Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”


"2020-ci ilin noyabrında Ermənistan və Azərbaycan arasında baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazilərini 30 ilə yaxındır davam edən qanunsuz erməni işğalından azad etməklə öz ərazi bütövlüyünü və tarixi ədalətini bərpa etdi. Bu müharibə Cənubi Qafqazda geosiyasi reallığı dəyişdi”.

Bu sözləri Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İtaliyanın nüfuzlu "Faro di Roma” onlayn qəzetinə müsahibəsində deyib.

Elçin Əmirbəyov vurğulayıb ki, artıq iki ölkə arasında davamlı sülhün qurulması vaxtıdır və Azərbaycan Ermənistana beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamağı təklif edib:

"Lakin Ermənistan sülh prosesini əngəlləyir, Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edir. Bundan əlavə, Üçtərəfli Bəyanatdan üç il keçməsinə rəğmən, Ermənistan 10 minə yaxın silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaqdan imtina edərək, onun müddəalarını kobud şəkildə pozmaqda davam edir”.

E.Əmirbəyov deyib ki, Ermənistan Azərbaycanın suveren ərazisində öz hərbi mövcudluğunu saxlamağa çalışır, rəsmi İrəvan Laçın yolundan istifadə edərək Qarabağdakı cinayətkar erməni silahlı dəstələrə silah, mina və digər hərbi təyinatlı vasitələr daşımaqda davam edir.

"Bütün bunlar regionda mövcud vəziyyəti çox təhlükəli həddə gətirib çıxarır. Biz Ermənistanı revanşist mövqeyindən çəkinməyə, davam edən təxribatlara son qoymağa və qalan problemləri sülh yolu ilə həll etmək və sülh müqaviləsini imzalamaq üçün Azərbaycanla danışıqlar masasına qayıtmağa çağırırıq”, - deyə İtaliya mətbuatına açıqlama verən Birinci vitse-prezidentinin köməkçisi söyləyib.

Fikrinin davamında E.Əmirbəyov Ermənistan tərəfinə səslənərək bir daha Azərbaycanın rəsmi mövqeyini xatırladıb:

"İrəvan başa düşməlidir ki, sülhün alternativi yoxdur və ölkələrimiz mehriban qonşuluq siyasəti yürütməli, düşmənçilik və qarşıdurma səhifəsini çevirərək yeni mərhələyə qədəm qoymalıdırlar”.

Son xəbərlər

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Ermənistan iflic olacaq

Astana Bakı-İrəvan danışıqlarına ev sahibliyi edə bilərmi?

Bütün xəbərlər