10:31 / 31-01-2023
Azərbaycanda zəlzələ olub
ABŞ da Rusiyanı iblisləşdirdi - Səfirlik etiraz etdi

ABŞ da Rusiyanı iblisləşdirdi - Səfirlik etiraz etdi

Rusiyanın Vaşinqtondakı səfirliyi Moskvanın, ABŞ Senatı Komitəsinin Rusiyanın Ukraynadakı hərəkətlərini "soyqırımı"kimi tanımasına dair qətnaməsini rədd etdiyini bildirib.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, sənəd, Rusiya hakimiyyətini "ukraynalılara qarşı soyqırımı aktlarına" görə qınayır. Qətnamə tövsiyə xarakteri daşıyır. "Rusiyanın Ukraynadakı hərəkətlərinin soyqırımı olduğuna dair ittihamları qəti şəkildə rədd edirik. Bu cür təlqinlər faktların açıq təhrifidir", - diplomatik missiyanın şərhində deyilir.

Bundan əvvəl Bundestaq, "holodomor" adlanan qətnaməni təsdiqləmişdi. həmin qətnaməyə görə, 1930-cu illərin əvvəllərində Ukraynada yaradılan süni aclıq soyqırımı kimi xarakterizə olunur.

Rusiya Xarici İşlər Nazirliyi Bundestaqın ukraynalıların "soyqırımı" ilə bağlı qətnaməsinin Rusiyanı iblisləşdirmək cəhdi olduğunu bildirib.


Tarix: 8-12-2022, 11:13


Bölməyə aid digər xəbərlər
27-03-2021, 16:11 Ombudsman bəyanat yaydı