədə 2025-ci ilə qədər qalması məsələsi də qüvvədən düşüb, bundan sonra çıxarılması, yaxud hansı müddətə qalması Bakı-Moskva razılaşması əsasında həll ediləcək. Və burada iki məsələ həlledici amildir.

Birincisi, sülhməramlıların yeni statusudur: Putin bildirib ki, "sülhməramlıların statusu 10 noyabr razılaşmasına əsaslanırdı, Azərbaycan əlavə razılaşmaya ehtiyac görmədi və onlarsız saziş imzalamaq mənasız idi”.

Burada söhbət sülhməramlılara hüquqi mandatın verilməsindən gedir və 44 günlük müharibədən sonra Rusiya Azərbaycan ərazisinə yerləşdirdiyi sülhməramlıların mandatının tanınmasını çox istəsə də, Bakı bundan imtina edib. Anriterror tədbirlərindən sonra sülhməramlıları 10 noyabr bəyanatına əsaslanan statusu sıradan çıxdığı üçün yeni statusu da Bakı müəyyən edəcək.

Sual yaranır: Bakı sülhməramlıların Qarabağda ciddi nəzarət imkanları olan vaxt buna razılıq verməyibsə, indi – bütün bölgədə mərkəzi hakimiyyətin bərpa edildiyi və artıq ehtiyacın olmadığı halda razılaşarmı?!

Proseslərin analizi Bakının bunu etməyəcəyini – sülhməramlıların qalma müddətini uzatmayacağını deməyə əsas verir.

İkincisi, sülhməramlılara ehtiyacın olub-olmamasıdır: Qarabağda çox az sayda erməni əhalisinin qaldığı bəllidir və onlar yalnız Azərbaycan vətəndaşlığını qəbul edərək, ərazimizdə yaşaya biləcəklər. Rəsmi Bakı Ermənistana getmiş ermənilərin – məhz Qarabağ sakini olmuş şəxslərin geri qayıdışına şərait yaradacağını açıqlayıb, hərçənd, burada da iki mühüm amil var:

- Gedənlərin böyük əksəriyyətinin qayıdacağı inandırıcı deyil;
- Qayıdanlar Laçın postundan keçdikdən sonra Azərbaycan vətəndaşlığını qəbul etməlidir və bu, onların birbaşa reinteqrasiyanı qəbul etməsi deməkdir;

Bu iki amil Rusiya sülhməramlılarının bölgədə uzunmüddətli fəaliyyətinə ehtiyacın qalmadığını deməyə əsas verir: az sayda erməni əhalisinin Azərbaycan vətəndaşı kimi reinteqrasiya prosesini həyata keçirmək üçün uzun zaman lazım olmayacaq;

Və ən mühüm məqamı yenə Putinin özü dilə gətirir: sülhməramlıların əsas missiyası atəşkəsin qorunması idi; artıq ərazimizdəki separatçıların və terrorçuların təmizlənməsi atəşkəsin pozulması səbəbinin də aradan qalxması deməkdir və beləliklə, Rusiya qüvvələrinə ehtiyac da yoxdur.

Rusiyanın məqsədi Qarabağda uzunmüddətli qalmaqdan daha çox, Cənubi Qafqazdakı təsir imkanlarını qoruyub saxlamaq və kənar oyunçuların müdaxiləsinin qarşısını almaqdır. Bunun üçün plasdarm rolu artıq Qarabağ deyil.

Son xəbərlər

Ermənistan Azərbaycanla kommunikasiyaları açır? - Paşinyan işarə verdi

Fransada azərbaycanlı jurnalistə qarşı zorakılıq edildi

Çox su içmək ölümə səbəb olur! - Alimlərdən təəccübləndirən AÇIQLAMA

Vatsapda daha bir yenilik - Bunu etmək olmayacaq!

Bakının dediyi olacaq: İrəvan Zəngəzur dəhlizi ilə bağlı qərarını dəyişdi

ŞOK ARAŞDIRMA: fillər bu xüsusiyyətə görə insanlardan sonra ikinci ola bilərlər

Piylənmən qan damarlarını görün necə MƏHV EDİR

Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

İki rayonun sakinlərinə ŞAD XƏBƏR: sürətli sərnişin qatarları əlçatan oldu

Dünyanın ən soyuq şəhərinin adı AÇIQLANDI: mənfi 60 dərəcə şaxta olur

Azərbaycandan 3-cü ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakıdan gələnlərlə danışmışam... - Xankəndidən İrəvana qaçan Balasanyan ilk dəfə açıqladı

Bir nəfərdə 3-4 xərçəng növünün aşkarlanması adi hala çevrilib - Alimlər Covid-19-dan şübhələnir

İsti havalarda buz kimi su içməyin! – Görün hansı fəsadlara səbəb olur

"Telegram"da yayılan yeni oyun: Dələduzluqdur, yoxsa qazanmaq imkanı?

Qorxulu xəbərdarlıq: Yalnız bu 5 ölkə qalacaq

Dünyada milyonlarla insan susuz qala bilər

Kosmosdan qəribə təkrarlanan siqnal gəldi

DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verildi

Türkiyə ilə Rusiya bu məsələ ilə bağlı razılıq əldə edə bilmir - Nə baş verir?

Yay kabusa çevrilməsin! - Qida zəhərlənməsindən necə qorunmaq olar?

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi

Maqnit qasırğası başladı

Sarıkök Alzheymeri müalicə edir?

Döymələrin ölümcül fəsadları AÇIQLANDI

Qızlarımızda əcnəbi oğlanlara yaranan maraq: Sevgi, ölkədən qaçış, yoxsa pul?

"Crocus City Hall"un yerində nə tikiləcək? - Vorobyov AÇIQLADI

BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xeyrinə DƏYİŞİKLİK

Azərbaycanda bu müəllimlərə ÜZÜCÜ XƏBƏR

Azərbaycanda Yuri Qaqarinin abidəsi qoyulacaq

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Putinin Türkiyəyə səfəri niyə baş tutmur? - Kreml açıqladı

Bu çimərliklərə getmək olmaz - Nazirlik

Bütün xəbərlər