Laçın-Xankəndi yolundakı ekoaksiya 74 gündür davam edir



Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq” və "Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası 74 gündür davam edir.

Publika.az xəbər verir ki, hər zaman olduğu kimi, aksiya iştirakçıları bu səhəri də Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.

Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları bu dəqiqələrdə qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış "Sərvətlərimizin talanı dayansın!”, "Təbiəti qoruyaq, istismarı qınayaq!”, "Təbiətin milləti yoxdur!”, "Azərbaycan milləti qoruyacaq sərvəti!”, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, "Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, "Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, "Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının dinamik və coşqulu görünmələri onların məqsədlərinin aydın olduğunu göstərir.

Onlar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirir ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən aksiyanın təşkil olunduğu Laçın-Xankəndi yolundan hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 86 avtomobil maneəsiz keçid edib.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar

Son xəbərlər

Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb - FOTO

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO

İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO

“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir - FOTO

İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi

“Qarabağ”dan ilk transfer: Fransızı heyətinə qatdı

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalarla bağlı şərtlər dəyişdi - QƏRAR

Baş nazirdən dövlət xidmətinin əməkdaşlarının maaşları ilə bağlı QƏRAR

Emin Əmrullayev valideynlərə çağırış edib

Ailələrə sevinc bəxş edən şəfalı əllər sahibi həkim mama-ginekoloqu Şəhla həkim

Məktəblərdə açılan “bazar”: – “Direktorlar otaqları müəllimlərə satır”

25 nəfəri aldadıb 70 min manat ƏLƏ KEÇİRDİ… – Özü də ƏLƏ KEÇDİ

Gəncədə səhiyyə sistemi “CANINI TAPŞIRIB”… – Beləsinə CAN TAPŞIRMAQ OLAR?

Hər məhkumdan 10-15 min manat rüşvət alınıb… – Pul verə bilməyən şəhid qardaşı komissiyadan keçə bilməyib…

Dövlət pul ayırır ki, elm inkişaf etsin… nazir altına YUMŞAQ MEBEL ALIR… – FAKT BUDUR!

Bütün Ermənistan İlham Əliyevdən amnistiya diləyəcək - Erməni ekspertdən şok etiraf

Xankəndiyə edilən zənglər: “Azərbaycan kəşfiyyatı gəlir” qorxusu başladı

Yataqxanada olan ailələri məcburi köçürürlər? - VİDEO

Paşinyan AÇIQLADI: "Razılıq verildi ki, bu xəritələr ilə..."

DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Azərbaycanda adam öldürüb və pul verib dəlilik kağızı almaq olar?… – Cənnət və cəhənnəm söhbəti….

Astara xəstəxanasında xəstələrin uzun növbəsi: – “Dərman çatışmazlığı var”

Ağdamda və Göyçayda nə baş verir? – Xəsarət alan var

Balakəndə avtovağzalın direktoru iki xanım kassiri “gözümçıxdıya salıb”- SƏBƏB?

Bakıda bu küçələrdə evlər söküləcək - Sakinlərə yeni mənzillər, kirayə pulu veriləcək

Separatçılar Əliyevin son təklifindən imtina etdi - Ordumuz Xankəndiyə girir

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

Şarl Mişel: “Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşünü səbirsizliklə gözləyirik”

Azərbaycan ordusunun antiterror əməliyyatı: Başlamağı ilə bitməyi bir olacaq

Siyəzən icra hakimiyyətinin HÜQUQ ANLAYIŞI BUDURMU? - Bir araşdıran olsa...

Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı

Bütün xəbərlər