Şirvan Apellyasiya Məhkəməsində dəhşət… – Spartak Abıyev deyir ki, 50 min vermişəm Vəli Abdullayev məni buraxacaq…
Mövzuya giriş olaraq onu qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aşağıdakı ərazi vahidləri aiddir.
1. Ağcabədi rayonu
2. Ağsu rayonu
3. Astara rayonu
4. Beyləqan rayonu
5. Biləsuvar rayonu
6. Cəbrayıl rayonu
7. Cəlilabad rayonu
8. Füzuli rayonu
9. Hacıqabul rayonu
10. Xocavənd rayonu
11. İmişli rayonu
12. Kürdəmir rayonu
13. Laçın rayonu
14. Lerik rayonu
15. Lənkəran rayonu
16. Masallı rayonu
17. Neftçala rayonu
18. Saatlı rayonu
19. Sabirabad rayonu
20. Salyan rayonu
21. ŞİRVAN ŞƏHƏRİ
22. Ucar rayonu
23. Yardımlı rayonu
24. Zərdab rayonu.
Deməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri aşağıdakılardır:
Süleymanov Elxan Xasay oğlu – sədr
Cəlilov Oruc Yusif oğlu
Quliyev Nizami Fərzi oğlu
Məmmədov Müşfiq Vaqif oğlu
Nəbiyev Cəlil Cabbar oğlu
Nuriyev Xamməd Abış oğlu
Əliyev Əli Abdulla oğlu
Səfərli Cavid Şamil oğlu
Hüseynov Nahid Nəsir oğlu
Məmmədov Neymət Hüsən oğlu.
Siyahıdan göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsi də Lənkəran Ağır
Cinayətlər məhkəməsinin yurisdiksiyasına aiddir. Bu uzun izahatı nə üçün
veririk..?
Xeyli müddətdir haqqında bəhs etdiyimiz Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin
narkotacirlər, adam öldürməyə cəhd edənlər, yeyintiyə yol verənlər, nə
isə kimin adamı, pulu varsa Vəli Abdullayevin adamlarının vasitəsilə
cinayət məsuliyyətindən canlarını qurtara bilirlər.
Bir müddət öncə, Vəli Abdullayevin rəhbərlik etdiyi Şirvan Apellyasiya
Məhkəməsində narkobaronlar İqbal Mikayılovun və Samir Qasımovun azadlığa
buraxılması ilə bağlı qalmaqallı qərarı gündəmi zəbt etmişdir. Uzun
müddət medianın gündəmində qalan bu hadisə ölkənin savadlı şıxsləri
tərəfindən qınaq obyektinə çevrilmişdir. Hətta sosial şəbəkələrdə pul
alıb Samiri, İqbalı həbsdən azad edən şəxslərin ünvanına ailə, uşaq
söyüşləri söyülürdü. Bu bizim işimiz deyil, söyəndə özü bilər,
söyüləndə.
Qısa xatırlatma üçün qeyd edək ki, ötən yazılarımızda xəbər verdiyimiz
kimi, Şirvan polisi min bir əzab-əziyyətlə, riskə gedərək bölgədəki
məşhur narkotacirləri, İqbal Mikayılovu, Samir Qasımovu həbs edərək,
barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçir, onlara
Cinayət Məcəlləsinin ən ağır maddəsi ilə, ( CM 234.4.3 ) ilə cinayət işi
açılır, istintaq-filan, sonda Şirvan
Apellyasiya Məhkəməsi hər ikisini azadlığa, ev dustaqlığına buraxaraq,
(narkotik satışının) fəaliyyətlərinin davam etdirmələrinə şərait
yaradır.
Bəli, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin göstərişi
ilə hakim Əhmədov İsmayıl hər iki narkotaciri açıb azadlığa buraxıb. Bu
olay məhkəmə-hüquq sistemi tarixində analoqu olmayan haldır. Və ən
təəccüblüsü odur ki, dövlət ittihamçısı bu qərara etiraz etməyib.
Bildirilir ki, dövlət ittihamçısının bu halda etiraz etmək hüququ
yoxdur. Çox gözəl, bəs onda narkobaronların öz işlərini düzüb qoşmaq
üçün onlara kim şərait yaradıb?
Sual olunur Samir Qasımov nəyin müqabilində azadlığa buraxılıb?
234.4.3 maddəsi narkotik ticarəti üçün ən ağır maddədir. 10 tonlarla
narkotik vasitələrin dövriyyəsi deməkdir. Görəsən, narkotacir Samir
Qasımovu hansı əllər müdafiə edib ki, tonlarla dövriyyəsi olan
narkotacir azadlığa buraxılıb. Bunu biz demirik aaa, Prokurorun,
Polisin, Yerli Məhkəmənin üçünün biryerdə həbs qətimkan qərarında
göstərilən 234.4.3 maddəsi göstərir.
Cənab Daxili İşlər Nazirimiz, Baş Prokurorumuz, Ədliyyə Nazirimiz min
bir əzab-əziyyətlə bu qurumların işlərinin daha mükəmməl olması üçün
əllərindən gələni əsirgəmirlər, gecə-gündüz yatmırlar, yerlərdə isə, elə
bilirlər ki, Mərkəzdə onların törətdiklərindən heç kimin xəbəri
olmayacaq. Biz bir dəfə demişik ki, biz atdığımız addımların hər birini
dövlətimiz üçün, xalqımız üçün, dövlətçiliyimiz üçün, Prezidentimiz üçün
edirik. Kiminsə "loxması” üçün yox.
İndi gəlin Vəli Abdullayevin haqqında deyilən növbəti xəbərlə tanış
olaq. Abıyev Spartak Nadir oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
hökmü ilə 126.1 maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə
azadlıqdan məhrum edilib. Bəzi dostlarının köməkliyi ilə məhkəmənin
bitməsindən aylarla vaxt keçməsinə baxmayaraq, bir neçə gün öncə, Abıyev
Spartak Nadir oğlu Kürdəxanıda yerləşən 1 saylı müvəqqəti saxlanma
təcridxanasına gətirilib. Spartak Abıyevi tanıyanlar bilir ki, o
dəhşətli cinayətlərin iştirakçısıdır, həmişə cinayətkar qruplaşmaların
üzvü olub, amma nədənsə onu sehrli əllər qoruyur.
Hətta məlumatlı şəxslər onu da bildirirlər ki, Spartak Abıyev ona hökm
oxunan vaxt üzünü prokurora tutaraq bildirib ki, siz məni həbs edə
bilməzsiniz, sizə 100 minlərlə pul vermişəm. Hakimin və bəzi şəxslərin
ünvanına ağır təhqiramiz ifadələr işlədən Spartak Abıyev indi də
bildirir ki, mən 20 gündən sonra Şirvan Apellyasiya Məhkəməsinin
vasitəsilə azadlığa çıxacağam. 50 min pul göndərmişəm, məni
buraxacaqlar. Mənim qarşımı heç kim ala bilməz.
Görəsən Spartak Abıyev, 50 min göndərmişəm, məni buraxacaqlar deməklə
növbəti cinayət hadisəsinə imza atmağını düşünmürmü? Amma kimin haqqında
söyüş söyübsə, bizdə olan məlumata görə, həmin şəxs nöqtə, vergülünə
qədər, həmin söyüşləri onun doğmalarının üzünə söyləyiblər. Biz bu
məsələlərin hər birinə öz məqamında yazılar hazırlayacağıq. Amma biz
inanmırıq ki, Spartak Abıyevin Şirvan Apellyasiya Məhkəməsinin sədri
Vəli Abdullayev haqqında dediyi "Mən Vəli Abdullayevə 50 min
göndərmişəm, məni buraxacaq” fikri doğru olsun.
Mövzunu diqqətdə saxlayacağıq. Gündəlik Bakı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay