Gündəm / Cəmiyyət
20.01.2023, 10:51
Bakıda avtomobil yeniyetməni vuraraq ayağını sındırıb
Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report” xəbər verir ki, avtomobil 2008-ci il təvəllüdlü Vəlizadə Hüseyn Barat oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay