Deputat: Türkiyə Prezidentinin Zəngilan aeroportunun açılışında iştirakı ölkəmizə yönələn təhdidlərə açıq mesaj oldu



İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur 30 illik erməni əsarətindən qurtularaq yenidən canlanmağa başlayıb. Bu ərazilər 30 ildə erməni vəhşiliklərinin və vandallıqlarının şahidi olub. Şəhərlər, kəndlər, tarixi-mədəni abidələr, qəbiristanlıqlar dağıdılıb, viran edilib.
İki il əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdi, dövlətimiz isə həmin ərazilərdə keçmiş məcburi köçkünlərin layiqli həyat şəraitini təmin etməyə başladı. 30 il əsarətdə qalmış torpaqlarımız iki ildir çiçəklənmə dövrünə qədəm qoyub. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərini heç bir xarici maliyyə dəstəyi olmadan yenidən qurur və bərpa edir. İcra olunan meqalayihələrin çərçivəsi çox genişdir. 2021-ci ildə Füzulidə Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, qısa zaman kəsiyində Zəfər yolunun tikilməsi və hazırda işğaldan azad olunmuş ərazilərdə salınan yüksək standartlara uyğun avtomobil, dəmir yolları, yaradılan enerji infrastrukturu regionun gələcəyinin necə olacağı ilə bağlı qabaqcadan təsəvvür formalaşdırmağa imkan verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, baş planları təsdiq olunan şəhərlərdə artıq tikinti işlərinə başlanılıb. Böyük Qayıdışın ilk qədəmləri Ağalıda oldu. Dövlətimizin başçısı keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqla bərabər, onları daim diqqətdə saxlayır, yaşayış şəraitləri ilə tanış olur, arzu və istəklərini dinləyir. Oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağalıda orta məktəbin şagird-müəllim kollektivi və kənd sakinləri ilə görüşü məhz yüksək diqqətin göstəricisidir. Kənd sakinləri ilə səmimi söhbət edərək şəkillər çəkdirən dövlətimizin başçısı öz sadəliyini bir daha nümayiş etdirdi. Bu gün Ağalı sakinləri Prezident İlham Əliyevə sevgi və məhəbbətlərini, minnətdarlıqlarını bildirirlər. Əminliklə söyləmək olar ki, tezliklə digər keçmiş məcburi köçkünlər də "ağıllı” konsepsiyası əsasında yenidən qurulmuş doğma yurdlarına qayıdacaqlar”.
A.Badamov bildirib ki, Zəngilana səfəri zamanı Prezident İlham Əliyev Arximed turbini tipli Su Elektrik Stansiyasını işə saldı, Zəngilan şəhərinin ilk yaşayış binasının və məktəbinin təməlqoyma mərasimlərində iştirak etdi. Bununla da Zəngilan şəhərinin tikintisinə start verildi. Zəngilanın işğaldan azad edilməsi günündə istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı özünün ilk sərnişinləri olaraq ali qonaqları qəbul etdi. Hava limanının açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı Türkiyə-Azərbaycan qardaşlığının göstəricisi olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” ifadələrinin real həyatda özünü əks etdirdiyini bir daha sübuta yetirdi. 44 günlük Vətən müharibəsinin ilk günündə Türkiyə Prezidentinin hər cür yardımla sonadək Azərbaycanın yanındayıq deməsi haqq işimizi qısa zamanda bitirməyimizə imkan verdi.
O əlavə edib ki, müharibənin sona çatdığı iki ildə Türkiyə bütün sahələrdə yanımızda olmağa davam edir. Qardaş ölkənin və Azərbaycan şirkətlərinin çiyin-çiyinə çalışması böyük layihələrin tez və keyfiyyətlə həyata keçirilməsinə imkan verir. Prezident Ərdoğanın Zəngilan Hava Limanın açılışında iştirakı həm də bu gün ölkəmizə yönələn təhdidlərə qarşı mesaj oldu. Bu, o deməkdir ki, Azərbaycan yalnız deyil və Türkiyə hər zaman ölkəmizin yanındadır. Oktyabrın 20-də açılışı olmuş Zəngilan Beynəlxalq Hava Limanının siyasi, iqtisadi və hərbi əhəmiyyəti çox böyükdür. Qeyd edə bilərik ki, hava limanları inkişaf, təhlükəsizlik və sabitlik deməkdir. Beləliklə, xalqımız tarixin ən şərəfli və qürurlu günlərini yaşayır. Bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız başı dik, qürurla və firavan yaşayacaq.

Son xəbərlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Çingiz Abdullayev reanimasiyaya yerləşdirilib

Paytaxt marketlərində endirim fırıldağı: “Kassada fərqli qiymətlərlə qarşılaşırıq” - VİDEO

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Güc və enerjini artıran qidalar hansılardır?

“WhatsApp”da yeni funksiya

"Telegram" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR: bu cihazlarda giriş bloklanır

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq?

Qanaxmanı 15 saniyəyə dayandıran məhsul HAZIRLANDI

Ukraynada 47 yaşayış məntəqəsi MƏCBURİ BOŞALDILIR

"Telegram" hesabları bu üsulla ələ keçirilir

Rusiya Ukraynaya genişmiqyaslı hava hücumuna başladı

Ömrü uzadan məşğuliyyətlər açıqlandı

Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək təcrübə

Paşinyan müdafiə nazirinə Əliyevdən qorxduğu haqda nələr deyib?

Ermənilər bu ölkədə separatçı bölgə yaratdılar: İrəvan dəstək verdi

ABŞ İrəvana məsləhətçi və hərbi texnika göndərir - Sərhədimizə gəlirlər

Bu universitetlərimiz dünya reytinqində yer tutdu

Hindistan Ermənistana hava dəhlizi açıb?

Boşanmadan əvvəl nələri bilməliyik? - Ali Məhkəmənin yeni qərarının tam mətni

Azərbaycanda Ramazan bayramıdır

Bütün xəbərlər