Gündəm / Hadisə
3.01.2023, 11:13
Xəzərdə son sutkada ikinci dəfə zəlzələ olub
Xəzər dənizində 3 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, saat 04:48-də qeydə alınan yeraltı təkanlar 45 km dərinlikdə olub.
Xatırladaq ki, daha öncə saat 16:44-də Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınmışdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay