Deputat: “Azərbaycan və Türkiyə liderlərinin Zəngilan aeroportunun açılışında iştirakı qardaşlığın təzahürüdür”


"Bu il noyabrın 8-i Zəfərin ikinci ili olacaq. Lakin bu qısa müddətdə böyük işlər görüldü”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.


Deputat deyib ki, Qarabağın bərpasının bu dərəcədə sürətli şəkildə həyata keçirilməsini şərtləndirən əsas amil dövlət başçısının diqqəti və birbaşa işlərə nəzarəti oldu: "Torpaqlarımız işğaldan azad olunan gündən etibarən Prezident İlham Əliyevin bu yerlərə tez-tez səfərləri baş tutur. Ermənilərin 30 ilə məhv etdiyi, xarabalığa çevirdiyi doğma torpaqlarımız, yaşayış məntəqələrimiz qısa müddətə bərpa olunub, başa çatacaq. Bu gün Qarabağa həyat qayıdıb, artıq o miskin görüntüsündən azad olub. Bir il əvvəl Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarabağda ilk beynəlxalq aeroportun - Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu. Bu il isə yenə hər iki prezidentin iştirakı ilə Şərqi Zəngəzurda Zəngilan Beynəlxalq Hava Limanı fəaliyyətə başladı. Bu hava limanlarının tikilməsilə uzun illər diqqətdən kənar qalmış işğaldan azad edilən bu ərazilərin inkişafı, o cümlədən turizm imkanlarının artması üçün də əlverişli şərait yaranacaq, turistlərin daha sərfəli, qısa yolla birbaşa əsarətdən xilas olan torpaqlarımıza səfər etməsi mümkün olacaq. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının fəaliyyəti ölkəmizin logistik imkanlarını genişləndirməklə yanaşı, bölgənin iqtisadi inkişaf imkanlarının artırılması baxımından vacib rol oynayacaq. Zəngilan rayonunda istifadəyə verilən beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir”.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki hava limanının açılışında birgə iştirakının Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürü olduğunu vurğulayan Müşfiq Cəfərovun sözlərinə görə, Türkiyə-Azərbaycan bağları möhkəm və əbədidir: "Doğrudur, bundan narahatlıq keçirən, bu birliyə qarşı olaraq Ermənistanı himayə edərək müxtəlif qarşıdurmalar yaratmağa çalışan dövlətlər də var. Lakin gec, ya da tez Ermənistan da mütilikdən tam azad olaraq doğru yolu, yəni inkişaf və rifahı seçəcək. Bunun da yeganə yolu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasıdır”.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər