Azərbaycanda banklar vətəndaşa kredit verməməlidir – İqtisadçı səbəbləri açıqladı


Azərbaycanda əhaliyə onun ödəniş qabiliyyəti ilə müqayisədə çox kredit verilir. Bu da normal hal hesab edilmir. Ona görə ki, əhali krediti əsasən istehlakı üçün götürür. Odur ki, kreditlərin elə dövlət layihələrinə, sahibkarlığın inkişafına ayrılması daha məqsədəuyğundur. Çünki nəticədə yeni iş yerləri yaradılır və əhalinin məşğulluğu təmin olunur.

Bu fikirləri Publika.az-a Mərkəzi Bankın kredit portfeli haqda məlumatı ilə bağlı açıqlamasında iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib.



"Mərkəzi Bankın təqdim etdiyi məlumatda qeyd olunur ki, ölkədə bank və digər kredit təşkilatlarının kredit portfeli 2022-ci ilin dekabrın 1-nə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq, 20218,7 milyon manat təşkil edib. Burada göstərilir ki, həmin məbləğin 80,7 faizi (16312,5 milyon) uzunmüddətli kreditlərdir. Deməli, o kreditlərin mütləq əksəriyyəti iri dövlət layihələrinə, işğaldan azad edilmiş bölgələrdə bərpa-quruculuq işlərinə və s. ayrılıb. Açıqlanmasa da, uzunmüddətli kreditlərin faiz göstəricisinə əhaliyə ipoteka kreditlərinin verilməsini də təxmin etmək olar”, - deyə ekspert fikirlərinə əlavə edib.

Əkrəm Həsənov bildirib ki, əslində dövlətin iri layihələrə, sahibkarlığın inkişafına kredit ayırması müsbət haldır:

"Azərbaycanda əhalinin ödəniş qabiliyyəti aşağıdır. Amma buna baxmayaraq, ona çox kredit verilir. Bu da ki, anormal hal hesab edilir. Odur ki, kreditin sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin yaradılması məqsədilə ayrılmasının daha məqsədəuyğun olduğunu düşünürəm”.

Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Bankın təqdim etdiyi məlumatda 2022-ci il dekabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfelinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq, milli valyuta ekvivalentində 20218,7 milyon manat təşkil etdiyi bildirilib. Dövlət Statistika Komitəsindən ümumi kredit portfelinin 16312,5 milyon manatının və ya 80,7 faizinin uzunmüddətli kreditlərin payına düşdüyü deyilib.

Son xəbərlər

Kəsilən ağaclara cənab Muxtar Babayev vicdanı qarşısında necə göz yumur?

Ucarda 27 ton ot bağlaması yanıb

101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

Britaniya Ukraynaya tərkibində uran olan mərmilər verəcək

İstanbulu su ilə təmin edən bənd qurumaq üzrədir

Yazda Kür çayının suyu artacaq? - AÇIQLAMA + VİDEO

Şəmkir sakini kabab manqalında yandı

İran Təbrizdəki aviabazanı tam hazırlıq vəziyyətinə GƏTİRDİ

Ermənistan mülki nəqliyyat vasitələri ilə silah daşıyır - VİDEO

Bakıda minik avtomobili yanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Polşanın Fransadakı səfiri: “Ukrayna məğlub olarsa, Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

Güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb

Rusiyanın indi bu silahları var, amma...

Kardioloq kardionevroz və infarkt arasındakı FƏRQİ AÇIQLADI

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: Etirazçılar tələblərini irəli sürürlər

Ukrayna sərhədçiləri Baxmuta dörd hücumu dəf ediblər

Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

Kür çayında suyun səviyyəsi qalxıb: Su istifadəçiləri hansı tədbirlər görməlidir?

Bakının mərkəzində silahlı hücuma məruz qalan Nicat “Lənkəranski” həbs olundu

Bakıda mağazada kütləvi zəhərlənmə olub

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Bu gündən Şuşaya turist səfərləri başlayır

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər

NATO: “Rusiya Baxmutda hər gün 1500-dək hərbçisini itirir”

Ermənistan Qarabağda müharibəyə hazırlaşır - VİDEO

Ermənistan Moskvada keçirilən turizm sərgisində niyə iştirak etmir?

XİN rəsmisi İƏT-ə üzv olan ölkə nümayəndələrini Ermənistanın təxribatları barədə məlumatlandırıb

İranın Azərbaycanla bağlı üç ssenarisi - VİDEO

Messi “Barselona”ya qayıtmaq istəyir

Xankəndi-Laçın yolunda ekoaksiyanın 96-cı günü: Tələblər dəyişməz, şüarlar eyni

Rusiyada hərbi komissarlıq: “Səfərbərlik tamamlanmayıb”

Bütün xəbərlər