BMT missiyası Xankəndidə nə ilə qarşılaşdı? - Ermənistanın ifşası


Ermənistan BMT missiyasının Qarabağ səfərini Azərbaycana qarşı "etnik təmizləmə” iddialarının dəstəklənməsi ümidi ilə gözləyirdi. Halbuki, 30 ilə yaxın işğal dövründə Bakının bütün israrına rəğmən missiyanı bölgəyə buraxmırdılar və bu gün Azərbaycandan bunu istəyən beynəlxalq oyunçular da İrəvana heç bir təzyiq göstərmirdi.

İrəvan hesab edirdi ki:

- BMT nümayəndələrinin Qarabağ səfəri Azərbaycana qarşı kampaniyada ciddi arqument yaradacaq;
- Bununla "beynəlxalq mexanizm” məsələsini də aktuallaşdıracaq və sülh danışıqlarında Bakıya qarşı kart kimi əlində saxlayacaq;

Qərb ölkələri də "beynəlxalq missiya” adı altında bölgəyə daxil olmaq istəyir. Rəsmi Bakı bu həmləyə qarşı missiyanın BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbərliyi altında həyata keçirilməsini irəli sürdü və bununla həm beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi, həm də "beynəlxalq missiya” istəklərini müəyyən qədər arxa plana keçirdi. "Beynəlxalq missiya” planı hələ bitməyib və rıçaqlardan biri kimi qarşıdakı dövrdə yenidən aktuallaşa bilər, lakin Azərbaycan BMT missiyasının səfəri ilə bir addım önə çıxdı.

BMT-nin Qarabağa səfərin nəticələrinə dair bəyanatı da bunu deməyə əsas verir. Bəyanatda qeyd olunur ki, "missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib, əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib”. Sadəcə olaraq, "əhalinin qəfil tərk etməsindən heyrətə gəliblər”.

Bu bəyanat Ermənistanın Qarabağda erməni əhalisinə qarşı "etnik təmizləmə” kimi iddialarını beynəlxalq müstəvidə böyük ölçüdə zəiflədir və Bakıya bütün ittihamların önünə fakt qoymaq imkanı verir.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər