Balakəndə avtovağzalın direktoru iki xanım kassiri “gözümçıxdıya salıb”- SƏBƏB?


Son bir neçə gündür ki, gundemxeber.az-ın redaksiyasına Balakən Avtovağzalında yaşananlarla bağlı xeyli məlumatlar daxil olmaqda davam edir.
Belə ki, daxil olan məlumatlarda vurğulanır ki, direktor Nadir müəllimlə adı çəkilən bu avtovağzalda kassir vəzifəsində çalışan, eyni zamanda 2018-ci ildən indiyə kimi 120 manat əmək haqqı almağa möhtac qalan Mahmalar kənd sakini Sarıyeva Naibə Naib qızı arasında davam edən çəkişmə, artıq "pik nöqtə”yə çatıb. Qeyd edək ki, bir neçə gün bundan öncə bəzi media qurumlarında həm Nadir müəllimin yarıtmaz idarəçiliyi ilə bağlı, həm də Naibə Sarıyevanın və həmin avtovağzalda kassir vəzifəsində çalışan digər xanıma məxsus əmək haqqı kartının 2018-ci ildən rəhbərlikdə olması ilə bağlı tənqidi məqalə yayımlanmışdı. Məsələnin maraqlı tərəfi odur ki, Balakən Avtovağzalına rəhbərlik edən Nadir müəllim tənqidi məqalədən nəticə çıxarmaq, bəzi çatışmazlıqları qaydaya salmaq, ona həvalə olunan vəzifəni günün tələblərinə uyğun həyata keçirmək, 2018-ci ildən özündə saxladığı əmək haqqı kartlarını sahiblərinə qaytarmaq və s. kimi addımlarını atmaq əvəzinə, bu şəxs hal-hazırda daha da aqressivləşməkdə davam edir.
O halda ortaya belə bir sual çıxır ki, gündəngünə artmaqda olan aqressivləşmə kimə, hansı tərəfə xeyir gətirəcək? Yəqin ki, heç bir tərəfə?! Məgər, daha yaxşı hal olmazmı ki, Nadir müəllim rəhbərlik etdiyi Avtovağzalda kassir vəzifəsində çalışan hər iki xanımı gözümçıxdıya salmaqdan əl çəksin?. Düşündürücü haldır ki, atdığı addımları ilə öz rəhbərliyinin, hətta ölkə rəhbərinin də verdiyi tapşırıqlara bir növ məhəl qoymayan bu şəxs, hal-hazırda Balakən Avtovağzalında "vorzakon”luq etməklə məşğul olur. Yəni, bir neçə gün bundan öncə rəhbərlik, iş fəaliyyətində heç bir qüsuru olmayan hər iki xanım kassirə "Siz həftənin son günlərində işə gəlməyin” deyir. Əslində belə bir tapşırığın verilməsi, hər iki xanım kassirin daşıdıqları vəzifələrindən uzaqlaşdırılması üçün sonrakı günlərə hesablanmış addımdır.
Artıq çıxılmaz durumda qalan hər iki xanım kassir son ümidlərini ölkə rəhbəri cənab İlham Əliyevə, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyevə və Balakən Rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayevə müraciət etməkdə görürlər. Çünki, hər iki xanım qeyd edir ki, "Biz müəyyən yaş həddinə çatmışıq və neçə illərdir ki, Balakən Avtovağzalında növbəlilik qaydasında kassir işləyirik. Bundan sonra bir hara getməliyik, harada iş tapıb işləməliyik ki, ailəmizi dolandıra bilək?.”
Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyəti dövlət qurumlarının rəhbərləri hər iki xanımın üz-üzə qaldıqları problemə diqqət yetirəcəklər və qeyd olunan problem ədalətli şəkildə öz həllini tapacaq.

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər