Hərbi qulluqçuların dövlətə vurduğu ziyanlar: Parlament qanun layihəsini qəbul etdi
Milli
Məclisin iclasında "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə
maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun
layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Oxu.Az-ın
məlumatına əsasən, layihədə hərbi qulluqçular və toplanışa çağırılmış
hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati
xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın
bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.
Cinayət
və inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində
vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi
xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki
aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular üçün isə
pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılır.
Dəyişikliklər layihəsi müzakirəyə çıxarılaraq lll oxunuşda qəbul olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay