Çempionlar Liqası: Səkkizdəbir finala vəsiqə qazanan növbəti üç komandanın adı bəlli olub



UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha altı oyunu keçirilib. Nəticədə səkkizdəbir finala vəsiqə qazanan növbəti üç komandanın adı bəlli olub.
AZƏRTAC xəbər verir ki, E qrupunda Zaqreb "Dinamo"su Xorvatiyada İtaliya "Milan"ını qəbul edib. Ev sahibləri 0:4 hesabı ilə məğlub olub.
F qrupunda Almaniyanın "Leyptsiq" komandası İspaniya "Real Madrid"inə 3:1 hesabı ilə qalib gəlib. Digər matçda isə Ukraynanın "Şaxtyor" (Donetsk) komandası Şotlandiyada "Seltik"lə heç-heçə edib - 1:1.
G qrupunda Dortmund "Borussiya"sı İngiltərənin "Mançester Siti" klubu ilə qolsuz heç-heçə edərək, adını pley-offa yazdırıb.
H qrupunda isə Fransanın "PSJ” klubu evdə İsrailin "Makkabi" (Hayfa) komandasını 7:2 hesabı ilə darmadağın edib. Portuqaliya "Benfika"sı isə İtaliya "Yuventus"una 4:3 hesabı ilə qalib gəlib. Bununla da "PSJ” və "Benfika" komandaları növbəti mərhələyə adlayıblar.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
25 oktyabr
E qrupu
"Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2
Qollar: Çikvubuyke Adamu, 49 - Mateo Kovaçiç, 23. Kay Haverts, 64
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya) - 0:4
Qollar: Matteo Qabbiya, 39. Rafael Leao, 50. Olivye Jiru, 59 (penalti). Robert Lyubiçiç, 69 (avtoqol)
Xal durumu: "Çelsi" - 10, "Milan" - 7, "Zaltsburq" - 6, "Dinamo" - 4
F qrupu
"Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:1
Qollar: Giorqos Giakumakis, 34 - Mixail Mudrik, 58
"Leyptsiq" (Almaniya) - "Real Madrid" (İspaniya) - 3:2
Qollar: Yoşko Qvardiol, 13. Kristofer Nkunku, 18. Timo Verner, 81 - Vinisius Junior, 44. Rodriqo, 90+3 (penalti)
Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 9, "Şaxtyor" - 6, "Seltik" - 2
G qrupu
"Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0
Qol: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2
"Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0
Xal durumu: "Mançester Siti" - 11, "Borussiya" - 8, "Sevilya" - 5, "Kopenhagen" - 2
H qrupu
PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail) - 7:2
Qollar: Lionel Messi, 19; 45. Kilian Mbappe, 32; 64. Neymar, 35. Şon Qoldberq, 67 (avtoqol). Karlos Soler - Abdulaye Sek, 38; 50
"Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 4:3
Qollar: Antoniu Silva, 17. Joau Mariu, 28 (penalti). Rafa Silva, 35; 50 - Moyze Kin, 21. Arkadiuş Milik, 77. Ueston Makkenni, 79
Xal durumu: PSJ - 11, "Benfika" - 11, "Yuventus" - 3, "Makkabi" - 3
Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər