Gündəm / İdman
21.08.2023, 11:44
Azərbaycan cüdoçusu Qran-pridə bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə bürünc medal qazanıb.
"Report”un məlumatına görə, +100 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə fransalı Amadau Meyteyə qalib gəlib.
Bununla da Qran-priyə yekun vurulub. Daha əvvəl Əhməd Yusifov 60 kq çəki dərəcəsində gümüş mükafata yiyələnib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay