11:14 / 08-12-2022
Klaar Ermənistana niyə gedir?
09:05 / 08-12-2022
Həkimlik müqəddəs peşədir
10:29 / 04-12-2022
DIN açıqlama
Cərrah-endokrinoloq: “Artıq çəki bir çox xəstəliklərin risk faktoruna daxildir”

Cərrah-endokrinoloq: “Artıq çəki bir çox xəstəliklərin risk faktoruna daxildir”

 


 

"Artıq çəki bir çox xəstəliklərin risk faktoruna daxildir. Bəzi hallarda artıq çəki fəqərələrin yükünü artırır”.

 

Bu barədə Səhiyyə Nazirliyinin canlı yayımının qonağı olan nazirliyin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov məlumat verib.

Həkim bildirib ki, bərk asqıranda, döş qəfəsində, kürəkdə ağrı hiss oluna bilir:

"Araşdırma zamanı məlum olur ki, fəqərədə sıxlıq yaranıb. Sümük üzərinə normadan artıq yük düşüb. Bu da insanda sümük qırıqlarına daha tez rast gəlməyə gətirib çıxarır. Boyunda sümüyün sınığı osteoporoz xəstəliyinin çox ağır formalarından biridir. Odur ki, bu cür məqamlara diqqət etmək lazımdır”.


Tarix: 19-10-2022, 16:47


Bölməyə aid digər xəbərlər
12-05-2019, 08:00 Kök uşaqların sayı artır