101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq” və "Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası 101 gündür davam edir.

AZƏRTAC xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında hər zaman olduğu kimi, Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Şuşada hazırda dumanlı və çiskinli hava şəraiti müşahidə olunur. Dünəndən bu gün səhərə qədər fasilələrlə güclü yağış yağıb. Amma bu ekoaksiya iştirakçılarına mane olmur.

Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, "Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Son xəbərlər

Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb - FOTO

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO

İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO

“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir - FOTO

İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi

“Qarabağ”dan ilk transfer: Fransızı heyətinə qatdı

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalarla bağlı şərtlər dəyişdi - QƏRAR

Baş nazirdən dövlət xidmətinin əməkdaşlarının maaşları ilə bağlı QƏRAR

Emin Əmrullayev valideynlərə çağırış edib

Ailələrə sevinc bəxş edən şəfalı əllər sahibi həkim mama-ginekoloqu Şəhla həkim

Məktəblərdə açılan “bazar”: – “Direktorlar otaqları müəllimlərə satır”

25 nəfəri aldadıb 70 min manat ƏLƏ KEÇİRDİ… – Özü də ƏLƏ KEÇDİ

Gəncədə səhiyyə sistemi “CANINI TAPŞIRIB”… – Beləsinə CAN TAPŞIRMAQ OLAR?

Hər məhkumdan 10-15 min manat rüşvət alınıb… – Pul verə bilməyən şəhid qardaşı komissiyadan keçə bilməyib…

Dövlət pul ayırır ki, elm inkişaf etsin… nazir altına YUMŞAQ MEBEL ALIR… – FAKT BUDUR!

Bütün Ermənistan İlham Əliyevdən amnistiya diləyəcək - Erməni ekspertdən şok etiraf

Xankəndiyə edilən zənglər: “Azərbaycan kəşfiyyatı gəlir” qorxusu başladı

Yataqxanada olan ailələri məcburi köçürürlər? - VİDEO

Paşinyan AÇIQLADI: "Razılıq verildi ki, bu xəritələr ilə..."

DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Azərbaycanda adam öldürüb və pul verib dəlilik kağızı almaq olar?… – Cənnət və cəhənnəm söhbəti….

Astara xəstəxanasında xəstələrin uzun növbəsi: – “Dərman çatışmazlığı var”

Ağdamda və Göyçayda nə baş verir? – Xəsarət alan var

Balakəndə avtovağzalın direktoru iki xanım kassiri “gözümçıxdıya salıb”- SƏBƏB?

Bakıda bu küçələrdə evlər söküləcək - Sakinlərə yeni mənzillər, kirayə pulu veriləcək

Separatçılar Əliyevin son təklifindən imtina etdi - Ordumuz Xankəndiyə girir

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

Şarl Mişel: “Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşünü səbirsizliklə gözləyirik”

Azərbaycan ordusunun antiterror əməliyyatı: Başlamağı ilə bitməyi bir olacaq

Siyəzən icra hakimiyyətinin HÜQUQ ANLAYIŞI BUDURMU? - Bir araşdıran olsa...

Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı

Bütün xəbərlər