Sabah intensiv yağış yağacaq
Azərbaycan ərazisində noyabrın 29-na gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən
verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə
arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın
temperaturu gecə 8-10, gündüz 11-13, Bakıda gecə 8-10, gündüz 11-13
dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu
olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında
bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın
temperaturu gecə 4-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə
şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay