11:14 / 08-12-2022
Klaar Ermənistana niyə gedir?
09:05 / 08-12-2022
Həkimlik müqəddəs peşədir
10:29 / 04-12-2022
DIN açıqlama
“Qarabağ” Avropa zonasında öz çempionatında xal itirməyən üç komandadan biridir

“Qarabağ” Avropa zonasında öz çempionatında xal itirməyən üç komandadan biridir

 


 

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayında dəyişiklik baş verməyib.

 

"Report”un məlumatına görə, siyahıda növbəti dəfə "Qarabağ” da yer alıb.

"Köhlən atlar” Azərbaycan Premyer Liqasındakı ilk 11 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj” 10 oyunun hamısında qalib gəlib. Komanda ötən həftə çempionat matçına çıxmayıb.

Yunanıstanda isə səfərdə "Volos”u 5:1 hesabı ilə üstələyən "Panatinaikos” Superliqadakı qələbələrinin sayını 10-a çatdırıb.


Tarix: 31-10-2022, 09:51


Bölməyə aid digər xəbərlər