Gündəm / Cəmiyyət
11.05.2023, 21:00
MƏHARƏT HƏKİMİN BOŞ QOYDUĞU SIĞORTANIN PAPAĞINI KİMLƏR DOLDURACAQ?
Həkimlik sənəti tarix boyu ülvi bir peşə olub, həkimə həmişə müqəddəs bir varlıq kimi baxmışıq. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə dayanan, onların qayğısına qalan həkimlər el-obada xətir-hörmət sahibi olublar.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, yaşamağa ümidlərini artırmaq, xoş bir sözlə könüllərini ovutmaq... Düzgün müayinə aparıb, düzgün diaqnoz qoymaq isə müsbət nəticə almaq üçün əsas şərtdir. İşini yaxşı bilən həkimin qapısını döyənlər həmişə çox olur.
Bu gün haqqında danışacağımız şəxs Gəncə şəhər 3 nömrəli xəstəxananın həkimi Məharət həkimdir.
Məharət həkim işində olduqca məsuliyyətsiz biridir. Yanına gələn xəstələrlə kobud davranır, yüksək səslə danışır.
Əlimizdə olan çəkilişimiz var, hansı ki, Məharət həkim həmin çəkilişdə xəstələrlə aqressiv danışır. Hələ bu azmış kimi yanına sığorta ilə gələn xəstələri qəbul etmək istəmir, qəbul edəndə isə minnət hissi ilə qəbul edir. Xəstələrə qarşı "Sığortanın papağı boş qalsin", "Sığorta dilənir", "Təbib dilənir", "Səhiyyə dilənir", kimi nalayiq ifadələr işlətmişdir.
Əsəbləsməyinə səbəb nədi nədi yanına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bir iki xəstə göndərilmişdir. Yəni insanda abır həya çox gözəl şeydir. Heyifki indiki həkimlər ancaq öz maddiyatlarini və ciblərini düşünürlər. Komisya havayı yerə pul alır, ama yazını mən yazıram deyir. Adam sözdə tapmır vallah belə insanları görəndə deməyə.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Məharət həkim barəsində bir tədbir gormələrini xahiş edirik.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Əlimizdə olan video materialı da siz izləyicilərimizlə bölüşürük.
Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru
Arzu Orucov
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay