Deputat süni qiymət artımı və bank faizlərinin yüksək olmasından şikayətlənib



"Büdcənin xərc siyasətinə baxanda prioritet sahədə müdafiə, səhiyyə, təhsildir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, amma bir sıra məsələlər var ki, narahatlıq doğurur: "Ərzaq təhlükəsizliyi və qiymət artımı əsas narahatlıq yaradan problemlərdəndir. Azərbaycanda 2022-ci ildə kənd təsərrüfatı sahəsinə kifayət qədər vəsait ayırmışdıq. Ümumi götürəndə bu sahəyə 2 milyard manata yaxın vəsait ayrılmışdı. Amma rayonlardakı vəziyyət, istehsal olunan məhsulların satışı gözlənilən kimi deyil. Kənd təsərrüfatı sahəsində subsidiyalar olsa da, problemlər kifayət qədərdir. Gübrənin qiyməti kifayət qədər artıb. Gübrənin qiyməti ilə əlaqədar subsidiyanın məbləğinə də baxılmalıdır. Biz ərzaq təhlükəsizliyini təmin etmək istəyiriksə, kənd təsərrüfatının inkişafına diqqəti artırmalıyıq”.

Deputat Azərbaycanda süni qiymət artımı olduğunu bildirib: "İnflyasiya nə qədər olsa da, süni qiymət artımı daha çoxdur. Biz bir neçə təklif verdik. Ərzaq məhsullarının ƏDV-si endirilsin. Buna getmək lazımdır. Biz nə qədər maaşları artırsaq da, artan inflyasiyanın qarşısını ala bilməyəcəyik. Sosial müdafiədən söhbət gedirsə, hamı pul almır. Bu da nəzərə alınmalıdır. Bizi narahat edən, əsasən, aztəminatlı təbəqədir. Bu təbəqəyə şərait yaratmaq lazımdır ki, ən azından özlərini gündəlik ərzaqla təmin edə bilsin”.

Deputat qiymət artımının ən çox dərmanlarda müşahidə edildiyini də deyib: "Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Bu sahədə ciddi monitorinqlərə ehtiyac var. Necə olur ki, Türkiyədə olan dərman Azərbaycanda 7-8 dəfə baha satılır? Bu, əhalini ən çox narahat edən problemdir”.

Deputat bank faizlərinin də yüksək olduğunu diqqətə çatdırıb: "Sahibkarların əsas problemi kredit faizlərinin yüksək olmasıdır. Azərbaycanda niyə İnvestisiya Fondu yoxdur? Azərbaycanda investisiya fondları yaradılmalıdır, vəsaitlərdən istifadə etmək lazımdır. 20%-lə kredit verirlər. Bu, çox ciddi problemdir. Bank sahəsində digər ciddi problem girov məsələsidir. 5 il girov götürürlər. Bəs sahibkar 5 il nə etsin? Kredit məsələsini həll etmək lazımdır. Rayonlarda hamı istəyir taxıl əksin. Amma adamların vəsaiti yoxdur”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər