Astara xəstəxanasında xəstələrin uzun növbəsi: – “Dərman çatışmazlığı var”

 

 

 

Son günlər Astara Rayon Mərkəzi Xəstəxanasında qeydiyyata düşmək üçün böyük növbələr yaranır.
Adının çəkilməsini istəməyən bir şəkərli diabet xəstəsinin deməsinə görə, mayın 23-də növbədə bir vətəndaşın halı da pisləşib: "Növbə uzun idi. Saatlarla növbəyə duranlar var idi. Gördüm halım da pisdir, çıxdım getdim. Kompüterdə bir nəfər işləyirdi. Deyirdi ki, sistem yaxşı işləmir, işıq zəifdir. Şəkər xəstəsiyəm. İndiyə kimi mənə şəkəri ölçən aparat verməyiblər. Hər dəfə dərmanı zülmlə alırıq”.
Xəstəxanada növbəti günlərdə də növbə olduğu bəlli olub. Adının çəkilməsini istəməyən daha bir xəstə: "Deyirlər ki, dərman Ukraynadan gəlir, orada müharibə gedir, ona görə gecikmələr olur. Onda necə olur ki, apteklərdə istədiyin qədər şəkər dərmanı, şəkəri ölçən aparatlar var? Bizi çox incidirlər, bezmişik. Kənddən gəlirik, burda saatlarla gözləyirik”.
"Elə bil, dərmanı öz ciblərindən verirlər”
Başqa bir xəstə isə vurğulayır ki, dərmanı dövlət pulsuz verir, onu almaq onların haqqıdır: "Elə bil, dərmanı öz ciblərindən verirlər. Vaxtında dərman almağa gəlməyəndə deyirlər, qurtarıb. Məcbur edirlər ki, apteklərə üz tutaq. Burada adamın şəkəri qalxır”.
Xəstələrdən birinin dediyinə görə, əvvəllər belə növbələr olmayıb, dərmanları vaxtında alıblar: "İki aydır ki, belə zülm çəkirik. Uzaq dağ kəndləri var. Oradan gələn şəkər xəstəsi nə etməlidir, burada gecələməlidir? Növbəsiz keçənlər də olur. Özləri belə şərait yaradırlar”.
3 min 700 şəkərli diabet xəstəsi
Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oqtay Əmənullayev isə növbələrin yaranmasının günahını xəstələrdə görür: "Nə etmək olar, rayonda 3 min 700 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Birdəfəlik 200 nəfər gəlir, növbə yaranır. Sistemin nasaz olması internetdən asılıdır, bizdən asılı deyil. Bəzən proqrama dəyişikliklər edirlər. Belə gecikmələr az çəkir”.
Şəkərli diabet xəstələrinə dövlət hesabına pulsuz dərmanların verilməsinin 2022-ci ildən İcbari Tibbi Sığorta Agentliyinə tapşırıldığı bildirilir.
Agentliyin "Çağrı mərkəzi”ndən deyiblər ki, bölgələrdə şəkərli diabet xəstələrinə dərmanların verilməsi mayın 15-dən başlanıb: "Sadəcə, dərmana olan növbələr xəstələrin çoxluğu ilə bağlıdır. Dərman əldə edilməsində problem yoxdur. Amma texniki nasazlıq var. Bu növbələr dərmanların paylanması ilə bağlı deyil”.
2019-cu il siyahıyaalınmasına görə, Astara rayonunun 109 minə yaxın əhalisi var.
 //”Azadlıq” radiosu//

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər