Dünən Laçın-Xankəndi yolunda nələr baş verib?



Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq” və "Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəallərın və gənclərin Laçın-Xankəndi yolunda etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. Haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz!

Publika.az xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Etirazçılar hər zaman olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. Ekofəallar gün ərzində havanın temperaturuna baxmayaraq, tələblərində qəti olduqlarını nümayiş etdiriblər. Aksiyanın uzanması da ekofəalların iradəsinə təsir etmir.

Qeyd edək ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Son xəbərlər

Kəsilən ağaclara cənab Muxtar Babayev vicdanı qarşısında necə göz yumur?

Ucarda 27 ton ot bağlaması yanıb

101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

Britaniya Ukraynaya tərkibində uran olan mərmilər verəcək

İstanbulu su ilə təmin edən bənd qurumaq üzrədir

Yazda Kür çayının suyu artacaq? - AÇIQLAMA + VİDEO

Şəmkir sakini kabab manqalında yandı

İran Təbrizdəki aviabazanı tam hazırlıq vəziyyətinə GƏTİRDİ

Ermənistan mülki nəqliyyat vasitələri ilə silah daşıyır - VİDEO

Bakıda minik avtomobili yanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Polşanın Fransadakı səfiri: “Ukrayna məğlub olarsa, Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

Güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb

Rusiyanın indi bu silahları var, amma...

Kardioloq kardionevroz və infarkt arasındakı FƏRQİ AÇIQLADI

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: Etirazçılar tələblərini irəli sürürlər

Ukrayna sərhədçiləri Baxmuta dörd hücumu dəf ediblər

Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

Kür çayında suyun səviyyəsi qalxıb: Su istifadəçiləri hansı tədbirlər görməlidir?

Bakının mərkəzində silahlı hücuma məruz qalan Nicat “Lənkəranski” həbs olundu

Bakıda mağazada kütləvi zəhərlənmə olub

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Bu gündən Şuşaya turist səfərləri başlayır

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər

NATO: “Rusiya Baxmutda hər gün 1500-dək hərbçisini itirir”

Ermənistan Qarabağda müharibəyə hazırlaşır - VİDEO

Ermənistan Moskvada keçirilən turizm sərgisində niyə iştirak etmir?

XİN rəsmisi İƏT-ə üzv olan ölkə nümayəndələrini Ermənistanın təxribatları barədə məlumatlandırıb

İranın Azərbaycanla bağlı üç ssenarisi - VİDEO

Messi “Barselona”ya qayıtmaq istəyir

Xankəndi-Laçın yolunda ekoaksiyanın 96-cı günü: Tələblər dəyişməz, şüarlar eyni

Rusiyada hərbi komissarlıq: “Səfərbərlik tamamlanmayıb”

Bütün xəbərlər