Yasamal rayonundakı 17 saylı uşaq bağçasının müdiri Gülnarə Xankişiyevanın əməlləri… – Nitqi qüsurlular üçün xüsusli təyinatlı uşaq bağçasında loqoped yoxdur…

 

Gülnarə Xankişiyeva 94 saylı uşaq bağçasını da öz nəzarətində saxlayır.. 
İki gün  öncə Elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında dedi ki, çox zaman Finlandiya təhsilini misal göstərirlər: "Finlandiyada məktəbəqədər təhsil müəssisəsində çalışanların böyük əksəriyyətinin minimum magistr təhsili olmalıdır, bəzən hətta doktorantura təhsili tələb edilir. Yuxarı pillərlərdə isə bu tələb bir qədər aşağıdır. Lakin bizdə bu pillədə çalışanların müəyyən bir hissəsi TƏHSİLİ OLMAYANLARDIR”.
Təsəvvür edirsiniz, Finlandiyada və digər ölkələrdə uşaq bağçalarında, körpələr evində çalışanlar magistraturanı, hətta doktoranturanı bitiriblər. Bizdə isə, nəinki ali, heç orta ixtisas təhsili olmayanlar bağçalarda gələcək nəslimizi yetişdirir. Bax, fəlakət budur. Hələ bu harasıdır..? Bu heç bir təhsili olmayan tərbiyəçilər, dayələr uşaqlarının qidasını oğurlayır, uşaqların valideynlərindən əlavə pul tələb edir, hətta uşaqları döyürlər.
İndi özünüz düşünün, bu körpələr evində böyüyən gələcək nəsil bunlardan nə öyrənə bilər..? Ancaq oğurluq, rüşvət və digər pis əməlləri öyrənə bilərlər. Son vaxtlar uşaq bağçalarında, körpələr evində baş verən rüşvət və korrupsiya əməlləri barədə yazıları oxuyanda adam dəhşətə gəlir.
Təsəvvür edirsiniz, körpələr evində yüz minlərlə mənimsəmə, dövlətin uşaqlara ayırdığı ərzaq və qidaların marketlərdə satılması və daha nələr… Və üstəlik  bağça müdirlərinin "ölü canlar” saxlaması, onların maaşlarını mənimsəməsi, kağız üzərində mühafizəçi, bağban və daha nələr…
Sözün qısası, məktəbəqədər təhsil müəssisələri əməlli-başlı biznes  obyektinə çevrilib. Bir neçə gün öncə Finlandiyanın xanım təhsil nazirindən "Sizdə nə üçün pullu təhsil müəssisələri yoxdur?”  sualına xanım nazir belə cavab vermişdir: " Biz təhsili ticarətə, biznesə çevirmirik”. Düzdür, yazının yarısına qədər Emin Əmrullayevin çıxışlarını bəyəndik, çünki Emin Əmrullayev Gundelik-baku.com saytını nöqtə, vergülünə qədər oxuyur. Məhz Emin Əmrullayev öz çıxışlarını Gundelik-baku.com saytının bağçalar və məktəblər haqqında yazdığı yazılarla zənginləşdirmişdir. Biz buna sevinirik. Bir az da özəl bağçalar və onların fəaliyyətləri haqqında araşdırma aparaq. Hal-hazırda özəl bağçaların və orta məktəblərin, hətta ali məktəblərin sayı durmadan artır.
Bəli, bizdə kimin pulu varsa özəl uşaq bağçası, orta məktəb, hətta ali məktəb də açır. Özəl bağçalar, məktəblərlə yanaşı ölkəmizdə dövlət bağçaları da fəaliyyət göstərir. Dövlət bağçalarına isə, təyin olunan rəhbər şəxslər, ancaq Təhsil Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyi tərəfindən müəyyən imtahan verdikdən sonra, həmin vəzifələrə təyinat alırlar. Amma direktor vəzifəsinə təyinat alan bağça müdirələri özlərini elə aparırlar ki, həmin binanı və vəzifəni onlara ataları öz mülkləri kimi bağışlayıb. Ondan sonra başlanır həmin müdirələrin köməkçiləri, müavinləri, qrup rəhbərləri valideynlərin canına zəli kimi daraşmağa.
Onu da qeyd edək ki, həmin şəxslər dövlətin uşaq bağçalarını öz şəxsi obyektləri kimi istifadə edirlər. Belə bağçalardan biri də Yasamal rayonundakı 17 saylı uşaq bağçasıdır.
Məlumat üçün qeyd edək ki, paytaxt Bakının böyük rayonlarından biri olan Yasamal rayonunda 50-dən artıq uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. Yasamal rayon İcra hakimiyyətinin rəsmi saytında http://yasamal-ih.gov.az/az/page/15.html yazılanlardan bəlli olur ki, 17 saylı uşaq bağçası XÜSUSİ TƏYİNATLIDIR. Yəni bu uşaq bağçası NİTQİ QÜSURLU uşaqlar üçündür. Məlumdur ki, belə uşaq bağçalarında xüsusi loqoped-müəllimlər olmalıdır.
Onu da qeyd edək ki, 17 saylı xüsusi təyinatlı körpələr evi–uşaq bağçasının müdiri   Xankişiyeva Gülnarə Ağahüseyn qızıdır. Gülnarə Xankişiyevanın əməlləri barədə  dövrü mətbuatda xeyıi yazılıb. Onun körpələr evində "ölü canlar” saxlaması, işçilərin maaşlarını mənimsəməsi, uşaqlara verilən ərzaq və qida məhsullarının satılması barədə çox yazılıb. Bütün bunlar azmış kimi  xüsusi təyinatlı körpələr evində adicə loqoped çatmır. Atalar demişkən, lalın dilini anası bilər, bəs loqopedin olmadığı bağçada uşaqlarla necə davranmaq olar..?

Bütün bunlar azmış kimi Gülnarə Xankişiyeva bir neçə bağçanın da işinə nəzarət edir. Belə bağçalardan biri də Yasamal rayonundakı 94 saylı uşaq bağçası-körpələr evidir. Bu bağçanın müdiri Hüseynova Validə Salman qızıdır. Amma bağçanın və Hüseynova Validə Salman qızının tabeçiliyi Bakı Şəhər Baş Təhsil İdarəsinə deyil, birbaşa Gülnarə Xankişiyevayadır. Görün vəziyyət hansı həddə çatıb ki, Validə Hüseynova Gülnarə Xankişiyevanın icazəsi olmadan heç bir addım ata bilməz. Maraqlısı odur ki, Gülnarə Xankişiyeva özünü bağçada XANIM elan edib. Bütün müəllimələr və valideynlər Gülnarə Xankişiyevaya müəllimə yox, məcburən məhz XANIM deyə müraciət etməlidirlər.
Görün Gülnarə Xankişiyeva özünü hansı səviyyədə tapıb. Bu başqa bir yazının mövzusudur.
Təsəvvür edirsiniz, Gülnarə Xankişiyeva özü rəhbər olduğu bağça ilə bərabər başqa bir bağçanı da idarə edir, valideynlərdən toplanmış pul məsələlərinə baxır və s.
Ümid edirik ki, Bakı Şəhər Baş Təhsil İdarəsi bu məsələ ilə bağlı ciddi araşdırma apararaq, öz sözünü deyəcək. Biz isə, mövzunu diqqətdə saxlayacağıq. Gündəlik Bakı

 
 

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər