Bəhruz Məhərrəmov: “Fransa və İranın əsl siması üzə çıxdı”

 

 

"Azərbaycanın Vətən müharibəsi və ondan sonrakı dövr ərzində yaratdığı yeni geosiyasi reallıq özlüyündə həm də maraqlı mənzərə ortaya çıxardı. Xüsusən də bölgədə kimin həqiqətən davamlı sülh tərəfdarı, kimin sülh çağırışlarında həqiqətən səmimi olduğu aydın şəkildə göründü”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.


 

Bəhruz Məhərrəmov deyib ki, bu illər ərzində işğalın ehtiva olunduğu status-kvonu qorumaqda israrlı olan, amma bu siyasəti adətən yumşaq ritorika ilə həyata keçirən Fransanın, eyni zamanda islam həmrəyliyindən dəm vurub "region yalnız regionlular üçündür” tezisində israr edən İranın əsl siması da məhz Vətən müharibəsi və sonrakı dövrdə üzə çıxdı: "Fransa Vətən müharibəsi dövründə bütün üsul və vasitələrlə İrəvanın qalib gələrək işğal zonasını genişləndirməsinə cəhd göstərdi, amma Azərbaycanın Prezidentinin qətiyyəti, Ordumuzun gücü Parisin bu niyyətini altüst etdi. Bakı işğala son qoymaqla, sonrakı dövrdə isə ayrı-ayrı təcavüz aktlarına qarşı radikal tədbirlər görməklə işğala dəstək verən Fransanın Cənubi Qafqazdakı nüfuzunu yerlə yeksan etdi. Eyni zamanda bir neçə dəfə, o cümlədən sonuncu dəfə Praqada Fransa Prezidentinin şəxsi təşəbbüsü ilə Azərbaycana qurulan siyasi tələyə Paşinyanın özünün düşməsi, Makronu Avropa siyasi dairələrində gülüş hədəfinə çevirdi, İlham Əliyev isə siyasi lider kimi daha da parladı. Bütün bunlardan usanmayan Parisin bölgəyə müşahidə missiyası adı altında siyasi (hətta ola bilsin ki, hərbi) diversantlar göndərməsi niyyətini də Prezident İlham Əliyev alt-üst etdi, Makron həmin missiyanı Ermənistana göndərmək məcburiyyətində qaldı. Əlbəttə, bu missiyanın nəyə xidmət edəcəyi qısa müddətdə aşkara çıxacaq. Amma indidən Ermənistanın Azərbaycanla sərhədlərə, şimal-şərq istiqamətdə ağır hərbi texnikanı cəmləməsi artıq bu missiyanın hədəfləri barədə fikir yürütmək üçün əsas verir. Təbii ki, nə bu missiyanın, nə də İrəvanın bölgədə hərbi hərəkətlənməsinin Azərbaycan üçün əhəmiyyəti yoxdur. Bizə qarşı baş qaldıracaq erməni də, onun havadarı da yerində əziləcək”.

Deputat burada diqqət çəkən digər məqamın İranın davranışları olduğunu qeyd edib: "İran müəyyən dövrlərdə Azərbaycanı ərazisində üçüncü ölkələrin bazası, yaxud hərbçilərini saxlamaqla bağlı əsassız formada ittiham edərək bunu regionda təhlükəsizliyə təhdid kimi qiymətləndirib. Amma sonrakı dövrdə Tehran ortaya fakt qoya bilmədiyi üçün susmağa məcbur olmuşdu. İndi regionda Fransa müşahidə missiyasının simasında həqiqətən 3-cü tərəf mövcuddur, amma Tehran susur. Maraqlıdır, İran Fransanı region dövləti hesab edirmi? Bütün bunlar - ikiüzlü siyasət, riyakar davranışlar göstərir ki, Azərbaycan həqiqətən doğru yoldadır. Eyni zamanda müşahidə edilən odur ki, Azərbaycan artıq dil və əl uzadılması asan olan zəif subyekt yox, ciddi güc mərkəzidir. Əslində bunu Fransa da, İran da, digər region dövlətləri də başa düşür, sadəcə, sadə dillə desək, növbəti dəfə bəxtlərini sınayırlar. Bu sınaqda isə birdəfəlik istifadə vasitəsi kimi Ermənistan seçilib. İrəvan anlamalıdır ki, əgər yenidən münaqişə başlasa, Fransa özü başda olmaqla, heç kim onların yerinə qüdrətli Azərbaycana qarşı döyüşməyəcək, yaxud heç bir siyasi bəyanat, dəstək, hətta hərbi yardım erməni dövlətçiliyini xilas etməyəcək. İrana gəlincə isə, hətta mümkündür ki, bundan sonra proseslərin mümkün yeni inkişaf tendensiyası gedişində Tehran özünü xilas etmək üçün Ermənistana arxa çevirməyə məcbur buraxılsın. Yəni əgər tezliklə sülh və daimi stabillik təmin olunmasa, İrəvan revanş niyyətinə düşsə, itirən Ermənistan, məhv edilən erməni xalqının nümayəndələri olacaq”.

 

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər