Ekologiya nazirinin müavini Vüqar Kərimov Muxtar Babayevin yerinə hazırlaşır… – Vüqar Kərimov Şəkidəki bahalı torpaqların böyük əksəriyyətini zəbt edib?…
Nazir müavininin övladları 100 minlik avtomobillərdə gəzirlər…
Məlumdur ki, 2 aydır ekoaktivislərimiz-ekofəallarımız erməni
daşnakların Qarabağda meşələri məhv etməsi ilə bağlı ciddi etiraz
aksiyası keçirirlər. Bunu bütün cəmiyyətimiz yüksək dəyərləndirir. Amma…
Bu gün oxuyuram ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar
Kərimov hansısa agentliyə açıqlama verərək, erməniləri yıxıb sürüyüb
ki, meşələrimizi qırıblar. Ay Vüqar Kərimov, Azərbaycanda meşələrə,
ağaclara qənim kəsilənin yekəsi sənsən, sən necə başqalarını ittiham edə
bilərsən..? O erməni eşşək oğlu bilirik ki, düşmənimizdir.
Ermənilər bizim düşmənlərimizdir və onların biizm təbiətimizə vurduğu
ziyan bəllidir. Bəs, sən axı, Allah qoymasa, bizim millətin
nümayəndəsisən və üstəlik nazir müavinisən. Bəs sən niyə meşələrimizi
qırırsan, ağacları məhv edirsən..?
Bütün bunlara aydınlıq gətirmək üçün gəlin Vüqar Kərimovun kimliyinə,
keçmişinə nəzər salaq. Deməli, Vüqar Kərimov 1973-cü ildə Şəki rayonunun
Kiş kəndində anadan olub. 1995-ci ildə Gəncə Dövlət Universitetini
(biologiya və kimya ixtisası üzrə), 2014-cü ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını
(dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə) bitirib. 1995 – 1998-ci
illərdə AMEA Botanika İnstitutunun 1998 – 2018-ci illərdə AMEA Botanika
İnstitutunda əvvəl elmi işçi, sonra aparıcı elmi işçi, daha sonra böyük
elmi işçi, laboratoriya və şöbə müdiri vəzifəsində çalışıb. 2008 –
2012-ci ilərdə SOCAR-ın Ekologiya İdarəsində işləyib; o cümlədən, 2008 –
2010-cu illərdə Yaşıllaşdırma Departamentinin əvvəl rəis müavini, sonra
isə rəisi, 2010 – 2012-ci illərdə isə idarə rəisinin müavini olub. 2012
– 2018-ci illərdə SOCAR-ın "Azərikimya” İstehsalat Birliyinin icraçı
direktorunun müavini vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir; o
cümlədən, 2018 – 2020-ci illərdə aparat rəhbəri olub, 14 aprel 2020-ci
il tarixindən isə nazir müavinidir.
Bəli, nazir müavini olan Vüqar Kərimov sanki meşələrimizin qəniminə
çevrilib. Bu adam mantyoru, tarix müəllimini, təhsili olmayan şəxsləri
regional meşə idarələrinə rəis təyin edib və onların vasitəsilə şəbəkə
yaradıb.
Bəli, Vüqar Kərimovun adamları Cənub zonasında, Lənkaran Regional
Meşə Təsərrüfatı Mərkəzinin Lerik, Astara, Lənkaran meşələrində qiymətli
ağacları məhv edir. Daha doğrusu, yaxın dostu, heç bir təhsili olmayan
Sərraf Quliyevin əli ilə meşələrdə "işlik” material üçün ağacları
kəsdirərək "şpal” halına salıb Masallı və Lənkəranda olan sexlərə satır.
Artiq Masallı və Lənkaranda olan sexlərdə material əlindən tərpənmək
mümkün deyil. Vaxtilə bir neçə il bundan öncə özü də Masallıdakı sexlərə
"işlik” material daşıyırdı və el arasında "şpal Sərraf” ləqəbi ilə
tanınırdı və işində yol verdiyi nöqsana görə vaxtilə işlədiyi Hirkan
Milli Parkindan da qovulmuşdur. Bu hələ harasıdır..?
Cənab nazirdən və onun müavinindən soruşan yoxdur ki, ali təhsili olmayan şəxsi necə idarə müdiri qoymusunuz..?
Çünki Vüqar Kərimovun dostu Sərrafın təhsili olmasa da ağacları yaxşı
kəsməyi və satmağı bacarır. Vüqar Kərimovun yaxınları olan iki qardaş:
Yadiqar Əmirov Hirkan Milli Parkında, Ceyhun Əmirov isə Regional Meşə
Təsərrüfatında sahə rəisi işləyir. Onu tanıyanlardan biri nəql edir ki,
Ceyhunu işdən qovmuşdular, amma az vaxtda Vüqar Kərimov ona yenidən
vəzifə verdi. Bir sözlə, Vüqar Kərimov meşələrin hesabına milyonçuya
çevrilib.
Əslən Şəkidən olan Vüqar Kərimov az qala Şəkinin yarısını zəbt edib, ən
bahalı torpaqları ələ keçirib. Dövlətdən hər ay müəyyən məbləğdə əmək
haqqı alan Vüqar Kərimovun övladları yüz minlərlə dəyəri olan
avtomobillərə hansı pulla sahibləniblər..?
Sözün qısası, Vüqar Kərimovun fəalliyəti araşdırılsa, onun dəmir
barmaqlıqlar arasından baxmaqdan başqa yolu qalmayacaq. Bir məsələni də
nəzərə çatdıraq ki, Vüqar həmişə özünü başqa bir nazirin qohumu kimi
təqdim edir. Bu o demək deyil ki, sən Şəkilisən, Bakılısan, Qaxlısan,
haralı olursan ol, sən Azərbaycanlısan. Səni və sənin kimilərin hamısını
ölkə başçımız vəzifəyə təyin edir. Sizin isə borcunuz, cənab
Prezidentin etimadını doğrultmaq və xalqa xidmət etməkdir.
P.S. Hörmətli Vüqar Kərimov, bu gedişlə sən heç vaxt Muxtar Babayevi əvəz edə bilməyəcəksən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay