Gündəm
7.12.2022, 14:04
Diaspor təşkilatının rəhbəri dünya çempionu oldu
Avstriya Azərbaycanlıları Cəmiyyətinin (AAC) rəhbəri Fərid Əzizov
Macarıstanın paytaxtı Budapeştdə karatenin kempo növü üzrə keçirilən
26-cı dünya çempionatında qızıl medal qazanıb.
AAC-dən Publika.az-a verilən məlumata görə, Birləşmiş Dünya İdman
Kempo Federasiyasının (UWSKF) təşkil etdiyi yarışda bütün rəqiblərini
üstələyən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
UWSKF-nın prezidenti Kyoşi Valer Pap Əzizova karatenin kempo növünə
xüsusi xidmətlərinə və 30 illik peşəkar karyerasında göstərdiyi
nailiyyətlərə görə 4-cü Dan qara-kəmər təqdim edim. O, beynəlxalq
federasiyada 4-cü Dan qara kəmər sahibi olan yeganə azərbaycanlıdır.
Medal və kəmərin təqdimolunma mərasimində danışan Əzizov
təşkilatçılara Diasporla İş üzrə Dövlət Komitəsinin adından Azərbaycan
mədəniyyətini əks etdirən suvenirlər hədiyyə edib. O, qələbəni Vətən
uğrunda canından keçmiş şəhidlərə həsr etdiyini söyləyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay