Bakıda falçı fırıldağı: “500 manat verməsən, oğlun öləcək”
Bakıda müxtəlif qadınlara qarşı falçılıq adı ilə dələduzluq edən qadının məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo” xəbər verir ki, Lamiyə Qalimova Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

Məlum olub ki, 21 yaşlı Lamiyə "Instagram”da səhifə açaraq özünü falçı kimi təqdim edib və bir neçə qadına qarşı dələduzluq edib.

Qadınların "falçı”ya müraciət etmələrinin əsəs səbəbi həyat yoldaşları ilə bağlı olub.

Məsələn, qadınlardan biri həyat yoldaşı ilə küskünlüyü aradan qaldırmaq üçün Lamiyəyə 970 manat ödəniş edib. Lamiyə bu məbləğin qarşılığında qadına rəngli şamlar göndərərək onu gecə saat 00:00-da yandırmasını və ona təqdim etdiyi duaları oxumasını istəyib. Lakin bu vasitələrin heç biri qadının əri ilə arasında olan küskünlüyün bitməsinə səbəb olmayıb və o, Lamiyə tərəfindən aldadıldığını başa düşüb.

Lamiyə eyni üsulla başqa bir qadına rəngli şamları hətta 1 700 manata satıb.

Başqa bir qadın isə Lamiyəyə fala baxmaq üçün müraciət edib. 21 yaşlı qız fala baxan zaman qadına ailə, şəxsi və iş həyatında böyük problemlərlə üzləşəcəyini, oğlunun öləcəyini, cadu olunduğunu, üstündə ağırlıq qaldığını bildirib.

Lamiyə həmçinin ona 500 manat pul verməsə, bütün bunların baş verəcəyini və ona heç bir köməklik edə bilməyəcəyini bildirib. Qadın Lamiyədən ona necə köməklik edə biləcəyini soruşduqda isə "falçı” ona şamlar alaraq "magiya” ilə rituallar keçirib özündə olan xüsusi enerji ilə şər qüvvələri ondan uzaqlaşdıracağını deyib.

Qadın 500 manatı taparaq Lamiyəyə göndərib. Bundan bir gün sonra verdiyi pulla ona köməklik edə biləcəyini, lakin oğlunu ölümdən qurtara bilməyəcəyini deyib. Lamiyə ona oğlunun ölümünə bir ay vaxt qaldığını və tez vaxtda onu şər qüvvələrdən qorumalı olduğunu bildirib. Bu məqsədlə "falçı” qadından daha 700 manat alıb və sonradan telefonlara cavab verməyib.

Dələduzluğa məruz qalanlar çox keçmədən aldadıldıqlarını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hakim qərar qəbul edərkən zərərçəkmişlərdən ikisinə dəymiş ziyanın ödənilməsini, eyni zamanda Lamiyənin cavanlığını nəzərə alıb. Qərara əsasən, o, 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər