Azərbaycanda OLAY: Quduzluğa yoluxmuş qoyunları kəsib qonaqlıq verdi


Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.

Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib ki, müvafiq dövlət qurumları faktla bağlı məlumatlandırılıb. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Şabran Rayon İcra Hakimiyyətinin, Şabran Rayon Baytarlıq idarəsinin, Şabran Rayon Gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri Qorğan kəndinə gəlib və müvafiq tədbirlər görülür.
Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Hazırda həmin qonaqlıqda iştirak edən və xəstə heyvanların ətindən yeyən şəxslər müəyyənləşdirilərək nəzarətə götürülüb.

İlkin ehtimala görə, ailənin 20-yə yaxın üzvü xəstə qoyunların ətindən yeyib.

Orxan Balabəyov bildirib ki, həmin ailənin üzvləri həkim nəzarətindədir və heç birində hər-hansı bir narahatlıq müşahidə olunmayıb.

Son xəbərlər

Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb - FOTO

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO

İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO

“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir - FOTO

İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi

“Qarabağ”dan ilk transfer: Fransızı heyətinə qatdı

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalarla bağlı şərtlər dəyişdi - QƏRAR

Baş nazirdən dövlət xidmətinin əməkdaşlarının maaşları ilə bağlı QƏRAR

Emin Əmrullayev valideynlərə çağırış edib

Ailələrə sevinc bəxş edən şəfalı əllər sahibi həkim mama-ginekoloqu Şəhla həkim

Məktəblərdə açılan “bazar”: – “Direktorlar otaqları müəllimlərə satır”

25 nəfəri aldadıb 70 min manat ƏLƏ KEÇİRDİ… – Özü də ƏLƏ KEÇDİ

Gəncədə səhiyyə sistemi “CANINI TAPŞIRIB”… – Beləsinə CAN TAPŞIRMAQ OLAR?

Hər məhkumdan 10-15 min manat rüşvət alınıb… – Pul verə bilməyən şəhid qardaşı komissiyadan keçə bilməyib…

Dövlət pul ayırır ki, elm inkişaf etsin… nazir altına YUMŞAQ MEBEL ALIR… – FAKT BUDUR!

Bütün Ermənistan İlham Əliyevdən amnistiya diləyəcək - Erməni ekspertdən şok etiraf

Xankəndiyə edilən zənglər: “Azərbaycan kəşfiyyatı gəlir” qorxusu başladı

Yataqxanada olan ailələri məcburi köçürürlər? - VİDEO

Paşinyan AÇIQLADI: "Razılıq verildi ki, bu xəritələr ilə..."

DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Azərbaycanda adam öldürüb və pul verib dəlilik kağızı almaq olar?… – Cənnət və cəhənnəm söhbəti….

Astara xəstəxanasında xəstələrin uzun növbəsi: – “Dərman çatışmazlığı var”

Ağdamda və Göyçayda nə baş verir? – Xəsarət alan var

Balakəndə avtovağzalın direktoru iki xanım kassiri “gözümçıxdıya salıb”- SƏBƏB?

Bakıda bu küçələrdə evlər söküləcək - Sakinlərə yeni mənzillər, kirayə pulu veriləcək

Separatçılar Əliyevin son təklifindən imtina etdi - Ordumuz Xankəndiyə girir

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

Şarl Mişel: “Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşünü səbirsizliklə gözləyirik”

Azərbaycan ordusunun antiterror əməliyyatı: Başlamağı ilə bitməyi bir olacaq

Siyəzən icra hakimiyyətinin HÜQUQ ANLAYIŞI BUDURMU? - Bir araşdıran olsa...

Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı

Bütün xəbərlər