Paşinyan: “Ankarayla barışıq siyasəti aparmağa çalışdığımız bir vaxtda belə abidənin qoyulması yersiz idi”
"Ankarayla barışıq siyasəti aparılmasına çalışılan vaxtda İrəvanda "Nemezis”ə abidə qoyulması yersiz idi”.

"Hraparak” qəzetinin məlumatına görə, bu fikri mayın 11-də Ermənistanın baş naziri və "Vətəndaş Sazişi” partiyasının idarə heyətinin rəhbəri Nikol Paşinyan hakim qüvvənin təşəbbüs qrupunun iclasında bəyan edib.

Nəşrin məlumatına görə, gündəm Ermənistanın xarici siyasət prosesləri və təhlükəsizlik məsələləri olub.

Bildirilir ki, Paşinyan çıxışında mayın 9-da Moskvaya getməsi və orada Qələbə Günü tədbirlərində iştirak etməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamlara toxunub.

Qəzetdə Ermənistanın hökumət başçısının bu səfərə görə Ukrayna və Qərbin tənqid hədəfinə çevrildiyi xatırladılıb və bildirilib ki, Ukrayna MDB-nin yeddi ölkəsinin liderlərinin Moskvada keçirilən tədbirlərdə iştirakını "əxlaqsızlıq və qeyri-dostluq” hesab edib.

İclas zamanı Paşinyan həmfikirlərinə ölkəsinin həyati maraqları üçün düzgün qərar verdiyini bildirib. O, görüş iştirakçılarına xatırladıb ki, Ermənistan qazı İrəvanın strateji tərəfdaşı olan Rusiyadan alır və onun Moskvadakı paradda iştirakdan imtinası təhlükəli qumar olardı.

"Üstəlik, Paşinyan vurğulayıb ki, Rusiya Ukraynada uğursuzluğa düçar olar və uduzarsa, Ermənistanın başına nə gələ biləcəyini təsəvvür etmək belə, istəmir. Paşinyan partiyadaşlarına bu halda "Ermənistan yüz il əvvəlki hadisələrin təkrarı və müstəqilliyini itirməsi ilə üzləşəcək” deyib. Baş nazir onu da bildirib ki, Türkiyə-Azərbaycan tandeminə qarşı təkbaşına müqavimət göstərə bilməyəcəyik”, - deyə nəşrdə bildirilib.

İclasda Paşinyan İrəvanda Azərbaycan və Türkiyə siyasətçilərini qətlə yetirən terrorçulara abidə ucaldılmasından da danışıb. Baş nazir vurğulayıb ki, hökumətin Türkiyə ilə barışıq siyasəti aparmağa çalışdığı bir vaxtda belə bir abidənin qoyulması yersiz idi. O, terrorçulara abidə qoyulacağından xəbəri olmadığını, onunla bu məsələnin müzakirə edilmədiyini deyib.

Lakin Paşinyan bu abidənin sökülüb-sökülməyəcəyi barədə sualdan yayınıb.

Görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və icra hakimiyyətinin digər nümayəndələri iştirak ediblər. Mirzoyan partiya funksionerlərinə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın əvvəlində baş tutan görüşdən danışıb.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər