Vahid Hacıyev: “Şərqi Zəngəzur və Qarabağda beş istiqamətdə layihələrin həyata keçirilməsi mümkündür” - FOTO
Noyabrın 25-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin iştirakı ilə QDF-in donor və tərəfdaşları olan ölkənin aparıcı şirkətlərinin və ictimaiyyətin nümayəndələri arasında görüş keçirilib.

"İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafı və reinteqrasiyası” mövzusunda təşkil olunan görüşdə Qarabağın bərpa və quruculuq prosesində biznesin rolu, bu sahədə biznes, cəmiyyət və dövlət strukturları arasında əməkdaşlığın inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Zəngilan rayonunda Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə davam etdirildiyini deyərək həmin ərazilərdə iri layihələrin həyata keçirildiyini söyləyib:

"İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, iri infrastruktur layihələri həyata keçirilir. Bu layihələrdən biri bu yaxınlarda Zəngilanın işğaldan azad edilməsi günündə Azərbaycan Prezidenti və Türkiyə Respublikası prezidenti tərəfindən təntənəli açılış mərasimi olan Zəngilan Beynəlxalq Hava Limanıdır. Bu, tək Zəngilan üçün yox, bütün region üçün çox böyük hadisədir. Məlum olduğu kimi, "Böyük Qayıdış” layihəsi çərçivəsində artıq 326 nəfər Ağalı kəndinə köçürülüb. Kəndə köçürülən əhali üçün şərait yaradılır, dövlət qurumları vasitəsilə infrastruktur obyektləri qurulur, müxtəlif layihə və tədbirlər həyata keçirilir. Onların məşğulluq məsələləri həll edilir. Hazırda Ağalı kəndi ərazisində kiçik sahibkarların yerləşdirilməsi üzrə işlər görülür. Bundan başqa, Zəngilan rayonu ərazisində dörd su elektrik stansiyasının tikintisi davam etdirilir. Horadiz-Ağbənd dəmiryolunun isə gələn ilin sonuna kimi tikintisinin yekunlaşacağı gözlənilir”.

Vahid Hacıyev işğaldan azad edilən ərazilərdə perspektivdə nəzərdə tutulan planlar barədə də danışıb:

"Əgər bütün Şərqi Zəngəzur və Qarabağa baxsaq, burada beş istiqamətdə layihələrin həyata keçirilməsi mümkündür: mədən-sənaye, kənd təsərrüfatı, logistika, turizm və "yaşıl enerji”. Zəngilan Azərbaycan iqtisadiyyatına çox böyük töhfələr verəcək. Həm kənd təsərrüfatı, həm təbii ehtiyatların mövcudluğu, həm logistika və turizm, həm də "yaşıl enerji”dən söhbət gedir”.

Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə geniş məlumat verib. Rəhman Hacıyev torpaqlarımızın işğaldan azad olunmasından sonra qarşılaşdığımız mənzərə ilə bağlı danışarkən qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı qələbə yalnız torpaqlarımızı düşmən işğalından azad etmədi, həm də ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı:

"Torpaqların işğaldan azad edilməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən, demək olar ki, tamamilə silindiyini, regionun ekologiyasına böyük zərər vurulduğunu üzə çıxardı. Buna görə də dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər”.

Daha sonra Rəhman Hacıyev Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr və "PwC” şirkəti tərəfindən keçirilən maliyyə auditinin nəticələri haqqında ətraflı məlumatı görüş iştirakçılarına təqdim etdi.

Çıxışlardan sonra Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərdiyi üçün "Caspian Event Organisers” şirkətinə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən "İanə sertifikatı” təqdim olunub.

Sonra görüş müzakirələrlə davam edib. Müzakirələr zamanı Qarabağın bərpa və quruculuq prosesində şirkətlərin rolundan danışılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər