Qar yağdı, ölkəni bürüyən virus məhv olacaq? - Professor deyir ki...


Xalq arasında belə deyilir və inam var ki, "qar yağsaydı, xəstəlik yayan virusları dondurub öldürərdi”, "xəstəliklər azlardı" və s. və i. Böyük bir fasilədən sonra qar, nəhayət ki, qapımızı döydü. Hamını maraqlandıran isə xəstəliklərin tüğyan etdiyi bir vaxtda qarlı havanın insanların sağlamlığına necə təsir etdiyidir. Nəzərə alaq ki, insanlar arasında yeni virus xəstəlikləri, virus infeksiyası çox geniş yayılıb. Xəstəlik daha çox halsızlıq, qızdırma, şiddətli və uzun müddət davam edən öskürək, boğaz ağrısı ilə müşahidə olunur. İmmun sistemi böyüklərlə müqayisədə nisbətən zəif olan uşaqlarda xəstəlik daha ağır formada özünü göstərir.

Paytaxtı və bölgələrimizi ağuşuna alan bu "ağ qonaq” həqiqətənmi bütün xəstəlikləri "öldürür”?

Sualımızı Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqova ünvanladıq.

Professor Publika.az-a açıqlamasında söylədi ki, bütün virus infeksiyalarının aktivləşməsi qışda baş verir. Buna görə də qarın yağması ilə xəstəliklərin azalması və ya tamamilə məhv olması həqiqətə uyğun deyil:

"Bu fəsildə yağış da, qar da, şaxta da olur. Necə ola bilər ki, qarın yağması ilə virus infeksiyaları dayansın?! Bu, mümkünsüzdür. Mənə görə, qarın yağması ilə infeksiyaların azalması absurd fərziyyələrdir. Hazırda qrip infeksiyası Azərbaycanda yoxdur. Ölkəmizdə heç hazırda yayılan virusun kütləvi şəkildə diaqnostikasını da aparmaq mümkün deyil”.



Ə.Sadıqovun sözlərinə görə, bu gün Azərbaycanda tüğyan edən infeksiya respirator sinsitial virus (RSV) infeksiyasıdır:

"Bu virus oktyabrın sonunda Qərbi Avropada başladı, dörd həftə sonra Şərqi Avropaya gəldi, noyabrın sonları, dekabrda isə artıq bizim ölkəyə çatdı. Bu, koronavirus deyil. Çünki COVID-19-un əlamətləri tamamilə fərqlidir. Hazırda yayılan infeksiya tənəffüs yolları xəstəliyi olanlarda, uşaqlarda, zəif immuniteti olan yaşlı insanlarda, yanaşı sağlamlıq problemləri olan şəxslərdə bronxit və pnevmoniya ilə nəticələnir”.

Həkim qeyd edib ki, bu infeksiyadan daha çox əziyyət çəkən xüsusilə 2-5 yaş aralığında olan uşaqlardır:

"Bu gün həddən artıq pediatik profillərin, xəstəxanaların, poliklinikaların, pediatrların yüklənməsinin bir nömrəli səbəbi uşaqlarda olan respirator sinsitial virus infeksiyasıdır. Onun da qarşısını almaq bu gün müşkül məsələdir. Hazırda effektiv tədbirimiz yoxdur, ancaq tövsiyələr verə bilirik. Yalnız vaksin epidemioloji baxımdan infeksiyanın gərginliyinin azalmasına səbəb ola bilər. Amma aşağı tənəffüs yollarının zədələnməsi nəticəsində insanlarımız əksər hallarda ağır bronxial və pnevmoniya əlamətləri ilə həkimlərə müraciət edirlər”.

Professor xəstəlikdən qorunmaq üçün tövsiyələrini qeyd edib:

"Xəstə insan evdə qalmalıdır. Lakin bu, yerinə yetirilmir. Virusa yoluxan uşaq nə bağçaya, nə də məktəbə getməlidir. Əfsuslar olsun ki, buna da əməl olunmur. Sinifdə bir şagirdin xəstə olması 30-40 uşağın eyni anda xəstələnməsi deməkdir. Məktəblər, bağçalar, ictimai müəssisələr əsas virusu yayan mənbələrdir. Hansı ki, bunun müəyyən qədər qarşısını almaq olardı. Təəssüf ki, ictimai nəqliyyatda maskadan istifadə etmirik. Avropada insanlar tramvayda, metro və avtobuslarda maska taxırlar. Otağın havası tez-tez dəyişdirilməli, əllərin gigiyenasına əməl olunmalıdır. Bu, müəyyən qədər virusun qarşısını ala bilər. İnsanlar COVID-lə bağlı keçmiş hadisələri, acı həqiqətləri tez unutdu, yenə də əvvəlki dövrə qayıtmışıq. Tam laqeyd, qayğısız...”.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər